Icma.az
close
up
RU
Avropa Sülh Fondu təftiş edilməlidir!

Avropa Sülh Fondu təftiş edilməlidir!

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu Fond Avropa xalqlarının vəsaitini təcavüzkar dövlətlərin silahlandırılmasına sərf etməklə onlara da xəyanət edir!

Avropa Sülh Fondu Ermənistana yeni tranşa hazırlaşır. Bu barədə APA agentliyi məlumat yayıb. Ayrılan budəfəki vəsaitin də Ermənistanın silahlandırılmasına sərf ediləcəyi ehtimal olunur.

Məlumat üçün qeyd edək ki, büdcəsi Avropa İttifaqına üzv ölkələrin ianəsi əsasında formalaşan Avropa Sülh Fondu, bundan öncə də Ermənistanın silahlandırılmasına böyük vəsaitlər ayırıb.  Müşahidələr göstərir ki, Avropa Sülh Fondu 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın silahlandırılmasında aktiv iştirak edən qurumlardan birinə çevrilib ki, bu da onun əsl missiyasından tamamilə uzaqlaşdığını göstərir. Avropada sülhün qorunmasına töhfə verməli olan Avropa Sülh Fondunun öz təyinatının əksinə olaraq müharibəni təşviq etməsi, təcavüzkar dövlətərin silahlandırılmasaına vəsait ayırması onun tənəzzülə uğradığını göstərir. Bu fakt həm də onu göstərir ki, Avropa Sülh Fondu Avropa İttifaqındakı müəyyən qüvvələrin sifarişlərini yerinə yetirən qondarma quruma çevrilib.

Avropa Sülh Fondunun Ermənistanı silahlandırması, müharibə və hərbiləşməyə vəsait ayırması bu qurumun Avropa xalqlarına da, onların mənafeyinə də xəyanət etdiyini göstərir. Öz büdcəsini Avropa xalqlarının vergisi hesabına formalaşdıran Avropa Sülh Fondu, Ermənistanı silahlandırmaqla həmin vəsaiti təyinatından kənar yerə xərcləyir. Bu isə sözügedən qurumun təftiş edilməsi üçün hüquqi əsas yaradır.

Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, Avropa Sülh Fondunun təftiş edilməsi, təcavüzkar dövlətləri silahlandırdığı üçün məsuliyyətə cəlb edilməsi vacibdir! Azərbaycan dövlətinin Cənubi Qafqazda sülh və təhlükəsizliyə zərbə vuran Avropa Sülh Fondu ilə bağlı  beynəlxalq məhkəmələrə müraciət etməsi də tamamilə mümkündür. İstənlən halda Azərbaycanın bu qurumun “sülh” adı altında müharibəyə milyonlar ayırmasını səssizcə seyr etməyəcəyi birmənalıdır.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri