Avropa təhlükəsizliyi üçün qorxur FOTO
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya ilə həmsərhəd olan Avropa ölkələri Patriot hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil verməkdə getdikcə daha çox çəkinirlər. Avropa diplomatik mənbələrinə görə, bu ölkələr öz təhlükəsizlikləri üçün qorxur və hava hücumundan müdafiə sistemlərini zəiflətməkdə istəksizdirlər.
Politko nəşrdə qeyd edir ki, Şərqi Avropa ölkələrinin hakimiyyəti mövcud hava hücumundan müdafiə sistemlərini milli maraqları qorumaq üçün yetərsiz hesab edir. Buna görə də, onlar Ukraynaya kömək etmək üçün mövcud sistemlərindən imtina etməkdə getdikcə daha çox istəksizdirlər: “Avropada həm Patriot sistemlərinin, həm də onlar üçün tutucu raketlərin ehtiyatları xeyli azalıb. Bu, Avropa hökumətlərini Kiyevə verdikləri hərbi yardımın miqdarını ciddi şəkildə məhdudlaşdırmağa məcbur edir. Vəziyyət onların arsenalının doldurulmasının getdikcə çətinləşməsi ilə daha da ağırlaşır”.
Bu arada, ABŞ da bu sahədə Ukrayna ilə əməkdaşlığın genişləndirilməsi ideyasını dəstəkləmir. Bu hava hücumundan müdafiə sistemlərini istehsal edən Amerika müdafiə nəhəngləri Raytheon və Lockheed Martin ciddi narahatlıqlarını ifadə ediblər. Onlar Kiyevə müstəqil şəkildə Patriot raketləri istehsal etmək üçün lisenziya verilməsinə qarşı çıxırlar.
İlham
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 11 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















