Icma.az
close
up
RU
Avropa Trampın “Rusiya neftindən imtina edin” çağırışını eşidəcəkmi? TƏHLİL

Avropa Trampın “Rusiya neftindən imtina edin” çağırışını eşidəcəkmi? TƏHLİL

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Donald Tramp açıq şəkildə Avropanı Rusiya neftinin alınmasını tamamilə dayandırmağa çağırıb.

İlk baxışdan bu, Bayden administrasiyasının və Aİ-nin 2022-ci ildən bəri apardığı siyasətin təkrarı kimi görünür, amma burada mühüm fərqlər var:

Aİ 2022-ci ilin fevralından sonra Rusiya neftinin idxalını təxminən 80% azaldıb. Qalan hissənin əsas tədarükü “Drujba” kəməri vasitəsilə həyata keçirilir. Hazırda əsas alıcılar Macarıstan və Slovakiyadır (Çexiya da bu siyahıda idi, amma 2025-ci ilin aprelindən idxalı tamamilə dayandırıb).

Trampın son çağırışı əslində yalnız iki ölkəyə ünvanlanıb: Macarıstan və Slovakiyaya. Faktiki olaraq Tramp öz yaxın müttəfiqlərinə təzyiq göstərməyə başlayır. Məlumdur ki, Macarıstan və Slovakiya ABŞ-da respublikaçılara, xüsusən də şəxsən Trampa ən yaxın Avropa ölkələrindəndir. Viktor Orban isə Trampın Avropadakı ən açıq tərəfdarıdır.

Əgər Tramp Macarıstan və Slovakiyaya Rusiya neftinin idxalını dayandırmaq üçün gerçək təzyiqlər etməyə başlasa, bu, Avropadakı Rusiya meylli qüvvələr üçün çox ciddi sınaq olacaq.

Məsələnin iqtisadi tərəfi

Respublikaçılar, o cümlədən Tramp, ABŞ-ın böyük neft şirkətləri (ExxonMobil, Chevron, ConocoPhillips və s) ilə sıx bağlıdır. Tarixən neft lobbisi respublikaçılara çox yaxın olub.

Əgər Avropa Rusiya neftindən tamamilə imtina edərsə, yaranan boşluğu doldurmaq üçün alternativ mənbələr axtarmalı olacaq və bu məqamda ABŞ neft lobbisi öz xidmətlərini təklif edəcək. Bu, həm ABŞ-ın, həm respublikaçıların, həm də onlara yaxın şirkətlərin birbaşa iqtisadi marağına uyğundur.

Lakin Trampın Avropaya Rusiya neftindən imtina etmək çağırışının əsas tərəfi iqtisadi yox, siyasi, hətta geosiyasi xarakter daşıyır.

Bayden administrasiyası Rusiya hərbi maşınının zəiflədilməsi üçün düsturu müharibənin ilk günündən tapmışdı: davamlı sanksiyalar və Ukraynaya fasiləsiz silah tədarükü.

Mövcud geosiyasi reallıqları görərkən aydın olur ki, alternativ düstur sadəcə yoxdur.

Tramp isə Baydendən fərqli olaraq, Putinlə şəxsi münasibətlərdən istifadə edərək bu problemi “danışıqlar yolu ilə” həll edə biləcəyinə inanırdı və bu yol nəticə verməyəndən sonra yuxarıda qeyd etdiyimiz “yeganə düstur”a(sanksiyalar və silahlar) müraciət etməyə çalışır.

Bu gün Tramp da, Avropa da müharibənin bitməsini istəyir. Şərtlər bir qədər fərqli olsa da, hər iki tərəfin məqsədi eynidir. Amma hələlik Rusiyanı səmimi danışıqlara məcbur edəcək real təzyiq alətləri tam gücü ilə işə salınmayıb.

Nəticədə ABŞ və Avropa bir-birinə “barmaqla göstərməyə” başlayır, yəni bir növ məsuliyyəti paylaşırlar. Bunu yeni bir tendensiya kimi qiymətləndirmək olar və bu, heç də pis deyil.

Sanksiyalar

Rusiyaya qarşı daha təsirli və daha ağrılı sanksiyalar lazımdır. ABŞ və Avropa birlikdə yeni mexanizmlər hazırlamalıdır. Misal üçün ABŞ-ın Hindistana qarşı tətbiq etdiyi tarifləri uğurlu adlandırmaq olar, ona görə ki, Hindistanın Trampın tariflərindən itirdiyi maliyyə vəsaitləri, Rusiyadan aldığı neftdən qənaət etdiyi vəsaitlərdən 5-10 qat daha çoxdur. Bu təqdirdə Hindistanın gerçəkdən Rusiya neftindən imtina etməsi olduqca real görünür.

Eyni yanaşma silah məsələsində də keçərlidir. Rusiyanı danışıqlara məcbur etmək üçün daha radikal yanaşmalar lazımdır. Məhz buna görə son aylarda biz həm ABŞ-dan (xüsusilə Lindsi Qrem), həm Böyük Britaniyadan, həm də Almaniyadan və digər ölkələrdən Ukraynaya uzaqmənzilli silahların verilməsi ilə bağlı bəyanatları tez-tez eşidirik.

Reallıqlar Trampı divara dirəyib: əgər heç nə köklü şəkildə dəyişməsə, müharibə davam edəcək. Tramp da, Avropa da bunu istəmir və indi məhz buna görə daha sərt sanksiyalar və daha güclü silah dəstəyi gündəmdədir.

Kamran Cəfərov

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri