Icma.az
close
up
RU
Avropa üçün diqqətçəkən xəbərdarlıq! Geri dönüşü çətin bir proses başlayır

Avropa üçün diqqətçəkən xəbərdarlıq! Geri dönüşü çətin bir proses başlayır

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Parlamentində fəaliyyət göstərən Avropa Mühafizəkarları və İslahatçılar (ECR) Qrupu aşağı doğum göstəriciləri və miqrasiya axınlarının birləşməsi nəticəsində Avropada uzunmüddətli perspektivdə “əhalinin yer dəyişməsi” kimi xarakterizə edilən ciddi demoqrafik dəyişikliklərin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Parlamenti çərçivəsində fəaliyyət göstərən Avropa Mühafizəkarları və İslahatçılar (ECR) Qrupu Avropanın demoqrafik vəziyyəti ilə bağlı geniş qiymətləndirmə yayıb. Diqqətçəkən xəbərdarlıqların yer aldığı hesabatda Avropa ölkələrində uzun müddətdir davam edən aşağı doğum göstəriciləri ilə artan miqrasiya axınlarının birləşməsinin hansı nəticələr doğura biləcəyi müzakirə olunur. Bu vəziyyətin qitənin sosial və mədəni quruluşunu dərindən dəyişdirə biləcək bir prosesə səbəb ola biləcəyi qeyd edilir.

Demoqrafik dəyişikliklər uzunmüddətli perspektivdə Avropanın mədəni davamlılığı və sosial bütövlüyü üzərində mühüm təsirlər yarada bilər. (Foto: Shutterstock)

ECR-nin hesabatında Avropada doğum səviyyələrinin bir çox ölkədə əhalinin özünü bərpa etmə həddinin altına düşdüyü vurğulanıb. Bu vəziyyətin xüsusilə yaşlanan əhali strukturunu daha da gücləndirdiyi və uzunmüddətli perspektivdə əmək bazarı, sosial təminat sistemləri və iqtisadi dayanıqlılıq üzərində təzyiq yaratdığı bildirilir. Qrup doğum səviyyəsinin azalmasının yalnız statistik problem olmadığını, həm də cəmiyyətlərin gələcək strukturuna birbaşa təsir edən strateji məsələ olduğunu qeyd edib.

Açıqlamada miqrasiya mövzusuna da geniş yer verilib. ECR Avropaya yönələn miqrasiya axınlarının son illərdə artdığını və bunun bəzi ölkələrdə demoqrafik balansı sürətlə dəyişdirdiyini iddia edib. Qrup bu prosesin nəzarətsiz və ya kifayət qədər planlaşdırılmamış şəkildə davam etməsinin “əhalinin yer dəyişməsi” adlandırdıqları bir nəticəyə gətirib çıxara biləcəyini irəli sürüb. Bu anlayışla yerli əhali kimi tanımlanan qrupun zamanla azalması, miqrant mənşəli əhalinin isə artması nəticəsində cəmiyyətlərin struktur dəyişiklik keçirməsi nəzərdə tutulur. ECR bu vəziyyətin təkcə say dəyişimi olmadığını, həm də mədəni, sosial və siyasi təsirləri olan çoxşaxəli bir proses olduğunu bildirib.

Açıqlamada Avropa ölkələrinin bəzi bölgələrində bu dəyişimin daha aydın göründüyü, bunun isə sosial uyğunlaşma, inteqrasiya və kimlik müzakirələrini gücləndirdiyi qeyd olunub. ECR-yə görə, belə demoqrafik dəyişikliklər uzun müddətdə Avropanın mədəni davamlılığı və sosial bütövlüyü üzərində ciddi təsirlər yarada bilər. Açıqlamada Avropa İttifaqı qurumlarına və üzv ölkələrə bir sıra siyasət tövsiyələri də təqdim olunub. Qrup demoqrafik tendensiyaların dəyişdirilməsi və ya balanslaşdırılması üçün daha güclü ailə siyasətlərinin tətbiq edilməsini təklif edib. Uşaq sahibi olmağı təşviq edən iqtisadi dəstəklərin artırılması, gənc ailələrin həyat şəraitinin yaxşılaşdırılması və doğum göstəricilərini yüksəldəcək sosial siyasətlərin hazırlanması vurğulanıb.

Bununla yanaşı, miqrasiya siyasətlərinin də yenidən nəzərdən keçirilməsinin vacibliyi qeyd olunub. ECR miqrasiyanın tam dayandırılmasını müdafiə etməsə də, prosesin daha nəzarətli, planlı və Avropanın ehtiyaclarına uyğun şəkildə idarə edilməli olduğunu bildirib. Açıqlamada həmçinin inteqrasiya siyasətlərinin gücləndirilməsi və sosial uyğunlaşmanın artırılmasının əhəmiyyətinə diqqət çəkilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Aprel 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri