Icma.az
close
up
RU
Avropa uğurlarımıza niyə lal olub?

Avropa uğurlarımıza niyə lal olub?

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bu vaxta qədər sülh quşu obrazını yaradan Avropa bugün ağzına su alıb oturub. Əvvəllər harada əlverişli vəziyyət yaranarsa Avropa məsələyə müdaxilə edib dialoq təşəbbüsləri aparardı. Müxtəlif layihələr təqdim olunar, beynəlxalq qrant mexanizmləri işə düşər, regionda mövcud olan vəziyyətin davam etməsinə xidmət edən yumşaq mexanizmlər tətbiq edilərdi. Nə qədər qəribə olsa da, o dövrdə regionun dondurulmuş vəziyyətdə saxlanması bəzi dairələrin marağına daha çox uyğun gəlirdi. Artıq sirr deyil ki, bu layihələr siyasi məqsəd daşımayıb, sadəcə bölgədəki həqiqi problemləri aradan qaldırmağa deyil, müəyyən görüntü yaratmağa hesablanıb. 

Məlum olduğu kimi, Ermənistanın müxtəlif beyin mərkəzlərinin nümayəndələri Bakıdadır. Aydın məsələdir ki, bu səfərlərin məqsədi Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni sülh gündəliyinin irəliləməsidir. Hazırda tam fərqli reallıq yaranıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bölgədə sülhə doğru irəliləyiş üçün yeni əsaslar formalaşıb. Lakin elə bu mərhələdə Avropanın susqunluğu diqqət çəkir. Azərbaycanın torpaqları işğal altında olanda Avropadan bir gün də ara vermədən sülh təşəbbüsləri gəlirdi. Amma indi həm Azərbaycan, həm də Ermənistan real sülh addımları atdığı halda Avropa sanki baş verənləri görmür.

Bu sual Azərbaycan cəmiyyətinin beynində təbii şəkildə yaranır. Necə olur ki, münaqişə davam edərkən təşəbbüslər dayanmadı, lakin real sülh imkanı yarananda həmin dairələr mühüm proseslərə sanki tamaşaçı kimi yanaşmağa başladı?

Digər tərəfdən Ukrayna məsələsində tam fərqli mənzərə görürük. Avropa bu ölkəni siyasi və maliyyə baxımından dəstəkləməyə davam edir, bərpa planları hazırlayır, mina təmizlənməsi üçün ciddi vəsait ayırır. Azərbaycan isə öz ərazisinin böyük bir hissəsində minlərlə kvadrat kilometr ərazinin tam dağıdıldığı vəziyyətlə üzləşib. Lakin Avropadan gözləntilər yerinə yetirilmir. Dünyanın o biri ucunda şəhərlər salan qurumlar Azərbaycanın azad olunmuş torpaqları ilə bağlı bir layihə belə irəli sürmür, mina probleminin həllinə demək olar ki, heç bir dəstək vermir.

Halbuki Zəngəzur dəhlizi bölgənin üç ölkə üçün deyil, daha geniş coğrafiya üçün mühüm nəqliyyat və enerji xəttinə çevrilə bilər. Avropa bu prosesdən fayda əldə edə bilər, lakin hələlik real diqqət görünmür.

Sülhün möhkəmləndirilməsi yönündə dəstək vermək əvəzinə Avropa institutlarında cəmiyyət daxilində narazılıq yarada biləcək mövzular daha çox müzakirə olunur. Hansı ki, bu mövzuların Azərbaycanın müharibədən sonrakı bərpa ehtiyacları ilə heç bir əlaqəsi yoxdur və regional sabitlik üçün də hər hansı töhfə vermir.

Üstəlik bölgədə müharibə təhlükəsi aradan qalxsa da, tərəflər davamlı sülhdən danışsa da, Ermənistanda Avropa İttifaqının müşahidə missiyası fəaliyyətini davam etdirir. Bu isə bölgədəki yeni reallığa uyğun gəlmir və ictimai rəydə suallar doğurur.

Bütün bu addımlar ölkəmizdə Avropaya qarşı haqlı narazılıq yaradır. Azərbaycan cəmiyyəti indi daha çox konkret dəstək və real əməkdaşlıq gözləyir. Çünki bölgədə yeni mərhələ başlayıb və bu mərhələdə təsirli addım atmaq istəyən hər kəs bu reallığı qəbul etməlidir.

İslam
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see270

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see188

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see188

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see187

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see179

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see178

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see176

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see176

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see176

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see175

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see172

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see172

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see171

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see170

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see167

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see167

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri