Ölkənin nəqliyyat dəhlizlərində yüksək aktivlik
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Azərbaycanın nəqliyyat dəhlizləri üzrə 2026-cı ilin yanvar–sentyabr aylarının göstəriciləri açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, qeyd olunan dövrdə ölkənin tranzit və nəqliyyat potensialından istifadə etməklə ümumilikdə 25 milyon 942,4 min ton yük daşınıb ki, bu da beynəlxalq nəqliyyat dəhlizlərinin aktivliyini bir daha nümayiş etdirir.
Statistikaya əsasən, daşınan yüklərin yarıdan çoxu quru yollarının və dəmir yolunun payına düşüb. Belə ki, yükdaşımaların 12 milyon 81,7 min tonu dəmir yolu nəqliyyatı ilə həyata keçirilib. Avtomobil nəqliyyatı ilə 8 milyon 490,6 min ton, dəniz nəqliyyatı ilə isə 5 milyon 370,1 min ton yük daşınması təmin olunub. İnternetdən sifariş
Nəqliyyat dəhlizləri üzrə bölgüyə nəzər saldıqda məlum olur ki, ən çox yük dövriyyəsi Şərq–Qərb nəqliyyat dəhlizinin payına düşüb. Cari ilin ilk doqquz ayında bu dəhliz vasitəsilə 14 milyon 741,3 min ton yük daşınıb. Eyni zamanda, həmin həcmin 7 milyon 507,2 min tonu Avropa–Qafqaz–Asiya (TRACECA) nəqliyyat dəhlizinin marşrutu üzrə hərəkət edib.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 Noyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















