“Avropa Ukrayna münaqişəsinin həllində maraqlı deyil”
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Rusiya ilə Ukrayna arasında münaqişənin həllində maraqlı deyil.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib.
Diplomatın sözlərinə görə, Avropalı siyasətçilər münaqişənin kök səbəblərinin aradan qaldırılmasına yönəlmiş bütün səyləri sarsıtmaq üçün əllərindən gələni edirlər.
Polyanski Avropadakı tərəfdaşları Kiyevi kor-koranə dəstəkləməkdə də ittiham edib.
O bildirib ki, Qərb Ukraynanın ruslara qarşı törətdiyini iddia etdiyi hərəkətlərə göz yumur və bu cür əməllər orada hətta cinayət kimi qiymətləndirilmir.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:“Avropa Ukrayna münaqişəsinin həllində Vaşinqtonun rolunu zəiflətməyə çalışır” Lavrov
25 Mart 2025 20:37
Starmer: Avropa Ukrayna münaqişəsinin həllində tam şəkildə iştirak etməlidir
28 Fevral 2025 05:21
Ukrayna münaqişəsinin həllində irəliləyiş var
24 Noyabr 2025 15:16
Peskov: Avropa münaqişənin tərəfidir və Ukrayna münaqişəsinin həllində vasitəçilik edə bilməz
29 May 2026 12:01
ABŞ Ukrayna münaqişəsinin diplomatik həllində maraqlıdır
28 İyun 2025 22:23
Baxış sayı:85
Bu xəbər 18 Sentyabr 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















