Avropa və İran xarici işlər nazirlərinin görüşü başa çatdı Nələr müzakirə edilib? KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Avropa ölkələrinin xarici işlər nazirləri bu gün İsveçrənin Cenevrə şəhərində İranın xarici işlər naziri ilə görüş keçiriblər. Görüşün əsas məqsədi Tehranın yeni nüvə sazişi ilə bağlı danışıqlara hazır olub-olmadığını müəyyənləşdirmək idi.
KONKRET.az xəbər verir ki, “Reuters” diplomatik mənbələrə istinadən bildirir ki, tərəflər İsrailin davam edən hərbi əməliyyatlarına baxmayaraq, İran tərəfinin diplomatik masaya oturmaq niyyətini qiymətləndirməyə çalışıblar.
Görüşdən əvvəl Avropa nazirləri ABŞ dövlət katibi Marko Rubio ilə məsləhətləşmələr aparıblar. Rubionun Vaşinqtonun İranla birbaşa danışıqlara açıq olduğunu və eyni zamanda İranın nüvə potensialını məhv etmək məqsədilə İsrailin hava zərbələrinə qoşulma imkanını da nəzərdən keçirdiyini bildirdiyi qeyd olunub.
Rəsmi Vaşinqton bu barədə hələlik ictimai açıqlama verməsə də, CNN telekanalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadla bildirib ki, ABŞ prezidenti Donald Tramp Avropalı müttəfiqlərin İranla sazişə yaxınlaşmaq üçün göstərdiyi diplomatik təşəbbüsləri dəstəkləyir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 İyun 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















