Icma.az
close
up
RU
Avropa yeni təhlükə qarşısındadır TƏHLİL

Avropa yeni təhlükə qarşısındadır TƏHLİL

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr, münaqişələr fonunda ən amansızı Rusiya-Ukrayna müharibəsi hesab olunur. Çünki bu müharibə zonasında az qala 20 milyona yaxın dinc sakin ev-eşiyini tərk edib. Ümumilikdə Ukrayan tərəfi yüz minə yaxın dövlət və qeyri-dövlət binalarından, yaşayış yerlərindən məhrum olunub. Hesablamaya görə, 18 milyona yaxın ukraynalı ölkəni tərk edib. Rusiya tərəfi isə 1, 5 milyon əsgər və zabit, eyni zamanda iqtisadiyyatının az qala yetmiş faizini itirib. Tərəflərin bir-birinə güzəştə getmək istəməməsi qanlı müharibənin hələ uzun illər dayandırmasının mümkün olmayacağından xəbər verir. Bu isə minlərlə insanın ölümü, yüzlərlə şəhər və kəndlərin dağıdılması, tarixi, memarlıq nümunələrinin yer üzündən silinməsi, milyonlarla insanın ev-eşiyindən didərgin düşməsi deməkdir.

Avropa ölkələri və ABŞ Ukraynaya maliyyə və hərbi yardımlarını artırmağı düşünür. Çünki Rusiyanın Ukrayna üzərində qələbəsi Avropanın çökməsini sürətləndirə bilər. Bu səbəbdən də Qərb ölkələri Ukraynanın uzun müddətli müharibə aparmasına hər cür dəstək göstərirlər. Bununla belə indiyədək Ukraynaya edilən bütün yardımların təxminən yarısını ABŞ təkbaşına maliyyələşdirib. ABŞ prezidenti D.Tramp ayrılan yardımların məbləğini azaltmaq haqqında düşündüyünü bildirsə də, NATO-nun Ankara sammitində siyasətini dəyişdiyini bəyan edib. D. Tramp Ankarada keçirilən NATO-nun sammitində açıq şəkildə bildirdi ki, ölkəsi NATO bayrağı altında Ukraynaya maliyyə və hərbi yardımlarını davam etdirəcək. Bununla yanaşı, Almaniya və Fransa Rusiyanın cəzalandırılması üçün Ukraynaya maliyyə vəsaitlərini və hərbi silah-sursatın həcmini artırmağı təklif edirlər. Eyni zamanda Almaniya və Fransa Ukraynaya ordu göndərməyi düşünürlər. Hələlik isə Almaniya beş minlik ordu ilə Pribaltikada gözləmə mövqeyindədir. İstənilən vaxt Almaniya sayı artırmaqla Pribaltikadakı ordusunu Kiyevə göndərə bilər. Rusiya hakimiyyəti ultimativ şəkildə bəyan edib ki, Ukraynaya ordu göndərilsə və həmin ordu birləşmələri Rusiyaya qarşı döyüşlərdə iştirak etsə, o zaman Avropa şəhərləri legitim hədəfləri olacaq. Hətta Putin və Medvedev nüvə silahından istifadə etməklə dünyanı təhlükə ilə üz-üzə qoyacaqlarını bəyan ediblər. V.Putin açıq şəkildə bildirib: “Rusiyasız dünya bizim nəyimizə lazımdır”. Bu baxımdan heç bir Avropa ölkəsi əlində hər cür müasir silahı olan Rusiyanın qəzəbinə tuş gəlmək istəmir. Müxtəlif diplomatik yollarla Ukraynaya ordu göndərmək təkliflərindən yayınırlar. Lakin dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdid mərkəzlərindən olan Fransa hakimiyyəti fərqli düşünür. Fransa prezidenti Emmanuel Makron Zelenskini və ordusunu ruhlandırmaq üçün Ukraynaya orta və uzunmənzilli raketlər və bombalarla yanaşı, Qərb qoşunlarının da Rusiya ilə müharibəyə göndəriləcəyini bəyan edib: “Biz Rusiyanın bu müharibədə qalib gələ bilməməsi üçün lazım olan hər şeyi edəcəyik”.

Bu arada diqqətçəkən məqam ondan ibarətdir ki, Ukrayana nisbətən də olsa hərbi uğurlar əldə etməkdədir. Hərbi rəhbərliyin iddiasına görə, bir sıra ərazilər Rusiya ordusundan təmizlənib. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, 2026-cı ilin əvvəlindən etibarən Ukraynanın Müdafiə Qüvvələri Rusiya silahlı qüvvələrindən 670 kvadrat kilometrdən çox ərazisini təmizləməyə nail olub.

Onun sözlərinə görə, xüsusilə Krımda rusları zəiflətmək, onun logistikasını iflic etmək, cəbhəyə qoşunların və sursatın daşınmasının qarşısını almaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir: “Bütün bu addımlar düşmənin arxa cəbhəsini iflic etmək məqsədi daşıyır. Əlbəttə ki, məqsəd həm də onların bütün strateji və operativ-strateji daşımalarını pozmaqdır. Ukrayna bu mürəkkəb planın uğurla həyata keçirilməsi imkanına malikdir”.

Görünən ondan ibarətdir ki, uğurlarını davamlı etmək üçün Ukrayna Qərb ölkələri ilə daha geniş əlaqələr qurmaqdadır. Bunun nəticəsidir ki, Almaniya kansleri F.Mertz MIM-104 Patriot hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərəcəklərini bəyan edib. Qeyd edib ki, silahın tədarükü ən qısa müddətdə reallaşacaq. Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin əlavə beş Patriot sistemini Ukraynaya təhvil verəcəklərini açıqlayıb. Nazir həmçinin qeyd edib ki, Almaniya Ukraynanı zenit raketləri ilə təmin edəcək və Ukraynada uzaqmənzilli pilotsuz təyyarələrin istehsalını maliyyələşdirəcək.

Almaniyanın müdafiə naziri Boris Pistorius həmçinin İsveçrəyə Patriot tədarükünün gecikdirilməsi və əvvəllər İsveçrə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş sistemlərin Ukraynaya köçürülənləri əvəz etmək üçün 2027-28-ci illərdən başlayaraq çatdırılmalarla Almaniya Silahlı Qüvvələrinə yönləndiriləcəyi ilə bağlı uzun müddətdir mövcud olan fərziyyələri təsdiqləyib. İsveçrə hökumətinin artıq bununla razılaşdığı bildirilir. Bu arada Ukraynanın Donbas və Luqanski istiqamətində geniş əraziləri işğaldan azad etdiyi bildirilir. Bu isə orduda əhval-ruhiyyənin artmasına, daha əzmlə döyüşməyə həvəsləndirir. Krımdan əhalinin canlarını götürüb, qaçmağa çalışması və bu səbəbdəndə Krım körpüsündə uzun növbələrin yaranması Ukraynalılar arasında əhəmiyyətli sevinc hissi yaradır. Vəziyyəti öz xeyrinə dəyişmək,və yarmada da enerji böhranını dərinləşdirmək üçün Ukrayna ordusu Krımın neft anbarlarını, elektrik enerjisi şəbəkələrini dron və raketlə dağıdır. Məlumatlara görə, Krımın daxilində Rusiya hərbi bazalarını yerlə -yeksan etmək üçün Ukrayna tərəfi ərazilərə cəza dəstələri göndərib. Bu səbəbdən də hazırda Krımda əhali və hərbçilər qorxu və vahimə içindədir. Ehtimal ki, yaxın vaxtlarda Rusiya ordu birləşmələrini Krımdan tam şəkildə çıxaracaq. Təəssüf ki, bu hal belə müharibənin dayanacağını deməyə əsas vermir. Çünki Putin müharibəni davam etdirməkdə maraqlıdır. Rusiya-Ukrayna müharibəsi bir dövlətin çökməsi, digər ölkənin qalib gəlməsi qarşılığında başa çata bilər. Hansı dövlətin qalib, hansı dövləti isə məğlub olacağını isə zaman göstərəcək.

İ. ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyul 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri