Icma.az
close
up
RU
Avropa Ukraynaya ordu göndərir TƏHLİL

Avropa Ukraynaya ordu göndərir TƏHLİL

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya siyasət səhnəsində əsəb gərginliyi üzərində ağır, üzücü proseslər hökm sürür. Aparıcı dövlətlərin bəzi rəhbər şəxsləri görüntü xatirinə də olsa, dünyanı cənginə alan mühariblərdən, münaqişələrdən xalqları xilas etməyə çalışırlar. Hətta ABŞ-ın yeni prezidenti Donalt Dramp İsraillə fars-molla rejimi arasında baş verən qanlı müharibəni dayandırmağa müvəffəq oldu. Düzdür, toqquşmalar zamanı ABŞ təyyarələri fars-molla rejiminin bir sıra ərazilərinə raketlərlə zərbələr endirdilər. Bununla ABŞ bir növ gücünü nəinki fars-molla rejiminə, eləcə də Rusiya, Çin, Şimali Koreya kimi dövlətlərə nümayiş etdirdi. Fars-molla rejiminin əraziləri bombaladıqdan az sonra müharibənin dayandırılması üçün D.Tramp ortaya qətiyyətli mövqe qoydu və istədiyinə də nail oldu. Ancaq D.Tramp bu prinsipiallığını Rusiya-Ukrayna müharibəsində nümayiş etdirə bilmir. Halbuki, D.Tramp prezident seçkiləri ərəfəsi Rusiya-Ukrayna müharibəsinin 3 günə dayandırılacağını bəyan etmişdir. Hətta Ukrayna prezidenti Zelenskini güzəştə məcbur edən addımlarda atdı. Rusiya -Ukrayna nümayəndə heyətləri arasında Türkiyədə görüşlərdə təşkil edildi. Lakin rəsmi Kreml iddialarından və istəklərindən geri çəkilmədiyi üçün danışıqlar nəticəsiz qaldı. Bundan sonra ABŞ tərəfi məcburi qaydada Ukraynaya hərbi və maliyyə yardımlarını davam etdirəcəyini bəyan etdi. Bu baxımdan demək olar ki, hazırda Rusiya- Ukrayna müharibəsi gərgin formada davam edir. Tərəflərin bir-birinə güzəştə getmək istəməməsi qanlı müharibənin hələ uzun illər dayandırmasının mümkün olmayacağından xəbər verir. Bu isə minlərlə insanın ölümü, yüzlərlə şəhər və kəndlərin dağıdılması, tarixi, memarlıq nümunələrinin yer üzündən silinməsi, milyonlarla insanın ev-eşiyindən didərgin düşməsi deməkdir.

Avropa ölkələri Ukraynaya maliyyə yardımlarını artırmağı düşünür. Bu barədə Avropa komissarı Marta Kos bəyan edib. O, Ukraynaya Rusiya ilə müharibədə indiyədək 134 milyard avrodan çox dəstək verdiklərini bildirib. 24 fevral 2022-ci ildə başlayan müharibədə AB-nin Ukraynaya verdiyi dəstək haqqında məlumatları paylaşan Kos, "AB və üzv ölkələrin ümumi dəstəyi indiyə qədər 134 milyard avronu keçib", - deyə qeyd edib. Kos AB-nin Ukraynanın müdafiə sektorunda ən böyük beynəlxalq donor və dövlət sərmayəçisi olduğunu vurğulayaraq, "1 milyondan çox patron təmin etdik və bu qışın sonuna qədər 75 min əsgərə təlim keçəcəyik. Müharibədən qaçan 4,5 milyon insan Aİ-də müvəqqəti qoruma aldı", - deyə söyləyib.

Ukrayna ilə üzvlük prosesinə də toxunan Kos “Ukraynanın səylərinə cavab verməli və danışıqların ilk raundunu bu il mümkün qədər tez açmalıyıq" deyə bildirib və qeyd edib ki, müharibədən sonra Aİ öz tarixində ilk dəfə olaraq Ukraynaya silah və digər hərbi texnikanın alınması və çatdırılmasını maliyyələşdirməyə qərar verib: “Aİ razılaşmaları Aİ-yə hərbi əməliyyatları maliyyələşdirmək üçün müntəzəm büdcəsindən istifadə etməyi qadağan etdiyinə görə, Aİ “Avropa Sülh Fondu” adlı büdcədənkənar resursdan istifadə edib”.

İndiyədək Ukraynaya edilən bütün yardımların təxminən yarısını ABŞ təkbaşına maliyyələşdirib. ABŞ prezidenti D.Tramp ayrılan yardımların məbləğini azaltmaq haqqında düşündüyünü bildirsə, İstanbul danışıqlarının nəticəsiz qalmasından sonra siyasətini dəyişdiyini bəyan edib. Yəni bundan sonra ABŞ Ukraynaya hərbi və maliyyə yardımlarını davam etdirəcək.

Fransa müharibənin gərginləşməsinə çalışır

Rusiya-Ukrayna müharibəsini dayandırmaq mümkün olmadıqda, bəzi ölkələr bundan istifadə edərək, yeni ideya və təkliflərlə çıxış edirlər. Xüsusilə də, Almaniya və Fransa Rusiyanın cəzalandırılması üçün Ukraynaya maliyyə vəsaitlərini və hərbi silah-sursatın həcmini artırmağı təklif edirlər. Hətta Almaniyanın keçmiş kansleri O.Şolts Avropa ölkələrini Ukrayna ordu göndərməyə razı salmaq üçün ardıcıl 3 görüşün təşkil edilməsinə nail oldu. Lakin Fransa istisna olmaqla digər Avropa dövlətlərin başçıları O.Şoltsun təklifinə dəstək vermədilər. Çünki Rusiya hakimiyyəti ultimativ şəkildə bəyan edib ki, Ukraynaya ordu göndərilsə və həmin ordu birləşmələri Rusiyaya qarşı döyüşlərdə iştirak etsə, o zaman Avropa şəhərləri legitim hədəfləri olacaq. Hətta Putin və Medvedev nüvə silahından istifadə etməklə dünyanı təhlükə ilə üz-üzə qoyacaqlarını bəyan ediblər. V.Putin açıq şəkildə bildirmişdir ki, “Rusiyasız dünya bizim nəyimizə lazımdır”. Bu baxımdan heç bir Avropa ölkəsi əlində hər cür müasir silahı olan Rusiyanın qəzəbinə tuş gəlmək istəmirlər. Müxtəlif diplomatik yollarla Ukraynaya ordu göndərmək təkliflərindən yayınırlar. Lakin dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdidi mərkəzlərindən olan Fransa hakimiyyəti fərqli düşünürlər. Fransa prezidenti Emmanuel Makron Zeleniskini və ordusunu ruhlandırmaq üçün Ukraynaya orta və uzun mənzilli raketlər və bombalarla yanaşı, Qərb qoşunlarının da Rusiya ilə müharibəyə göndəriləcəyini bəyan edib: “Biz Rusiyanın bu müharibədə qalib gələ bilməməsi üçün lazım olan hər şeyi edəcəyik”. Makron The Economist jurnalına müsahibəsində Avropa İttifaqının gələcəyini təhlükə altında qoya biləcək “misilsiz təhlükələr” barədə xəbərdarlıq edib. Makron onu da qeyd edib ki, Avropa İttifaqı ölkələri nüvə silahına malik olan və Ukraynada müharibəyə başlayan bir ölkə ilə eyni qitədə yaşamalarına baxmayaraq müdafiəyə hələ də ABŞ və ya Çindən əhəmiyyətli dərəcədə az vəsait xərcləyirlər.

Bu arada diqqətçəkən məqam ondan ibarətdir ki, istər Rusiya, istərsə də Ukrayna canlı qüvvə və hərbi texnika baxımından müəyyən problemlər yaşayırlar. Rusiya tərəfi miqrantları və xaricdən pul qarşılığında gələn könüllülər vasitəsi ilə canlı qüvvə baxımından üzləşdiyi problemləri qismən aradan qaldırmağa çalışır, lakin “nayomnik”lər bir müddət qaldıqdan sonra müxtəlif yollarla döyüş zonasından qaçırlar. Bu da Rusiya ordusu üçün ciddi çətinliklər yaradır.

Ukraynada vəziyyətin daha ağır olduğu müşahidə edilir. Çünki müharibənin ilk mərhələsində Rusiya irəlilədiyi üçün əhali kütləvi şəkildə yaşayış yerlərini tərk edib, xarici ölkələrə üz tutublar. Eyni zamanda, Ukrayna prezidenti V. Zelenski 2024-cü ilin may ayında imzaladığı fərmanla məcburi hərbi xidmət üçün yaş həddi 27-dən 25-ə endirilib. Bu isə orduya cəlb edilən əsgər sayının azalmasına təsir edir. 2025-ci ilin iyun ayı ərzində Ukrayna orduya 200 minə qədər döyüşçü toplamalı idi, lakin nəzərdə tutulan planı yerinə yetirmək mümkün olmayıb. Bu isə döyüş zonasında yeni bölmələrin yaradılmasına ciddi əngəllər yaradır. V.Zelenski çıxış yolu olaraq xarici könüllülərin komandir vəzifələrinə təyin edilməsi barədə əmr imzalamaqla böhranlı vəziyyəti aradan qaldırmağa çalışır. Hazırda Ukraynada əcnəbilərdən ibarət cəmi iki legion var. Legionlardan biri Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının yurisdiksiyasında, digəri isə Hərbi Kəşfiyyat İdarəsinin tabeliyindədir. Zelenskinin imzaladığı yeni əmrə əsasən xarici könüllü döyüşçülər komandir vəzifələrinə təyin oluna biləcəklər. Bu isə yeni idarəetmənin tətbiqi, cəbhədə döyüşən ordu arasında əhval-ruhiyyənin artırılmasına xidmət edəcək. Zelenskinin belə bir addım atmasında mühüm amil Qərbin texnologiya və silah dəstəyinə baxmayaraq, Rusiya ilə müharibənin davam etdiyi cəbhələrdə komandir çatışmazlığıdır. Başda Amerika Birləşmiş Ştatları (ABŞ), Fransa və Böyük Britaniya olmaqla, Qərb ölkələri hərbi qulluqçu yetişdirməkdə mühüm addımlar atsalar da, komandir çatışmazlığı diqqət çəkir.

Müharibə zonasında nələr yaşanır?

Hazırda Ukrayna Rusiya üzərində müəyyən üstünlüklərə malikdir. Bu üstünlüklər əsasən Ukraynanın ərazilərinin müəyyən hissəsini azad etməsi, orduda döyüşən əsgər və zabitlərinin əhaval-ruhiyyəsinin yüksək olması və uğursuzluqla nəticələnən İstanbul danışıqlarından sonra ABŞ-ın, və Avropanın əksər ölkələrinin Ukraynaya hərbi yardımlarının sayının artırılmasına qərar vermələridir. Artıq Almaniya kansleri F.Mertz MIM-104 Patriot hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərəcəklərini bəyan edib. Qeyd edib ki, silahın tədarükü ən qısa müddətdə reallaşacaq. Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin əlavə beş Patriot sistemini Ukraynaya təhvil verəcəklərini açıqlayıb. Nazir həmçinin qeyd edib ki, Almaniya Ukraynanı zenit raketləri ilə təmin edəcək və Ukraynada uzaqmənzilli pilotsuz təyyarələrin istehsalını maliyyələşdirəcək.

Almaniyanın müdafiə naziri Boris Pistorius həmçinin İsveçrəyə Patriot tədarükünün gecikdirilməsi və əvvəllər İsveçrə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş sistemlərin Ukraynaya köçürülənləri əvəz etmək üçün 2027-28-ci illərdən başlayaraq çatdırılmalarla Almaniya Silahlı Qüvvələrinə yönləndiriləcəyi ilə bağlı uzun müddətdir mövcud olan fərziyyələri təsdiqləyib. İsveçrə hökumətinin artıq bununla razılaşdığı bildirilir. 2025-ci ilin iyul ayının ikinci həftəsində Bundesverin general-mayoru Kristian Freydinq Berlinin Ukrayna üçün iki Patriot sistemi üçün böyük müdafiə müqaviləsi bağlamağa hazırlaşdığını bildirib.

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya-Ukrayna müharibəsi bir dövlətin çökməsi, digər ölkənin qalib gəlməsi qarşılığında başa çata bilər. Lakin Rusiya özünü məğlubedilməz dövlət hesab edir. ABŞ və Avropa ölkələri də aciz və zəif tərəf olmadıqlarını nümayiş etdirirlər. Bu isə yaxın illər üçün qalib tərəfin olacağını qeyd etmək çətindir. Deməli, müharibə hələ uzun illər davam edəcək. Müharibə davam etdikcə insanlar daha çox öləcək, yaralanacaq, şəhərlər, kənd və qəsəbələr daha çox dağılacaq. Dünyanı idarə etdiklərini iddia edən dövlət başçılarının bu məsələni anlamamaları təəccüb və dəhşət yaradır.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see232

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see231

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see219

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see211

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see206

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see197

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see195

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see195

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see192

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see192

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see188

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see187

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see187

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see178

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see177

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see174

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see168

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see167

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see156

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri