Icma.az
close
up
RU
Avropada anbarlara qaz vurulması həcmi ən aşağı səviyyəyə düşüb

Avropada anbarlara qaz vurulması həcmi ən aşağı səviyyəyə düşüb

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

İyul ayında Avropada yeraltı anbarlara (YQS) qaz vurulma sürəti rekord səviyyədə ən aşağı göstəricilərdən biri olub və region ölkələrini qış mövsümünün əvvəlinə qədər “mavi yanacaq” ehtiyatlarının çatışmazlığı ilə təhdid edir. AZƏRTAC bu barədə “Gas Infrastructure Europe” (GIE) portalının məlumatına istinadla xəbər verir.

Məlumatda qeyd olunub ki, iyul ayında Aİ ölkələrində yeraltı qaz anbarlarının doldurulmasının orta sürəti 2011-ci ildən bəri ən aşağı səviyyələrdən birindədir (daha aşağı templər yalnız 2020 və 2024-cü illərdə müşahidə olunub). Bu rəqəmləri nəzərə alsaq, Avropa payız-qış dövrünün ənənəvi başlanğıcına qədər anbarlarını cəmi 70-75 faizinə qədərini doldura bilər ki, bu da tarixdə istilik mövsümünün başlanğıcı üçün mütləq minimum ola bilər.

2026-cı ilin aprel ayında yay mövsümünün başlanğıcından bəri Aİ ölkələri tərəfindən yeraltı qaz anbarlarına vurulan xalis qaz həcmi (vurulma və çıxarılma həcmləri arasındakı xalis fərq) 28 milyard kubmetri keçib ki, bu da qarşıdan gələn qış üçün tələb olunan həcmin cəmi 41 faizinə bərabərdir. Avropa Komissiyasının tələblərinə görə, Aİ ölkələri hər il 1 oktyabr - 1 dekabr tarixləri arasında anbarlarının 90 faizinin dolu olmasını təmin etməlidir. Çətin doldurma şəraiti yarandıqda, 10 faiz elastikliyə icazə verilir. Beləliklə, 2026-2027-ci il payız-qış mövsümünün əvvəlinə qədər Avropa anbarlarına xalis qaz vurulması kvotasını ödəmək üçün azı 68 milyard kubmetr təmin olunmalıdır.

Bu il anbarların doldurulma sürətinə Yaxın Şərq münaqişəsi zamanı Asiya ilə mövcud LNG bazarının tutumu uğrunda uduzulmuş “mübarizə”, daha yüksək yanacaq qiymətləri, habelə iyun-iyul aylarında həddindən artıq istilər əhəmiyyətli dərəcədə təsir göstərib. Belə yay dövrlərində soyutma sistemləri və kondisionerlər üçün elektrik enerjisinə tələbat kəskin şəkildə artır. Nüvə, külək və Günəş enerjisi ilə yanaşı, qaz da elektrik enerjisi istehsalının əsas mənbələrindən biridir.

Hazırda Avropanın yeraltı qaz anbarları 53,67 faiz doludur (son beş ildə bu tarix üçün orta göstəricidən 15,59 faiz bəndi aşağı), əvvəlki illə müqayisədə isə bu rəqəm 64,4 faiz təşkil edir. Onların ehtiyatları 58,7 milyard kubmetr qaz təşkil edir ki, bu da ötənilki ehtiyatlardan 12 milyard kubmetr azdır.

Ən böyük qaz anbar tutumuna malik ölkələrdə yeraltı qaz anbarlarının doluluq səviyyəsi çox aşağıdır: Almaniyada onlar 45,2 faiz, Fransada 52,6 faiz, Avstriyada 58,3 faiz, İtaliyada 72,2 faiz və Niderlandda 32,4 faiz doluluq səviyyəsi qeydə alınıb. Aİ-nin digər ölkələrində də bu göstərici keçən illə müqayisədə aşağıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 İyul 2026 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri