155 min manatlıq oğurluq Tanınmış şirkətin əməkdaşları həbs olundu
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda fəaliyyət göstərən ərzaq məhsullarının satışı və təchizatı ilə məşğul “Sabko” MMC-dən külli miqdarda oğurluq olub.
"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, söhbət 155.378 manatlıq oğurluqdan gedir.
Araşdırmalar nəticəsində cinayət əməlini şirkətin 3 əməkdaşı - anbardar, sürücü və fəhlə tərəfindən törədildiyi məlum olub. Hər üç şəxsə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Bakıda online alış-veriş
İşçilər şirkətdən hissə-hissə 46113,84 manat dəyərində 15579 ədəd “Red Bull 250 ml” enerji içkisi, 51040,36 manat dəyərində 2610,76 kiloqram “Ankor” markalı yağı, 6785,86 manat dəyərində 1570,80 kiloqram “Tulçinka” markalı yağı, 39211,88 manat dəyərində 6502,80 kiloqram “Kalinka” markalı yağı və 12226,06 manat dəyərində 618,42 kiloqram “West gold” markalı yağı gizli yolla çıxararaq oğurlayıblar.
Əlimusa, Məmmədağa və Anar adlı işçilərin oğurluğunun üstü növbəti dəfə anbardan mal götürmək istəyərkən açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hər üç şəxs təqsirli bilinib. Onlardan biri 4 il, digəri 4 il 8 ay, üçüncü təqsirləndirilən şəxs isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ildə yaradılan “Sabko” MMC-nin qanuni təmsilçisi Amil Sadıqov olsa da, direktoru Səbuhi adlı şəxsdir. Şirkətin anbarı Nərimanov rayonu, Qarabağ küçəsində yerləşir. “Sabko” MMC daha öncə də AQTA tərəfindən keçirilən yoxlamalar nəticəsində gündəmə gəlmiş, şirkətin anbarında məhsulların saxlanma şəraiti ilə bağlı nöqsanlar aşkarlanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 26 Noyabr 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















