Icma.az
close
up
RU
“Avropada anlamırlar ki, ermənilər Qarabağı özləri utandıqlarından tərk ediblər...”

“Avropada anlamırlar ki, ermənilər Qarabağı özləri utandıqlarından tərk ediblər...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Azərbaycan istədiyi vaxt  Avropa ölkələrinə qarşı iqtisadi təzyiq göstərə bilər...”

“Azərbaycan parlamentinin Avropa Parlamentindən uzaqlaşması haqda qərarına müsbət yanaşıram. Axır ki, bu qurumun anti-Azərbaycan qurumu olduğunu siyasətçilərimiz anladılar və burada Azərbaycanın iştirakının bizə heç nə vermədiyi ilə razılaşdılar. Aydındır ki, Azərbaycana qarşı bu parlamentin heç vaxt müsbət mövqeyi olmayıb. 30 il Azərbaycan torpaqlarını zəbt etmiş və oranı xarabalıqlara  çevirmiş  Ermənistana qarşı heç bir obyektiv qərar çıxarmamış, üstəlik, Azərbaycanı günahkar çıxarmış bu qurumdan nə gözləmək olar? Eyni ilə ATƏT kimi...

O ki qaldı Azərbaycan–Avropa münasibətlərinə, ölkə rəhbərliyinin apardığı siyasət ayrı-ayrı Avropa ölkələri ilə əməkdaşlıq , əlbəttə ki, iqtisadi maraqlar üzərində qurulmuşdur və həmin ölkələr Azərbaycanın neftindən və qazından asılı ölkələrdir.  Azərbaycan istədiyi vaxt bu ölkələrə qarşı iqtisadi təzyiq göstərə bilər.”

Bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında "Azərbaycan parlamentinin Avropa Parlamentindən uzaqlaşması haqda qərarına, ümumiyyətlə, Azərbaycan-Avropa münasibətlətinə necə baxırsız?” sualını cavablandıran siyasi analitik Tahir Cəfərli ifadə edib.

“Avropa Parlamentinin qərarlarının arxasında Azərbaycana qarşı heç bir iqtisadi təzyiq dura bilməz, həmin qurumun qəbul etdiyi kağız-kuğuza isə Azərbaycana qarşı təzyiq kimi baxmağın özü  gülüncdür. Çünki Azərbaycan işğal edilmiş torpaqlarını azad  etməklə dünyaya  göstərdi ki, Ermənistana qarşı apardığı müharibə  ədalətli müharibədir və bu onun öz suveren hüquqlarını qorumaq üçün atdığı ən düzgün addımdır”, -deyə davamında həmsöhbətimiz bildirib.

“Bu saat Azərbaycanla-Ermənistan arenasında sülh sazişinin bağlanacağı ərəfədə Avropa parlamentinin hay-küy salmasını da təbii qəbul etməliyik, çünki bu qurum Cənubi Qafqazda sülhün  höküm sürməsinin tərəfdarı deyil. Fransanın və başqa ölkələrin ermənilərin Qarabağı tərk etmələri ilə bağlı bəyanatları, bayaq dediyimiz kimi, kağız-kuğuzdan başqa heç nə deyil. Azərbaycanlılar Qarabağdan erməniləri qovmayıblar, onlar özləri bu torpağı darmadağın etdiklərindən utandıqlarından tərk ediblər. Və indi o da aydın olur ki, separatçı lider və fəallar Qarabağ klanının Ermənistandakı siyasi oyunbazlıqlarında iştirak etmək və Paşinyanın əlindən hakimiyyəti ələ almaq üçün Qarabağı tərk edib çox ciddi mübarizəyə qoşulublar. Avropa parlamentinin sadəlövh siyasətçiləri bunu anlamır və elə düşünürlər ki, erməniləri Qarabağa qaytarsalar, bu qurumun reytinqi qalxar. Onlar bir şeyi anlamırlar ki, erməni mentalitetinin danılmaz xüsusiyyəti odur ki,  tərk etdikləri yerə heç vaxt qayıtmırlar”, - həmsöhbətimiz belə deyib.

Analitik iddia edir ki, Avropa İttifaqı özü saat dağılma ərəfəsindədir:

“ABŞ –İran qarşıdurmasının nəticəsi elə buna aparacaq. ABŞ-ın məqsədi Avropanı 60-ci illərdəki kimi öz  satellitinə çevirməkdir. Nə qədər Hörmüz bağlı qalacaq, Aİ o qədər çökəcək. Azərbaycanın isə bir dövlət kimi istər iqtisadi, istərsə də geo-siyasi reytinqi yüksələcək...”

Tahir Cəfərli dünən  Azərbaycan Prezidentinin Aİ-nin rəhbər nümayəndələrini qəbul etməsini də toxunub.

“Aİ nümayəndələrinin Bakıya  gəlməsi və Prezidentimiz tərəfindən qəbul edilməsi ondan xəbər  verir ki, onlar Azərbaycana qarşı Avropa parlamentinin qəbul etdiyi qərarın nə qədər haqsız olnduğunu anlayıblar. Bundan əlavə, Azərbaycan nefti və qazı olmasa, Avropanın iqtisadiyyatına vurulacaq  zərərləri də dərk ediblər. Azərbaycan Prezidentinin Avropa Parlamentinin qəbul etdiyi qərara qarşı çıxışı ,əlbəttəki, Aİ nümayəndələrini təşvişə salıb və iqtisadi münasibətləri  korlanmasından qorxuya düşüb dövlət başçısının qəbuluna gəliblar”, - deyə siyasi şərçi vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 May 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri