Avropada baş nazirin 24 saat qorunan şəxsi maşını oğurlandı FOTO
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Polşanın Baş naziri Donald Tuskun şəxsi avtomobili oğurlanıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, baş nazirin şəxsi “Lexus” markalı avtomobili çərşənbə günü axşam saatlarında oğurlanıb.
Nəqliyyat vasitəsi Sopotda mühafizəçilər tərəfindən 24 saat mühafizə olunan şəxsi iqamətgahının qarşısından oğurlanıb.
Hadisənin aşkarlanmasından sonra polis intensiv axtarışlara başlayıb.
Tuskun avtomobili saatlar sonra təxminən 25 km aralıda, Qdanskın Kokoşki rayonunda park edilmiş vəziyyətdə tapılıb.
Oğru və ya oğruların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Polşa polisi avtomobilin oğurlanmasının sadə bir oğurluq ola biləcəyi ehtimalını nəzərdən keçirir.
Qeyd edilir ki, bu, həm də Baş naziri izləyən və ona zərər vermək istəyən xarici kəşfiyyat orqanlarının mesaj göndərmək cəhdi də ola bilər.
Polşada baş verən oğurluq hadisəsi ölkə hökumətinin ən yüksək səviyyələrində təhlükəsizlik zəifliklərini üzə çıxarıb.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 13 Sentyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















