Icma.az
close
up
RU
Şumaherlə bağlı sevindirici xəbər var

Şumaherlə bağlı sevindirici xəbər var

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Formula-1” üzrə dünya çempionatının yeddiqat qalibi Mihael Şumaherin sağlamlıq durumu ona baxıcıların köməyi ilə əlil arabasında təmiz havada gəzintiyə çıxmağa imkan verir. Bundan başqa, 57 yaşlı almaniyalı ətrafdakılara reaksiya verir və idman translyasiyalarına baxa bilir.

"Football-plus.az" xəbər verir ki, bu iddianı Qırmızı Baronun indiki həyatı ilə bağlı vaxtaşırı insaydlar yayan Britaniyanın məşhur “Daily Mail” tabloidi irəli sürüb. Bu informasiyadan belə nəticə çıxır ki, avtoidmanın əfsanəsinin dağ-xizəkçilik kurortundakı qorxunc qəzadan sonra 12 ildə vegetativ durumda olmasıyla bağlı şayiələt hədsiz şişirdilib. Yaxınları Şumini kənar gözlərdən uzaq tutur. Çünki onun indiki görünüşü Mihaelin idman karyerası boyunca formalaşdırdığı obrazla ziddiyyət təşkil edir. Ancaq heç də hər şey deyilən qədər pis deyil – böyük pilot Mayorkadakı villanın əsiri deyil və bəzən ailəsinin başqa bir iqamətgahının yerləşdiyi İsveçrənin Qlan şəhərində də olur.
Təmiz havada gəzinti
Şumaherin yaxın ətrafına daxil olan adamlar prinsipial şəkildə onun sağlıq durumu haqda informasiya vermir, bununla da medianı və azarkeşləri qıcıqlandırırlar. Sabiq pilotun xanımı Korinnanın bu məqamla bağlı izahı:

“Əvvəllər Mihael bizi qoruyurdu, indi isə biz onu qoruyuruq”.

Nəticədə publika tez-tez qorxu janrında təqdim olunan şayiələrə meyillənməyə məcburdu. Ancaq bu dəfə “Daily Mail”in əməkdaşı Conatan Makevoy başqa yolla getməyə qərar verib və yeddiqat dünya çempionunun fanatlarını ümidləndirib. O, konkret almaniyalı idmançının “qapalı adam sondromu”nu təkzib edib, guya iflic olan adam başverənləri dərk edir, ancaq ətraf aləmlə yalnız gözlərinin hərəkəti ilə ünsiyyət qurur. Britaniyalı tabloid yazır:

"Görünür, o, ətrafında baş verən bəzi şeyləri başa düşür, amma yəqin ki, hər şeyi yox. Mihael açıq havada çox vaxt keçirir - tibb bacıları və terapevtlər onu əlil arabasında dəbdəbəli villasının ətrafında gəzdirirlər. Şumaherin yanında ona xidmət edən personaldan və yaxın qohumlarından başqa yalnız üç-dörd nəfərin olmasına icazə verilir. Bunlardan biri də bəzən yarışları iflic olmuş dostu ilə izləyən “Ferrari”nin sabiq rəhbəri Jan Todtdu. Alman Mayorkadakı Las-Brisas malikanəsində çox vaxt keçirir, lakin onun əsas yaşayış yerinin İsveçrədə, Cenevrə gölünün sahilində olduğu dəqiqdi”.

Əfsanəvi pilota günboyu tibbi yardım göstərilir. Bunun üçün 15 adam ayrılıb. Belə xidmətin dəyəri həftədə onminlərlə funt təşkil edir. Dəyəri 30 milyon funt olan Mayorkadakı villanı ayıq-sayıq mühafizəçilər qoruyur, onlar yoldan keçənlərə buranın sahibinin kim olduğunu deməkdən imtina edirlər.
Sirli imza
Avtoyarışlarda iştirakı 2012-ci ildə dayandıran Mihaelin həyatı 2013-cü ildə baş verən məlum və qorxunc qəzadan sonra radikal şəkildə dəyişdi. Başından aldığı ağır zədə 250 gün davam edən medikamentoz koma ona gətirib çıxardı ki, ulduz idmançı həyati vacib funksiyaların bir hissəsini itirdi və o vaxtdan bəri daimi baxıma ehtiyac duyur. Şumaher 2019-cu ildə Paris klinikasında ultramüasir terapiya aldı. Ancaq Fransadakı müalicənin hansısa effekt verib-vermədiyi bilinmir.
İstisna olunmur ki, məhz həmin tibbi müdaxilə Mihaelin yataqdan qalxmasına şərait yaradıb. Korinnanın Mihaelin müalicə təcrübəsini oxşar vəziyyətdə olan xəstələrin yaxınlarıyla bölüşmək istəməməsi də pilotun xanımının daha bir tənqid dalğasıyla üzləşməsinə səbəb olur.
Ailənin Mihaellə bağlı informasıyanın açıqlanmasına əsəbi yanaşması həm də bununla bağlıdı ki, Korinna iki dəfə şantaj obyekti olub. Bəzi adamlar onu Şumaherin sağlamlıq durumuna aydınlıq gətirən fotoları, videoları və tibbi sənədləri yayacağı ilə təhdid ediblər. Almaniya məhkəməsi ötən il İsveçrədəki villanın mühafizəçisini və onunla əlbir olan iki şəxsi – türkiyəli mühacirləri dələduzluğa görə müxtəlif müddətə məhkum edib.
Bundan başqa, Qırmızı Baronun Qlandakı evində baş verən zorlama qalmaqalı ilə bağlı informasiya da yayılıb. Bu cinayətdə Şumaherin oğlu Mikin yaxın dostu – avstraliyalı pilot Coi Mouson ittiham olunur. Zərərçəkən isə Mihaelin baxıcısıdı. Üç il ərzində susan qadın işdən azad olunandan sonra polisə ərizə ilə müraciət edib.
Ötən ilin aprelində məlum oldu ki, Mihael də Ceki Stüartın təşkil etdiyi "Demensiyaya qarşı yarış" xeyriyyə tədbiri çərçivəsində yarış dəbilqəsinə imza atıb. Həmin dəbilqənin üzərində almanla yanaşı, “Formula-1”in bütün həyatda olan qaliblərinin də imzası var idi. Şumaherin imzasının necə əldə edildiyi dəqiq məlum deyil - köhnə avtoqraflarının surəti çıxarılıb, yoxsa iflic olmuş pilot, hər halda, əlini dəbilqəyə toxundura bilib...
"Mihael bizimlədi. O başqalaşıb, amma burdadı və bu, bizə güc verir. O, hələ də hər gün bizə nə qədər güclü olduğunu göstərir", - pilotun həyat yoldaşı 2021-ci ildə “Netflix”də yayımlanan sənədli filmdə belə deyib.

"Biz birlikdə yaşayırıq və onun rahat olması, sağlıq durumunun yaxşılaşması üçün əlimizdən gələni edirik. Həm də ailəsinin dəstəyini və əlaqəmizi hiss etməsi üçün yanındayıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2026 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri