Avropada çəkilmiş ilk tammetrajlı Azərbaycan filmi Park Cinema da təqdim olundu FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
03.09.2025 tarixində Park Cinemanın Flame Towers filialında Avropa Birliyində çəkilmişilk tammetrajlı Azərbaycan filmi olan "Görüşənədək"in təqdimatı baş tutdu.
Azərbaycanlılar tərəfindən istehsal olan bu mənalı film sənət ictimaiyyəti tərəfindən xüsusi maraqla qarşılandı.
Tədbirdə rejissorlar, aktyorlar, ssenaristlər, rəssamlar, 3D animatorlar, müəllimlər, teatr və musiqi xadimləri də daxil olmaqla müxtəlif sahələrdən yaradıcı şəxslər iştirak edirdi.
Təqdimatda filmin rejissoru və ssenari müəllifi Nazim Aqşın Musabəyli çıxış edərək filmin ərsəyə gəlməsi, yaradıcı proses və üzləşdikləri çətinliklər barədə məlumat verdi. O, bu filmi yerli kinematoqrafiya üçün önəmli bir mərhələ kimi qiymətləndirdi və incəsənət xadimlərini Avropa səviyyəli layihələrin ərsəyə gəlməsinə dəstək olmağa çağırdı.
Film tamaşaçılar tərəfindən birmənalı şəkildə müsbət qarşılandı. Təqdimatdan sonra izləyicilər ən çox bu fikirləri səsləndirdilər: "Gözləntimizdən qat-qat daha yaxşı idi", "Film çox maraqlı və mənalı idi."
"Görüşənədək" filmi yalnız Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunur.
Biletləri əldə etmək üçün link:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 08 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















