Icma.az
close
up
RU
Avropada cinsi yolla keçən xəstəliklər kəskin artır: Səbəb nədir?

Avropada cinsi yolla keçən xəstəliklər kəskin artır: Səbəb nədir?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

COVID-19 pandemiyası zamanı bu göstəricilər qismən azalmışdı. Buna ya testlərin sayının azalması, ya da təsadüfi cinsi əlaqələrin daha az olması səbəb ola bilərdi. Lakin artıq 2021-ci ildən etibarən statistika kəskin şəkildə artmağa başlayıb.

Qaynarinfo xəbər verir ki, "The Economist" yazır.

Belə ki, 2024-cü ildə Avropa ölkələrində 100 min qonoreya hadisəsi qeydə alınıb. Bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Sifilisə yoluxma hallarının sayı isə iki dəfə artaraq 46 minə çatıb. Yeganə istisna xlamidiozdur: bu xəstəliklə bağlı halların sayı 2015-ci ildəki səviyyədə qalıb.

Jurnalistlərin istinad etdiyi Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) qeyd edir ki, xəstəliklərin sayındakı bu artım yalnız testlərin çoxalması ilə izah edilə bilməz.

Mütəxəssislərin bir qismi bunu tanışlıq tətbiqlərinin populyarlığının artması ilə əlaqələndirir. Digər izahlardan biri isə insanların ənənəvi qorunma vasitələrindən getdikcə daha çox imtina etməsidir.

Jurnalistlər qeyd edirlər ki, Avropada cinsi yolla ötürülən xəstəliklərlə bağlı ənənəvi risklərlə yanaşı, xəstəliklərin anadan uşağa ötürülməsi halları da artır. 2023-2024-cü illərdə belə yoluxmaların sayı iki dəfə artıb.

Mütəxəssislər həmçinin zöhrəvi xəstəliklərin coğrafi baxımdan bütün Avropanı əhatə etdiyini bildirirlər. Qonoreyaya ən çox Bolqarıstan, Fransa və İtaliyada rast gəlinir. Sifilisə yoluxma hallarının ən yüksək göstəriciləri isə Belçika və Macarıstandadır. Litva və Maltada hər iki xəstəlik üzrə artım qeydə alınıb.

Eyni zamanda, Avropanın daha yoxsul ölkələrində rəsmi göstəricilər testlərin kifayət qədər aparılmaması səbəbindən "yanıltıcı dərəcədə aşağıdır". Məsələn, əhalisi 19 milyon olan Rumıniyada cəmi 24 xlamidioz hadisəsi qeydə alınıb.

ECDC Avropanın hər bir ölkəsində monitorinqin və risk qrupuna daxil olan insanların məlumatlandırılmasının gücləndirilməsinin vacibliyini vurğulayır. Bu, xəstəliklərin yayılmasını daha obyektiv izləməyə və səhiyyə sahəsində daha düzgün qərarlar qəbul etməyə imkan verə bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Avqust 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri