“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır”
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
“Ən müasir hücumlar sərhədləri, yoxsa serverləri keçəcək?! Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Həsən Mansurov Kiberdiplomatiya üzrə ll Beynəlxalq Konfransda bildirib.
O qeyd edib ki, Beynəlxalq münasibətlərdə güc ənənəvi olaraq hərbi, iqtisadi və siyasi imkanlarla müəyyən edilirdi: “İndi isə həmin amillərlə yanaşı, informasiya resurslarına nəzarət, texnoloji potensial, rəqəmsal infrastrukturun dayanıqlılığı və kiberməkanda milli maraqların müdafiəsi də strateji əhəmiyyət daşıyır.
Son illərdə ölkələrin enerji infrastrukturları iri miqyaslı kiberhücumlarla üzləşir. Kiber və texnoloji imkanlar geosiyasi təzyiq vasitəsinə, geosiyasi motivli kiberhücumlar isə adi statistikaya çevrilib. Beynəlxalq sorğu hesabatlarına görə, təşkilatların 64 faizi geosiyasi motivli kiberhücumları öz risk strategiyalarında nəzərə alır.
Süni intellekt texnologiyalarına, böyük hesablama resurslarına və məlumat infrastrukturlarına çıxışı məhdud olan dövlətlər xarici texnoloji platformalardan daha çox asılı vəziyyətə düşə bilərlər. Real seçim etibarlı qlobal tərəfdaşlıq mexanizmlərinin yaradılmasıdır”.
H.Mansurov vurğulayıb ki, hazırda həm BMT-nin, həm də Avropa Şurasının kibercinayətkarlığa qarşı konvensiyalarını ratifikasiya etmiş yeganə dövlət Azərbaycandır: “Azərbaycanın körpü diplomatiyası təcrübəsi dünyada unikal istinad mənbəyinə çevrilib və bu, kiberdiplomatiyanı da əhatə edir”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 19 Noyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















