Azərbaycan COP31 çərçivəsində hesabatını təqdim edib
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
COP31 çərçivəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Paris Sazişi üzrə öhdəliklərin yerinə yetirilməsində şəffaflığın təmin edilməsi istiqamətində “Birinci İkiillik Şəffaflıq Hesabatından (BTR1) İkinci İkiillik Şəffaflıq Hesabatına (BTR2): hesabatlılığın təkmilləşdirilməsi və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq tədbir keçirilib.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva İkinci İkiillik Şəffaflıq Hesabatını (BTR2) təqdim edib.
Görüşdə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin Şəffaflıq Bölməsinin direktoru, COP29-un prezidenti və Qlobal Ekoloji Fondun (GEF) nümayəndəsi çıxış ediblər.
İkinci İkiillik Şəffaflıq Hesabatının təqdimatı iştirakçılar tərəfindən təqdirəlayiq qarşılanıb.
Tədbir çərçivəsində 1990–2024-cü illəri əhatə edən istixana effekti yaradan qaz emissiyalarının əsas sektorlar üzrə inventarlaşdırılmasının təkmilləşdirilməsi, milli hesabatlılıq potensialının gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Noyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















