Icma.az
close
up
RU
Avropada keçiriləcək oyunların AFİŞASI İdman və Biz

Avropada keçiriləcək oyunların AFİŞASI İdman və Biz

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ölkə çempionatlarında mübarizə davam edir.

İdman.biz xəbər verir ki, İngiltərədə “Mançester Siti” – “Tottenhem” qarşılaşması daha çox maraq doğurur. Oktyabrın 30-da Liqa kubokunun 1/8 finalında London təmsilçisinə uduzduqdan (1:2) sonra Pep Qvardiolanın yetirmələrinin məğlubiyyət seriyası 4 oyuna çatıb. Elə “Tottenhem” özü də son iki matçında məğlub olub.

Turnir cədvəli baxımından “Arsenal” – “Nottingem” oyunu - müvafiq olaraq, 4 və 5-ci pillələrdə qərarlaşan komandaların qarşılaşması da diqqəti cəlb edir.

“Mançester Yunayted” yeni baş məşqçisi Ruben Amorimlə ilk matçına səfərdə çıxacaq və autsayderlər arasında yer alan “İpsviç”in qonağı olacaq.

İspaniya La Liqasında lider “Barselona” bu gecə “Selta”nın qonağı olacaq, barışmaz rəqibindən altı xal geri qalan Madrid “Real”ı isə sabah səfərdə “Leqanes”lə qarşılaşacaq. Viqo təmsilçisi ötən il öz meydanında “Barsa”nı məğlub edib (2:1), Madrid əyalətinə daxil olan Leqanes şəhərinin komandası isə La Liqada debüt etdiyi 2016-cı ildən bəri Kral klubuna qalib gələ bilməyib.

Turnir cədvəlinin üst sıralarında qərarlaşmış komandalardan 5-ci yerdəki “Osasuna” və 4-cü pillədəki “Vilyarreal”ın sabahkı qarşılaşması, həmçinin Bilbaodakı “Atletik” – “Real Sosyedad” Bask derbisi də maraq doğurur.

İtaliya A seriyasında bu axşam “Milan” – “Yuventus” dueli maraqla gözlənilir. “Yuve” hazırkı mövsüm ölkə çempionatında uduzmayan yeganə komanda olsa da, 6-cı pillədədir, amma lider “Napoli”dən cəmi iki xal geri qalır, 7-ci yerdəki Milan klubunu isə altı xal qabaqlayır. Ötən il Turin təmsilçisinin səfərdə “Milan”a 1:0 hesabı ilə qalib gəldiyini də xatırladaq.

Sabah “Napoli” isə işləri yaxşı getməyən “Roma”nı qəbul edəcək. Ardıcıl beş qələbədən sonra Neapol təmsilçisi də iki oyundur üç xallıq nəticə əldə edə bilmir. “Napoli” bu ilin aprelində evdə paytaxt futbolçularının müqavimətini qıra bilməmişdi – 2:2.

Almaniya Bundesliqasında, deyəsən, növbəti çempionun kimliyi şübhə doğurmur. Dünən “Auqsburq”a qalib gəlməklə (3:0) bütün yarışlarda qələbə seriyasını altı oyuna çatdıran “Bavariya” ölkə çempionatında ən yaxın izləyicisindən 8 xal uzaqlaşıb.
Ötən ilki çempion “Bayer”in bu gün “Haydenhaym”ı, Dortmund “Borussiya”sının isə “Frayburq”u qəbul edəcəyini də qeyd edək.

Fransa Liqa 1-də PSJ-nin liderliyi davam edir. Çempionlar Liqasında işləri yaxşı getməsə də, ölkə çempionatında növbəti qələbəsini qazanan Paris təmsilçisi (“Tuluza”ya 3:0) ən yaxın izləyicisindən altı xal uzaqlaşıb.
“Lion” bu gecə “Reims”in qonağı olacaq. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi 5-ci, meydan sahibləri isə 7-ci pillədədirlər və aralarında cəmi bir xal fərq var.
Aparıcı komandalardan “Marsel”in səfərdə “Lans”la oyunu da diqqəti çəkir.

Türkiyə Super Liqasında liderlər - “Qalatasaray” və ondan beş xal geri qalan “Fənərbağça” bu gün səfərdə autsayderlər qrupunda qərarlaşan komandalarla qarşılaşacaqlar. “Sarı-qırmızılar” 16-cı yerdəki debütant “Bodrum”un, “sarı-lacivərdlilər” isə 15-ci pillədəki “Kayserispor”un qonağı olacaqlar.

“Qalatasaray” bütün yarışlardakı qələbə seriyasını 7 oyuna çatdırmağa çalışacaq. “Fənərbağça” da Türkiyə çempionatının son üç oyununda qalib gəlib və axırıncı dəfə Super Liqada Kayseri təmsilçisinə 2019-cu ildə məğlub olub (0:1).
Turnir cədvəli baxımından sabah axşam keçiriləcək “Beşiktaş” – “Göztepe” oyunu da maraq doğurur. Meydan sahibləri 5-ci, qonaqlar isə 6-cı yerdədirlər və aralarında üç xal fərq var.

İngiltərə
Premyer Liqa, 12-ci tur
23 noyabr

16:30 Lester - Çelsi
19:00 Arsenal - Nottinqem
19:00 Aston Villa - Kristal Palas
19:00 Bornmut - Brayton
19:00 Everton - Brentford
19:00 Fulhem - Vulverhempton
21:30 Mançester City - Tottenhem
24 noyabr
18:00 Southempton – Liverpul
20:30 İpsviç - Mançester Yunayted
00:00 Nyukasl - Vest Hem

İspaniya
La Liqa, 14-cü tur
22 noyabr

Getafe – Valyadolid 2:0
23 noyabr
17:00 Valensiya - Betis
19:15 Atletiko Madrid - Alaves
21:30 Jirona - Espanyol
21:30 Las Palmas - Malyorka
00:00 Selta - Barselona
24 noyabr
17:00 Osasuna - Vilyarreal
19:15 Sevilya - Rayo Valyekano
21:30 Leqanes - Real Madrid
00:00 Atletik - Real Socyedad

İtaliya
A seriyası, 13-cü tur
23 noyabr

18:00 Verona - İnter
21:00 Milan - Yuventus
23:45 Parma - Atalanta
24 noyabr
15:30 Genoa - Kalyari
18:00 Komo - Fiorentina
18:00 Torino - Monza
21:00 Napoli - Roma
23:45 Latsio - Bolonya
25 noyabr
21:30 Empoli - Udineze
23:45 Venetsiya – Leççe

Almaniya
Bundesliqa, 11-ci tur
22 noyabr

Bavariya – Aysburq 3:0
23 noyabr
18:30 Bayer Leverkuzen - Heydenheym
18:30 Borussiya Dortmund - Frayburq
18:30 Hoffenhaym – Leypsiq
18:30 Ştuttqart - Bohum
18:30 Volfsburq - Yunion Berlin
21:30 Ayntraxt - Verder
24 noyabr
18:30 Kiel - Mayns
20:30 Borussiya Münhenqladbax - Sankt Paulu

Fransa
Liqa 1, 12-ci tur
22 noyabr

Monako – Brest 3:2
PSG – Tuluza 3:0
23 noyabr
20:00 Lans - Marsel
22:00 Sent-Etyen - Monpelye
00:00 Reyms - Lion
24 noyabr
18:00 Lill - Renn
20:00 Oser - Anji
20:00 Nant - Le Havr
23:45 Nitsa – Strasburq

Türkiyə
Super Liqa, 13-cü tur
23 noyabr

14:30 Eyüpspor - Çaykur Rizespor
17:00 Qaziantep - Başakşehir
17:00 Kayserispor – Fənərbaxça
20:00 Bodrum - Qalatasaray
24 noyabr
14:30 Sivasspor - Kasımpaşa
17:00 Konyaspor - Hatayspor
17:00 Samsunspor - Alanyaspor
20:00 Beşiktaş - Göztepe
25 noyabr
21:00 Trabzonspor - Adana Demirspor

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:383
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Noyabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see322

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see301

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see295

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see282

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see281

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see274

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see272

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see270

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see246

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see233

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see231

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see229

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see227

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see224

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see224

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see217

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see212

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see211

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see202

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri