Ayxan Abbasov: “İlin son oyununu qələbə ilə başa vurmaq istəyirik”
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında həm qarşılaşma, həm də millidə son oyununa çıxacaq Emin Mahmudov barədə danışıb:
“Eminə gələcək həyatında uğurlar arzulayıram. O, millimizin tarixində iz qoyan futbolçulardandır. Komandamızın qazandığı qələbələrdə onun böyük rolu olub. Onunla birlikdə çalışmaq bizim üçün xoş idi. Klub səviyyəsində bir yerdə işləməsək də, milli komandada bu fürsətimiz oldu. Emin həm qələbələrimizdə, həm də məğlubiyyətlərimizdə bizimlə bir yerdə olub. O, hələ futbolçu karyerasını tam başa vurmur. İnanıram ki, öz klubunda azarkeşləri qarşısında da son oyununu keçirəcək. Sabah isə onun üçün oynayacağıq.
Bu, millimizin builki son oyunudur. Gərgin matçdan sonra yoldaşlıq görüşünə çıxacağıq. Andorra son illərdə inkişaf edən komandalardandır. Baş məşqçisi, səhv etmirəmsə, 16 ildir ki, komandada çalışır. Sabah rotasiyalı heyətlə meydana çıxacağıq və buraya gələn hər bir futbolçuya şans vermək istəyirik. Ən önəmlisi gənc futbolçuları qazanmaqdır. Hazırda komandamızda gənclərimiz də var və onları milliyə qazandırmaq üçün bu, yaxşı fürsətdir. Sabahkı oyunda məsuliyyəti öz üzərlərinə götürməlidirlər. İlin son oyununu qələbə ilə başa vurmaq istəyirik. Maksimum nəticə əldə etməyə çalışacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 15 Noyabr 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















