Icma.az
close
up
RU
Avropada radikallaşmaya səbəb olan PROBLEMLƏR TƏHLİL

Avropada radikallaşmaya səbəb olan PROBLEMLƏR TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Avropada ictimai əhval-ruhiyyənin radikallaşması artıq özünü bir neçə istiqamətdə göstərməkdədir. Son zamanlar avropalıların narazılılarının fonunda bu radikallaşmanı bütün dünya ictimaiyyəti müşahidə edir. Sözsüz ki, həmin radikallaşmanın və narazılıqlarının dərinləşməsi tendensiyaları təsadüfi, yaxud da səbəbsiz deyil və bunun çox dərin kökləri var. Daha dəqiq desək, Avropada radikallaşmaya da, narazlılıqlara da səbəb problemlərdir.

Problemlər səbəbindən Avropada ifrat sağçı və millətçi siyasi qüvvələr “peyda” olublar

İlk növbədə diqqətə çatdıraq ki, Avropada radikallaşmanın, narazılıqların birinci səbəbi iqtisadi məsələlərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, Avropa ölkələrinin iqtisadiyyatı uzun müddətdir “çətinliklər” yaşayır. Qoca Qitənin xüsusən, Rusiya-Ukrayna müharibəsi nəticəsində durğunluq mərhələsinə qədəm qoyduğu da təkzibedilməzdir. İqtisadi durğunluq artıq illərdir ki, bir neçə istiqamətdə özünü göstərir. Məsələn, enerji daşıyıcılarının qiymətlərinin artması, aqrar sektorda böhran, aşağı maaşlar və ancaq sözdə olan, vəd edilən pensiya islahatları deyilən məsələlərlə bağlı narazılıqlar özünün pik həddinə çatıb. Heç şübhəsiz ki, bütün bunlar Avropanın iqtisadi və siyasi mənzərəsini dəyişə biləcək səbəblər və problemlərdir. Hər kəs də çox yaxşı bilir ki, həmin problemlər həm qısamüddətli, həm də uzunmüddətli nəticələrə malikdir. Təsadüfi deyil ki, bunun, yəni, həmin problemlərin fonunda ifrat sağçı və millətçi siyasi qüvvələr “peyda” olublar və onların sıraları durmadan da artmaqdadır.

İndi Avropa ölkələri bir çox narazılıqları, etiraz aksiyalarını ya gizlətməyə, ya da etiraz dalğasına hansısa don geyindirməyə çalışırlar. Amma reallıq ortadadır və görünən odur ki, insanların narazılıqlarına başlıca səbəb isqisadi məsələlərlə, problemlərlə bağlıdır. Avropnın düz ortasında nümayişçilərə qarşı qəddarcasına davramılması da təsadüfi deyil və məqsəd narazılıq dalğasını yatırmaq, ələlxüsus da problemləri gizlətməkdir. Rezin güllələrdən, gözyaşardıcı qazlardan, su şırnaqlarından, hətta, atlardan, itlərdən istifadə etməklə insanların etiraz aksiyalarını dağıtmaq, bununla da dünyanın “diqqətindən yayınmaq” niyyəti ortadadır. Lakin dünya ictimaiyyəti çox yaxşı bilir ki, avropalılar iqtisadi problemlərlə üz-üzədir və nə qədər gizlədilsə belə, Avropanı bürüyən problemləri ört-basdır etmək mümkün deyil. Onsuz da mövcud probmenlər səbəbindən hansısa qüvvələrin meydana çıxması yenilik deyil və dünya təcrübəsi belə reallığın nəsən ibarət olduğu ortaya qoyur və bilavasitə problemlərin mövcudluğunu təsdiq edir.

Problemlərin birinin digərini əvəz etməsi narazılıqlara, etirazlara, gərginliyə və radikallaşmaya zəmin yaradır

Avropada bir neçə ildir ki, inflyasiya və qiymət artımı da diqqətdən yayına bilməz Məhz bunun özü də sosial gərginliyin səbəbi olub. Mərkəzi bankların müdaxiləsinə baxmayaraq, əmək haqqı artımı əmtəə və xidmətlərin qiymətlərinin artımına qətiyyən bir-biri ilə uyğun gəlmir. Bu uyğusuzluğu bir neçə istiqamətdə görmək mümkündür. Məsələn, Britaniyada həkimlər, müəllimlər, dəmiryolçular və digər mütəxəssislər mütəmadi olaraq maaşların artırılması tələbi çıxış edirlər. Onlar hətta mütəmadi şəkildə tətillər təşkil edirlər, narazılıqlarını, etirazlarını bilidirilər. Almaniya, Belçika və digər ölkələrdə aviasiya işçilərinin məhz iş şəraitlərinin yaxşılaşdırılması və maaşlarının artırılması tələbi ilə bu yaxınlarda tətilə çıxdıqları da hamıya yaxşıca bəllidir. Əlbəttə ki, bütün bu sadalananlar Avropa yaşanan problemlərə görədir və problemlər də məhz radikallaşmaya da səbəb sayılır.

Avropa Mərkəzi Bankı inflyasiyanı cilovlamaq məqsədilə faiz dərəcələrini davamlı şəkildə artırmağı çıxış yolu hesab edərək, vəziyyəti normallaşdırmağa, radikallaşmanın qarşısını almağa çalışsa da buna nail olmaq mümkün olmur. Əksinə, faiz dərəcələri artırıldıqca, bu siyasət vətəndaşların, xüsusən də ipoteka krediti olanların maliyyə vəziyyətini daha da çətinləşdirir. İspaniya, Portuqaliya və İtaliyada insanlar artan borc yüklərindən şikayətlənirlər. Polşada isə yüksək faizlər mənzil kreditlərinin ödənişini çətinləşdirib. Bir sözlə, problemin birindən yaxa qurtarmaq istədikləri zaman digəri yaranmış olur. Bu problemlərin birinin digərini əvəz etməsi də nəticədə avropalıların narazılıqlarına, etirazlarına və ümumiyyətlə, gərginliyə və radikallaşmaya zəmin yaradır.

Problemlər Avropa Birliyinin demoqrafik böhranla üzləşməsi ilə bundan sonra daha da ağırlaşa bilər

Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropa alternativ mənbələrə keçərək nisbətən ucuz rus qazının idxalını azaltmağa məcbur olduğu da bir reallıqdır. Bununla belə, ABŞ, Norveç, Qətər olmaqla, yeni təchizatçılarla bağlanılan müqavilələr qazın qiymətinin kəskin artmasına səbəb olduğu da bəllidir. Buna görə də Almaniya, Çexiya və digər ölkələrdə minlərlə insan daha sərfəli enerji mənbələri tələbi ilə küçələrə axışırlar. Sosial narazılıqlar da bu şəkildə durmadan artır və gərginliyin, radikallaşmanın artmasına gətirib çıxarır. Yanacağın və gübrələrin qiymətlərinin yüksək olması və subsidiyaların kəsilməsi Fransa, Almaniya, Belçika, Hollandiya, İtaliya və İspaniyada fermerlərin etirazları ilə nəticələb. Bu arada onu da diqqətə çatdıraq ki, Avropada sosial bərabərsizlik pisləşdikcə, Belçika, Almaniya və İspaniyada minlərlə insan sosial xidmətlərə daha çox dövlət dəstəyi tələb etmək üçün küçələrdə etiraz aksiyaları təşkil edirlər.

Əslində, hökumətlər uzunmüddətli həll yolları tapmasalar, tətillər və etirazlar hələ bundan sonra çox davam edəcək və hətta bu etirazlar səbəbindən daha acınacaqlı vəziyyət də gözləniləndir. Bu problem Avropa Birliyinin demoqrafik böhranla üzləşməsi ilə bundan sonra daha da ağırlaşa bilər, çünki hadisələr və problemlər belə bir ağırlaşma vəd edir. Çoxlu sayda yaşlı insanların pensiyalarını ödəmək üçün vergiləri istifadə edilməli olan gənc işçi çatışmazlığı olduğundan, vəziyyəti bərabərləşdirmək üçün pensiya yaşı artırılır. Təsadüfi deyil ki, Fransada pensiya yaşının artırılmasına qarşı kütləvi etiraz aksiyaları da keçirilib və bununla bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Hər halda, yüz minlərlə insanın nümayişlərdə iştirak etmək üçün küçələrə çıxdığı hələ də unudulmayıb. Müxtəlif mənbələrə görə, təkcə Parisdə bəzi günlərdə keçirilən etiraz aksiyalarında iştirakçıların sayı 1 milyon nəfəri keçirdi ki, bunun da Fransa üçün nə demək olduğu bəllidir.

Avropa “xoşagələn” durumda deyil və kiçik bir insident belə böyük etirazlara, nəticədə də böyük rezonansa səbəb ola bilər

Bütövlükdə, miqrasiyaya qarşı etirazlar və aksiyalar Avropada ictimai və siyasi diskursun mühüm hissəsinə çevrilib. Artan miqrasiya əhalinin tərkibində dəyişikliklərə, təhlükəsizliklə bağlı narahatlıqlara və sığınacaq siyasəti baxımından əhalinin narazılığına səbəb olub. Almaniyada, İtaliyada, İsveçdə və Fransada mütəmadi olaraq miqrasiya əleyhinə böyük nümayişlər keçirilir. Miqrantlara qarşı “əhval-ruhiyyənin” kəskin şəkildə artmağa başlaması üçün miqrantlarla bağlı ən kiçik insident belə kifayət edir. Almaniya və İsveçdə artan anti-immiqrant hərəkatları fonunda hətta bəzi hallarda toqquşmalar da qeydə alınıb. Bundan sonra belə toqquşmaların olmayacağını kimsə deyə bilməz və hətta gözləniləndir də.

Ümumiyyətlə, Avropa ölkələrində ictimai-siyasi qütbləşmə o qədər yüksək səviyyədədir ki, kiçik bir insident belə çox böyük etirazlara, nəticədə də böyük rezonansa səbəb ola bilər. Məsələn, ötən ilin noyabrında Serbiyanın Novi Sad şəhərində qatar stansiyasının damının uçması və 15 nəfərin ölümünə səbəb olanda tələbələrin və müxalifətin etiraz aksiyalarına başladığı misal olaraq göstərilə bilər ki, bu heç də təsadüfi sayılmırdı. Bu günlərdə Belqradda nümayişlər pik həddinə çatıb. Bir çox nümayişlərdə iştirakçıların sayı ən azı 100 min nəfəri keçirsə, deməli, heç də Avropa “xoşagələn” durumda deyil...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Mart 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see257

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see164

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see143

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see142

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri