Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Avropada islamofobiya BMT ni narahat etməyə başlayıb TƏHLİL

Avropada islamofobiya BMT ni narahat etməyə başlayıb TƏHLİL

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın müxtəlif bölgələrində baş verən amansız müharibələr, münaqişələr, vətəndaş qarşıdurmaları fonunda diqqətçəkən fəlakətli hallardan bir də bəzi dövlətlərdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması hallarının yaşanmasıdır. Daha dəqiq desək, ilk baxışdan sakit, sabit məkan olaraq görünən Avropada milli, dini, irqi ayrı-seçkiliyə yol verilməsi hallarının kütləvi xarakter alması dünyanın tərəqqipərvər, sülhsevər xalqlarını həyəcan təbili çalmağa məcbur edib. Xüsusilə də, Avropada müsəlmanlar daha çox təqib olunur, təhqir edilir, dini inanclarına görə həbs edilək zindanlara atılırlar. Bəzən isə, zorakılıq halları o dərəcədə amansız xarakter alır ki, Avropa və ABŞ-nin qudurğan polisləri müsəlmanları silahdan açılan atəşlə öldürürlər. Hüman Rigs beynəlxalq insan hüquqlarının müdafiə təşkilatı vicdana gələrək açıqladığı hesabatında etiraf edib ki, dünyada insan azadlıqlarının pozulması halları daha çox ABŞ və Avropa ölkələrində baş verir. Təşkilatın 2024-cü il üçün yaydığı hesabatında bildirilir ki, ABŞ-da 24678 nəfər, Almaniyada 13860 nəfər, Fransada 9234 nəfər, Niderlanda 7698 nəfər, Belçikada 7543 nəfər, Yunanıstanda isə 6589 nəfər müsəlman dini inancına görə polislərin, eləcə də yerli əhalinin təhqirlərinə və zorakılıqlarına məruz qalıb. Hətta antiislam meyilli və radikal düşüncəli, milliyyətçi avropalılar müsəlmanların ibadət evlərinin qapısına donuz başını asmaqdan belə çəkinmirlər. Bəzi hallarda isə məscidlərin divarlarına yazılmış “müsəlmanlara ölüm”, “rədd olun” şüarlarına da rast gəlmək mümkündür. Belə faktların kifayət qədər çox olması onu təsdiq edir ki, hakimiyyətlər bilərəkdən ksenofob və islamofob meyilləri aktuallaşdırmasında maraqlıdır.

İslamofobiya bəşəriyyətə qarşı atılan atəşdir

Dəfələrlə dünya birliyi, xüsusilə BMT-nin müvafiq sturukturları Avropa ölkələrinin hakimiyyətlərindən miqrantlara, əsasən də müsəlmanlara qarşı ayrı-seçkiliyi, zorakılıq hallarını dayandırmaq barədə çağırışlar etsə də, nəticəsi olmayıb. Bu yaxınlarda Bakıda keçirilən və dünyanın 32 ölkəsindən alimlərin, beynəlxalq təşkilatların ekspertlərin, din xadimlərinin və qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndənin iştirak etdiyi “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransda Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mazyek çıxışında Avropada dini ayrı-seçkiliyə yol verildiyini və islamofobiyanı bəşəriyyətə qarşı atılan atəş olduğunu söylədi. Bildirdi ki, Azərbaycan bu sahədə çox vacib addımlar atır: “Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti zamanı vurğuladığı fikirlər tamamilə doğrudur. İslamofobiya kimi hallar bəşəri dəyərləri alt-üst edir. Qərb ölkələrində milli azlıqlara qarşı edilənlər göz önündədir. Ayrı-seçkiliyin ən böyük təzahürlərindən biri ikili standartlardır. Məsələn, Avropada müqəddəs kitab “Qurani-Kərim”in yandırılması normal qarşılanır. Ancaq həmin ölkələrdə Tövrat, İncil yandırıla bilməz. İslamı terrorçu din kimi qələmə verənlər xristianların törətdiyi terror aktlarına səssiz qalırlar. Bütün bunlar tamamilə ikili standartlardır”. Uelsin “Trinity St David” Universitetinin elmi işçisi Mohammed Sadek Hamid çıxışında bildirdi ki, biz islamofobiya ilə bağlı konkret olaraq nələrin baş verdiyinin fərqindəyik. Bunun həlli üçün məsələnin kökünü bilməliyik: “Biz təxminən 20 il ərzində müxtəlif dinlərin vəhdətini görürük. Müsəlmanlara qarşı nifrət hissinin və ayrı-seçkiliyin necə vüsət aldığının şahidi oluruq. Avropada buna yer olmamalıdır. Avropada məscidlərə qarşı da arzuolunmaz hadisələr törədilir. Müsəlmanlara fiziki hücumların, xüsusilə də qadınlara qarşı zorakılığın şahidi oluruq. Hətta müsəlmanların məzarlarında cəsədlərə qarşı törədilən əməllər çox xoşagəlməzdir. İslamofobiya hamı üçün problemdir”.

Mohammed Sadek onu da qeyd edib ki, Böyük Britaniyada da müsəlmanlara qarşı münasibət dəyişməlidir. Bəzi siyasi qərarlarda mühüm dəyişikliklər edilməlidir. Eyni zamanda, mediadakı fikirlər müsbət istiqamətdə dəyişə bilər. Bu problemə qarşı birlikdə uğurlu mübarizə aparıla bilər.

Avropa İnkişaf və Araşdırma Akademiyasının (EDARA) baş direktoru Brahim Laytouss müsəlmanların səlahiyyətlənməsinin və güclənməsinin çox vacib amil olduğunu deyib. Qeyd edib ki, Avropa müsəlmanları oranın vətəndaşlarıdır, orada 25 milyon müsəlman məskunlaşıb. Onlar vətəndaş kimi cəmiyyətin inkişafında iştirak etməlidirlər.

Onun sözlərinə görə, müsəlmanlar İslam diskursunu yeniləməli, alternativ təkliflər verməlidirlər. “Biz müsəlman və qeyri-müsəlman arasında fərq qoymuruq. Biz Avropanın bir hissəsiyik. Belçikada İslam din kimi 1974-cü ildən dövlət səviyyəsində təsdiqlənib. Bu ölkənin təhsil müəssisələrində 3 mindən çox müəllim din dərsi keçir”, - deyə Laytouss əlavə edib.

Avropa Parlamentinə keçirilən seçkilərdən söz açan baş direktor müsəlmanların bu prosesdə daha fəal iştirakının təmin edilməli olduğunu vurğulayıb. O deyib ki, Avropa Parlamentində müsəlmanlar, sadəcə, 11 faiz təşkil edir.

Pakistanda Siyasət Araşdırmaları və Təbliğat Mərkəzinin icraçı direktoru Əhsən Həmid diqqətə çatdırıb ki, Azərbaycanda milli azlıqların sülh içərisində yaşaması çox yaxşı nümunədir. Avropa ölkələri bu siyasəti mənimsəməli və tətbiq etməlidir.

İslamofobiyanın Avropada siyasi silaha çevrildiyinə diqqət çəkən Əhsən Həmid vurğulayıb ki, Qərb ölkələrində müsəlmanları təhdid kimi qələmə verirlər. “Müsəlman ölkələrindən Avropaya səyahət edənlərə viza verilməsi gecikdirilir, bəzən isə ümumiyyətlə verilmir. İslamofobiya partiyaların siyasətinə çevrilib. Qərb mediası isə ictimaiyyətdə qərəzli fikirlərin formalaşmasında çox böyük rol oynayır. Məscidlər bağlanır, müsəlmanlar üçün yeni ibadət yerlərinin açılması qadağan olunur. Ukraynalı qaçqınlarla Əfqanıstandan gələn köçkünlərə qarşı reaksiyalar eyni deyil. Fransada hicablı qadınlar iş yerlərindən qovulur, təhsildən uzaqlaşdırılır”, - deyə icraçı direktor bildirib.

Ə.Həmid əlavə edib ki, müsəlmanlar məruz qaldıqları ayrı-seçkilik halları ilə bağlı təcrübələrini bölüşməlidirlər. Ancaq maariflənmək yolu ilə islamofobiya hallarının qarşısını almaq mümkündür.

ABŞ-nin Yeni Orlean şəhərindəki Tulane Universitetinin siyasət üzrə professoru Raymond Casimer Taras isə ABŞ-da islamofobiya ilə bağlı məlumatlılığın çox aşağı səviyyədə olduğunu söyləyib.

İslamofobiyaya rəvac verən daxili amillərə mütləq nəzər yetirilməli olduğunu vurğulayan professor deyib ki, islamofob düşüncəyə şərait yaradan, bir növ ona səbəb olan halların kökündə yanlış siyasət dayanır. Fəlsəfi olaraq bu vəziyyət islamofobiyanın dərin laylara keçməsinə, irqçi hərəkatların formalaşmasına və yayılmasına imkan verir.

"Biz müstəmləkəçiliyə qarşı çıxış edirik. Neomüstəmləkəçiliyin necə geniş vüsət aldığını görürük. Bu məsələlərlə bağlı məlumatlılıq artırılmalıdır", - deyə o diqqətə çatdırıb.

Zalsburq Universitetinin sosiologiya və insan coğrafiyası kafedrasının dosenti Volfqanq Aşauer qeyd edib ki, iqlim dəyişmələri, Qərbdə baş verən müharibələr bədbinliyə qapılmağa səbəb olan amillərdir. Bütün bu mənfi amillər mədəni və sosial qütbləşməyə səbəb olur. Çox zaman isə problemlərə, sosial tənəzzülə görə müsəlman miqrantları qınayırlar.

Avropada müsəlmanlara qarşı zorakılıq halları təhlükəli xarakter alır

Dünya birliyinin, xüsusilə də, BMT-nin yüksək tribunalarından Avropa və ABŞ rəhbərliyinə ölkələrində müsəlmanlara qarşı ayrı-seçkilyin, zorakılıq hallarının dayandırılması çağırışlarına başbilənlərin münasibət bildirməmələri onların törədilən qeyr-insani hallada maraqlı olduqlarını göstərir. Bu isə ölkə rəhbərlərinin Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, eləcə də bu istiqamətdə beynəlxalq norma və prinsiplərin kobud şəkildə pozulmasıdır. Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın hüquqlar və azadlıqlar bölməsinin 2-ci maddəsinə (yaşamaq hüququ) əsasən hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa halda həyatından məhrum edilə bilməz. Həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda bu maddənin pozulması kimi nəzərdən keçirilmir:
(a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;
(b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;
(c) qanuna müvafiq olaraq çevriliş və ya qiyamın yatırılması üçün.

Həmin Konvensiyanın 3-cü (İşgəncələrin qadağan olunması) maddəsində qeyd olunur ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.

İnsan hüquqlarının müdafiəsindən, söz və vicdan azadlığından dəm vuran Avropa İttifaqı əməldə bölgədə kobud şəkildə insanların elementar hüquqlarını əlindən alır, söz azadlığına qarşı təhdidlərə, təzyiqlərə yol verir. KİV-lərin azad, müstəqil fəaliyyət göstərməsindən ümumiyyətlə söhbət gedə bilməz. Çünki KİV-lər tam şəkildə dövlətin və ya ayrı-ayrı böyük iş adamlarının nəzarəti altındadır. Bu yaxınlarda dünyaca məşhur milyarder İlon Mask bəyan etmişdir ki, “Avropanın, əsasən də Norveç TV-lərində yayımlanan verilişlər, saytlarında dərc olunan yazılar yüz faiz dezinformasiya və ya yalan üzərində qurulur”. Belə bir acınacaqlı vəziyyətin hökm sürdüyü Avropadan ədalətli mövqe, insan azadlıqların hörmət gözləməyə dəyməz. Avropanın əksər ölkələrində yerli əhali ilə yanaşı hakimiyyət miqrantlara qarşı da zorakılıq hallarına yol verirlər. Yaxşı həyat, yüksək təminat arzusu ilə Avropa ölkələrinə üz tutan miqrantlar elə sərhəddə ciddi əngəllərlə üzləşməli olurlar. Bəzi hallarda müxtəlif məbləğdə rüşvət qarşısında ölkəyə buraxılan miqrantlar qalmaq üçün yer tapa bilmir və viza rejimi ilə üzləşir, iş tapmaqda ciddi problemlərlə qarşılaşırlar. Sonrakı mərhələdə isə hakimiyyətlərin göstərişi ilə Almaniya, Fransa, Niderland, Yunanıstan, Norveç və digər ölkələrin əhalisi tərəfindən miqrantlar təhqir edilir, döyülürlər. Miqrantların sözügedən ölkələrdə üzləşdikləri problemlər sırasında antisemit və islamofob meyillərin güclənməsi də ciddi problemlərdən hesab olunur. Almaniyada və Niderlanda getdikcə güclənən nasist təşkilatların üzvləri miqrantlara qarşı hər cür alçaldıcı mövqe sərgiləyirlər. Bu cür təhqiramiz səhnələr birbaşa polislərin gözü qarşısında baş versə də, asayiş keşikçiləri susmağa üstünlük verirlər. Bu da məsələnin yuxarı rəsmi orqanlarla razılaşdırıldığından xəbər verir. Söz yox ki, belə bir davranış həmin cəmiyyətlərin naşılığından və hələ də orta əsrlər təfəkküründə qalmalarından irəli gəlir. İnsanlığa fərqli yanaşma göstərən cəmiyyət və həmin cəmiyyətin hakim zümrəsi uzun ömürlü ola bilməz. Onlar gec və ya tez mövcudluqlarını itirməlidirlər.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri