Icma.az
close
up
RU
Avropada su hövzələrinin əksəriyyəti kimyəvi maddələrlə çirklənib Nə baş verir?

Avropada su hövzələrinin əksəriyyəti kimyəvi maddələrlə çirklənib Nə baş verir?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa Komissiyası yeni hesabatında Avropanın çoxsaylı su hövzələrinin kimyəvi maddələrlə çirkləndiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, bu göstəricilər vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün təcili tədbirlər görülməsinin zəruriliyini ortaya qoyur.

Ekoloji vəziyyət getdikcə pisləşir

Aİ Komissiyasının qiymətləndirməsinə əsasən, 2021-ci ildə Avropanın göl, çay və sahilyanı əraziləri daxil olmaqla, yerüstü su hövzələrinin cəmi 39,5%-i "yaxşı" ekoloji statusa malik olub.

Bununla yanaşı, cəmi 26,8% su hövzəsi ekoloji standartlara uyğun olub ki, bu da 2015-ci ildə qeydə alınmış 33,5%-lik göstəricidən aşağıdır. Su hövzələrinin vəziyyətindəki bu pisləşmə, Aİ ölkələrinin iqlim dəyişikliyi səbəbindən su çatışmazlığı və quraqlıqla mübarizə apardığı bir dövrdə baş verir.

Hesabatda su bitkilərinin vəziyyətində müəyyən yaxşılaşmaların müşahidə olunduğu qeyd edilsə də, yeraltı su hövzələrinin vəziyyətinin daha yaxşı olduğu bildirilir. Belə ki, yeraltı sularının 86%-i kimyəvi baxımdan yaxşı vəziyyətdədir. Bununla belə, əksər Aİ ölkələrində kənd təsərrüfatından qaynaqlanan nitrat tullantıları yeraltı suları çirkləndirməyə davam edir.

Aİ radikal tədbirlərə çağırır

Avropa Komissiyasının ətraf mühit məsələləri üzrə komissarı Cessika Rozuoll "Reuters" agentliyinə müsahibəsində bildirib: "Avropada suyun vəziyyəti acınacaqlıdır. Biz suyu həddindən artıq adi bir resurs kimi qəbul etmişik və düşüncə tərzimizi dəyişdirməyin vaxtı çatıb".

Aİ rəsmiləri nitrat çirklənməsi ilə mübarizə üçün daha ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulasa da, bunun siyasi baxımdan çətin ola biləcəyini etiraf ediblər.

"Aİ-nin 2027-ci ilə qədər bütün yerüstü suların yaxşı vəziyyətə gətirilməsi hədəfinə əksər ölkələrin çatmayacağı gözlənilir. Əgər heç bir tədbir görülməzsə, bu, hüquqi mübahisələrə yol aça bilər" deyə hesabatda qeyd edilib. 

Niderland artıq su keyfiyyətinə ziyan vuran azot çirklənməsini azaltmaq üçün məhkəmə qərarı ilə üzləşib.

Aİ suyun təmizlənməsi üçün əlavə vəsait ayıra bilər

"The Independent" nəşri bildirir ki, Avropa İttifaqı gələcək büdcəsindən su təmizləmə layihələrinə daha çox vəsait ayıra bilər. Bununla belə, bu vəsaitlərə olan tələbat, Aİ hökumətlərinin müdafiə və sənaye sahələrinə daha çox xərcləmək planları ilə rəqabət aparacaq.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Fevral 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri