Avropada təbii qaz ucuzlaşıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 401 ABŞ dollarına enib.
“APA-Economics” xəbər verir ki, 7 may tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə iyun fyuçerslərinin qiyməti 401,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (407,1 dollar) ilə müqayisədə 1,4% azdır.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Avropada təbii qaz 2% ucuzlaşıb
13 Mart 2025 08:58
Avropada təbii qaz 5% dək ucuzlaşıb
26 Aprel 2025 11:51
Avropada təbii qaz qiymətləri azalıb
01 Yanvar 2025 19:47
Avropada təbii qazın qiyməti 5% ə yaxın ucuzlaşıb
20 Fevral 2025 09:40
Avropada təbii qaz tədricən ucuzlaşacaq PROQNOZ
19 Mart 2025 11:41

