Icma.az
close
up
RU
Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Yunanıstanda Qərbi Nil virusunun sürətlə yayılması ölkədə ciddi narahatlıq yaradıb. Yoluxma hallarının ötən illə müqayisədə kəskin artması və artıq ölüm faktlarının qeydə alınması səbəbindən səhiyyə qurumları yüksək hazırlıq rejiminə keçib.
Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) rəhbəri Teodoros Vasilakopulos ERT dövlət televiziyasına açıqlamasında bildirib ki, yoluxmalar əsasən paytaxt Afinanın da daxil olduğu Attika bölgəsinin cənub və şərq hissələrində qeydə alınıb.
EODY-nin məlumatına görə, ilin əvvəlindən avqustun 5-dək ölkədə 65 nəfərdə Qərbi Nil virusu aşkarlanıb. Yoluxanlar arasında yaşı 65-dən yuxarı olan 6 nəfər xəstəliyin ağır fəsadları nəticəsində həyatını itirib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Yunanıstanda cəmi 35 yoluxma halı qeydə alınmışdı. 2025-ci ilin sonuna qədər isə ümumilikdə 96 nəfər virusa yoluxmuş, onlardan 10-u vəfat etmişdi. Bu statistika virusun cari ildə daha erkən və daha sürətlə yayıldığını göstərir.

Mütəxəssislərin sözlərinə görə, Qərbi Nil virusu əsasən infeksiyalaşmış ağcaqanadların dişləməsi ilə insanlara keçir. Teodoros Vasilakopulos bildirib ki, yoluxanların böyük əksəriyyətində heç bir əlamət müşahidə olunmur. Təxminən 20 faiz xəstədə yüngül qızdırma, halsızlıq və ümumi zəiflik kimi simptomlar yaranır.
Bununla belə, yoluxanların 1 faizindən azında virus mərkəzi sinir sistemini zədələyərək ensefalit və meningit kimi həyati təhlükə yaradan ağır fəsadlara səbəb ola bilər.
/Metbuat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 Avqust 2026 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri