Icma.az
close
up
RU
Avropada təhlükəsizliyin strateji prioritetləri

Avropada təhlükəsizliyin strateji prioritetləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Aİ müdafiə sənayesi üçün xüsusi maliyyələşmə mexanizmi yaradır

Bu günlərdə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa İttifaqının (Aİ) “İllik məruzəsini” təqdim edib. “Le Monde” nəşrinin yaydığı məlumata görə, Lyayenin çıxışı daha çox müdafiə və təhlükəsizlik məsələlərinə yönəlib. Gündəlikdə bir neçə mühüm təklif müzakirə olunub ki, bunlara Aİ daxilində müdafiə komissarının təsis edilməsi, sənaye üçün əlavə maliyyələşdirmə və böhranlarla yanaşı, təhlükələrə qarşı Avropanın dayanıqlılığını artırmaq məqsədilə yeni “Hazırlıq İttifaqı”nın yaradılması daxildir. Avrokomissiya sədrinin məruzəsi zamanı pərdəarxası diqqətçəkən təşəbbüslərdən biri “Hazırlıq 2030” (Readiness) planıdır. Bu proqram əvvəlki “ReArm Europe” təşəbbüsünün davamı hesab edilir.

Ad dəyişikliyi ilk baxışda formal görünsə də, əslində, beynəlxalq aləmə ciddi mesaj verir. Yeri gəlmişkən, “ReArm” militarist çağırış kimi səsləndiyindən bundan öncə bəzi üzv dövlətlərdə narahatlıq doğururdu. Həmin ifadənin militarist çağırış kimi səslənməsinin səbəbləri isə Avropanın tarixi yaddaşı, siyasi mədəniyyəti və ictimai psixologiyası ilə sıx bağlı idi. Termin birbaşa “yenidən silahlanma” mənasını daşımaqla İkinci Dünya müharibəsindən öncə Almaniyanın silahlanma siyasəti ilə əlaqələndirilirdi. Halbuki Avropada bu, aqressiv niyyətlərin, potensial ekspansiyanın və silahlanma yarışının simvolu kimi qəbul edilir. Siyasi müstəvidə də terminin həssaslığı bir çoxlarına bəllidir. Avropa İttifaqında neytral mövqe saxlayan dövlətlər üçün “ReArm” ritorikası müdafiədən çox hücuma hazırlıq mesajı verirdi. Belə çağırışlar ictimai dəstəyin itirilməsi, populist qüvvələrin güclənməsi və hətta daxildə parçalanmaya səbəb ola bilərdi. Hərbi ritorikanın ictimai legitimlik baxımından zəif olması isə Aİ-nin təhlükəsizlik və müdafiə strategiyasını ciddi suallar altında qoyurdu. Bu səbəbdən proqramın adı “Readiness” olaraq dəyişdirildi. “Hazırlıq” anlayışı böhranlara çevik reaksiya vermək qabiliyyətini, təhlükəsizlik və dayanıqlılığın gücləndirilməsini ifadə edir. Bu fakt müdafiə mövzusunun Aİ daxilində hələ də həssas olduğunu təsdiqləyir. Məsələn, ötən il Aİ ölkələrinin ümumi müdafiə xərcləri 326 milyard avroya çatıb ki, bu, son üç il ərzində 100 milyard avrodan çox artım anlamına gəlir. Lakin xərclərdəki kəskin yüksəliş müdafiə qabiliyyətində nəzərəçarpacaq nəticə yaratmayıb.

Dövlətlər öz maraqlarını qorumağa üstünlük verdiyi üçün paralel istehsal xətləri və bir-biri ilə rəqabət aparan sistemlər meydana çıxır. Bu şəraitdə əlavə maliyyələşmə də siyasi iradə və koordinasiya olmadan real dəyişikliklərə yol aça bilmir. Məsələni mürəkkəbləşdirən başqa bir amil isə qərarların qəbuletmə mexanizmidir. Xarici siyasət və təhlükəsizliklə bağlı istənilən qərarı hər bir üzv dövlət bloklaya bilər. Çoxluq səsverməsinə keçid nəzəri baxımdan məntiqli görünsə də, siyasi reallıqda bu variant hələlik əlçatan deyil. Daha praktik alternativ isə irəliləməyə hazır ölkələrin “kiçik koalisiyalar” formatında hərəkət etməsidir. Müqavilələr bu imkanı tanıyır, lakin mexanizmin işə salınması nadir hallarda baş verir. Mərkəzləşdirilmiş bir alıcı ilə vahid Avropa müdafiə bazarının formalaşması isə hələ uzaq perspektiv olaraq qalır. Çünki üzv dövlətlər öz milli sənayelərindən imtina etməyə meyilli deyillər. Bununla belə, ortaq sursat və hava hücumundan müdafiə proqramları real imkanlar yaradır. Bu sahələrdə həm təcili ehtiyac mövcuddur, həm də milli simvolizmin çəkisi nisbətən zəifdir. Burada atılacaq addımlar gələcəkdə daha geniş inteqrasiyanın qapısını aça bilər. Ümumiyyətlə, maliyyələşmə məsələsi müdafiə üçün həlledici rol oynayır. Gecikmiş təhvilvermələrə görə cərimələrin tətbiqi praktiki çətinliklərlə üzləşsə də, çoxillik satınalma zəmanətləri hələ də effektiv mexanizm hesab olunur. Bu yanaşma istehsalçılara sabitlik vəd edir və üzv dövlətlərə daha sərfəli qiymət, təchizat təhlükəsizliyi verir.

Lyayenin məruzəsində texnologiya sahəsində iddiaların böyüklüyü də nəzərə çarpır. Amma konkret strategiyanın hələ formalaşmaması müəyyən əngəllər yaradır. Bundan başqa, süni intellekt mövzusunun geniş müzakirə olunmasına baxmayaraq, tətbiq planları məhduddur. İndiki şəraitdə məqsədəuyğun yanaşma ikili təyinatlı tətbiqlərə – logistika, texniki xidmət və kiber aşkarlama sahələrinə fokuslanmaq ola bilər. Əsas səbəb isə istiqamətlərin daha az mübahisəli olması və sürətli nəticə verə bilməsidir. Ortaq sınaq infrastrukturu innovasiyaları sürətləndirə və xərcləri əhəmiyyətli dərəcədə azalda bilər.

Ən vacib məsələ isə siyasi iradənin mövcudluğudur. Bu gün qurum Ukraynada müharibə, kiberhücumlar, dezinformasiya, enerji və miqrasiya təzyiqləri ilə üz-üzədir. Aİ-nin müdafiə sahəsində kənardan asılılığı hələ də qalır. Əsas məqsəd NATO-dan ayrılmaq yox, təşkilat daxilində daha çox məsuliyyət daşımaqdır. Sursat, hava hücumundan müdafiə, logistika və elektron müharibə sahələrinə qoyulan sərmayələr Avropanın bu prosesdə rolunu gücləndirə və ABŞ-ın yükünü bir növ yüngülləşdirə bilər.

Sonda onu da qeyd edək ki, Avropanı qarşıdakı illər ciddi sınaq gözləyir. Ursula Fon der Lyayenin irəli sürdüyü təşəbbüslər göstərir ki, Aİ real addımlar atmaq niyyətindədir. Lakin çağırışların gerçəkliyə çevrilib-çevrilməyəcəyi üzv dövlətlərin prosesə hazır olub-olmamasından asılıdır. Əks təqdirdə, bütün plan və proqramlar, sadəcə, kağız üzərində qalan vədlərə çevriləcək. Maraqlı sualdır: Aİ daxildə möhkəmləndirəcək, yoxsa yalnız strateji hədəflərlə kifayətlənəcək?

Tural İSMAYILOV,
politoloq

Avropa İttifaqı “İllik məruzə”sini təqdim etməklə müdafiə siyasətində yeni dövrün başlandığını göstərdi. Hesabat Avropanın strateji müstəqillik hədəflərini praktik addımlarla dəstəkləməyə yönəlir və yeni müdafiə mexanizmlərini ortaya qoyur. Yeni mexanizmlər Aİ-nin xarici texnologiyalardan asılılığını azaltmaqla yanaşı, Avropanın qlobal geosiyasi mövqeyini möhkəmləndirməyə xidmət edir. Avropa Müdafiə Fondu innovativ hərbi texnologiyaların inkişafını sürətləndirəcək, üzv ölkələr arasında hərbi sənaye əməkdaşlığını gücləndirərək texnologiya transferi və bilik paylaşımını asanlaşdıracaq. Asılılığın azalması həm iqtisadi səmərəliliyi, həm də strateji üstünlüyü artıracaq, yerli istehsal imkanlarının genişləndirilməsi isə müstəqil qərar qəbulunu təmin edəcək.

NATO ilə koordinasiya mexanizmləri də Aİ-nin təhlükəsizlik siyasətinə çeviklik qazandırır. Hərbi planlamada birgə strategiya isə regional sabitliyi möhkəmləndirir. Xarici təsirlərdən asılılığın minimuma endirilməsi Aİ-nin rəqabət qabiliyyətini yüksəldir. Bu çərçivədə kibertəhlükəsizlik və məlumat mühafizəsi sahəsində yeni təşəbbüslər reallaşdırılır, strateji planlaşdırmada çeviklik Avropanın təcili hərbi və texnoloji reaksiyalarını təmin edir. Proaktiv müdafiə siyasəti, öz növbəsində, Avropa ölkələrinin geosiyasi risklərə qarşı mövqeyini gücləndirir. Texnoloji investisiyaların koordinasiyası innovasiya ekosistemini canlandıracaq, startaplar və tədqiqat mərkəzləri yeni müdafiə texnologiyalarının inkişafında mühüm rol oynayacaq.

Hərbi və texnoloji sahədə asılılığın azaldılması həm iqtisadi, həm də sənaye üstünlükləri təmin edir, Avropa Müdafiə Fondunun resursları isə daha səmərəli istifadə olunur. Regional əməkdaşlıq Aİ-nin qlobal diplomatiya və təhlükəsizlik siyasətini gücləndirir, müdafiə resurslarının birləşdirilməsi daxili koordinasiyanı və effektivliyi artırır. Nəticə etibarilə, yeni mexanizmlər Aİ-nin həm geosiyasi, həm iqtisadi, həm də texnoloji müstəqilliyini möhkəmləndirir və Avropanı qlobal səhnədə daha dayanıqlı aktora çevirməyi hədəfləyir.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see370

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see356

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see349

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see334

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see326

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see323

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see320

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see320

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see317

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see315

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see306

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see301

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see296

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see286

Azərbaycan nefti rekord qiymətə satılır

12 Sentyabr 2026 11:26see278

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see260

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see258

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see257

Çində Azərbaycanın təqdimatı

12 Sentyabr 2026 11:29see256

Özəl sektor maliyyə təşkilatları arasında əməkdaşlıq platforması

12 Sentyabr 2026 11:30see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri