Icma.az
close
up
RU
Ukraynaya yardım Avropada sosial narazılığı gücləndirir AÇIQLAMA

Ukraynaya yardım Avropada sosial narazılığı gücləndirir AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Ukrayna nə Avropa İttifaqının, nə də NATO-nun üzvü olmamalıdır.

Bu fikri Niderlandın ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Gert Vilders X sosial şəbəkəsində paylaşıb. O bildirib ki, Niderland hökuməti milyardlarla vəsaiti Kiyevə deyil, öz vətəndaşlarına xərcləməlidir.

Vilders Ukrayna Prezidenti Volodimir Zelenskinin Niderland parlamentinin Nümayəndələr Palatasında qəbul edilməsinə baxmayaraq, Ukraynanın Aİ və NATO-ya üzvlüyünün qətiyyən mümkün olmadığını vurğulayıb.
Mövzunu Redaktor.az-a şərh edən politoloq Turab Rzayev bildirdi ki, Niderlandın mövqeyi kifayət qədər aydındır:

"Düzdür, Vilders ultra-sağ qanadı təmsil edir və PVV xətti sağ populist partiyalara xas olan iki əsas xüsusiyyəti özündə birləşdirir. Birinci xüsusiyyət ondan ibarətdir ki, bu cür partiyalar büdcə vəsaitlərinin daha çox öz əhalisinə yönəldilməsinin tərəfdarıdırlar. Onlar irqçi mövqedən çıxış edir, təkcə ukraynalılara deyil, ümumiyyətlə ölkəyə gələn miqrantlara, qaçqınlara yardım ayrılmasına və sığınacaq verilməsinə qarşı çıxırlar. Bu baxımdan Vilders də istisna deyil. İkinci mühüm məqam isə ondan ibarətdir ki, Avropadakı irqçi və ultra-sağ partiyaların əksəriyyəti Rusiya və Vladimir Putin ilə yaxın münasibətlərə malikdir. Bu tendensiyanı Fransada Le Pen nümunəsində, Almaniyada AFD-də, Macarıstanda və indi də Niderlandda açıq şəkildə müşahidə etmək mümkündür".

Politoloqun fikrincə, məsələ artıq təkcə Vildersin şəxsi mövqeyi ilə məhdudlaşmır:

"Avropada bu cür baxışlar getdikcə populyarlıq qazanır və tərəfdarlarının sayı artır. Bir sıra ölkələrdə Ukraynaya yardımın azaldılmasını, əvəzində isə daxili sosial xərclərin artırılmasını tələb edən siyasi qüvvələr cəmiyyətdə ciddi dəstək qazanmağa başlayıb. Məsələn, Çexiya və Polşada hakimiyyət dəyişikliyində bu düşüncəyə sahib seçicilərin xüsusi rolu olub. Almaniyada isə AFD-nin güclənməsində mövcud hökumətin Ukraynaya yardımları artırması fonunda sosial proqramların ixtisar edilməsi mühüm amil kimi çıxış edir. Eyni müzakirələr Hollandiyada da geniş yayılıb. Cəmiyyətdə belə bir fikir formalaşır ki, Ukrayna müharibəsi onların müharibəsi deyil və milyardlarla vəsaitin bu istiqamətə xərclənməsi düzgün sayılmır. İnsanlar hesab edirlər ki, bu vəsaitlər sosial sahəyə yönəldilə bilər".

Onun sözlərinə görə, Avropada qiymətlərin artması, istilik və elektrik xərclərinin yüksəlməsi, ərzaq məhsullarının bahalaşması əhalini ciddi şəkildə narahat edir və bu da Ukraynaya qarşı mənfi münasibətin formalaşmasına səbəb olur.

"Bu yanaşma təkcə Niderlandda deyil, Avropa İttifaqının böyük bir hissəsində müşahidə olunur. Cəmiyyətin əhəmiyyətli qismi Ukraynaya ayrılan maliyyə vəsaitlərinin davam etdirilməsini məqsədəuyğun hesab etmir və müharibənin uzanmasına qarşı çıxır. Bu baxımdan mövcud vəziyyət Volodimir Zelenski üçün xoş xəbər olmasa da, Avropadakı ümumi siyasi və ictimai ovqatı aydın şəkildə nümayiş etdirir. Düzdür, qərarverici tərəf Niderland hökumətidir və rəsmi Amsterdam Almaniya ilə birlikdə Ukraynanın əsas dəstəkçilərindən sayılır. Lakin Vilders tipli baxışların getdikcə daha geniş yayılması elə bir mərhələyə çata bilər ki, hökumətlər artıq bu mövqelərlə hesablaşmaq məcburiyyətində qalsınlar",- deyə Turab Rzayev əlavə etdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri