Icma.az
close
up
RU
Avropada gizli danışıqlar aparılır: Ukraynaya qoşun göndəriləcək

Avropada gizli danışıqlar aparılır: Ukraynaya qoşun göndəriləcək

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Avropanın bir sıra ölkələri Rusiya ilə gələcək sülh sazişinin təmin edilməsinə kömək etmək üçün Ukraynaya qoşun göndərmək planı üzərində gizli şəkildə müzakirələr aparır.

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi öz mənbələrinə istinadən yazıb.

Agentlik bildirir ki, avropalılar bu variantı təxminən bir il əvvəl nəzərdən keçirməyə başlayıblar, lakin ABŞ prezidenti Donald Trampın Rusiya ilə razılaşma əldə etmək istəməsi ilə bağlı narahatlıqlar fonunda müzakirələrin aktuallığı artıb.

Böyük Britaniya və Fransanın müzakirələrdə ən fəal olduğu bildirilir, lakin planın təfərrüatları məlum deyil. Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, Avropa İttifaqı (Aİ) üçün plan hazırlamazdan əvvəl Ukraynadakı təmas xəttinin necə görünəcəyini anlaması vacibdir.

Onun sözlərinə görə, əgər Rusiya və Ukrayna cəbhə xətti boyunca qüvvələrini hər iki tərəfdən “bir-iki min nəfərə” ixtisar etsələr, o zaman Avropa qoşunlarının mövcudluğunun təmin edilməsi “heç bir problem” olmayacaq, lakin “qaynar münaqişə” olarsa, vəziyyət daha da mürəkkəbləşəcək.

Agentlik yazır ki, Avropa kontingentinin böyüklüyü sülh sazişinin şərtlərindən asılıdır. Ukrayna prezidenti Volodimir Zelenski ən azı 100-150 min hərbçi olmasında israr edib. Media təxminən 30-40 min əsgərin olması barədə fərziyyələr irəli sürsə də, Avropa rəsmiləri bu rəqəmləri təsdiqləməyib.

Agentlik hesab edir ki, Aİ böyük miqyaslı qüvvə toplamaqda çətinlik çəkəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens Rusiya münaqişəni həll etməkdən imtina edərsə, Amerika qoşunlarının Ukraynaya göndəriləcəyini istisna etməyib. Lakin sonradan o, sözlərini təkzib edib. Pentaqon ABŞ hərbçilərinin Ukraynaya yerləşdirilməsini istisna edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri