Əbu Dabidəki danışıqlar son olmayacaq Budanov
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların sonuncu görüş olmayacağını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, CBS News-un məlumatına görə, Budanov Ukrayna nümayəndə heyətinin sülh danışıqlarında iştirak etmək üçün Əbu-Dabiyə yollanacağını açıqlayıb. O, görüşdən ciddi irəliləyiş gözləmədiyini, lakin tərəflər arasında danışıqların aparılmasının özünün müəyyən irəliləyiş olduğunu qeyd edib.
“Bir daha təkrar edirəm ki, bu danışıqlar sonuncu deyil və yekun xarakter daşımır. Müzakirə edəcəyimiz yeganə məsələ müharibənin başa çatdırılması istiqamətində davam edən hazırlıqdır. Nəyə nail olacağımız barədə danışmaqdan çəkinəcəyəm”, – Budanov bildirib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov Rusiya və Ukraynanın ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə danışıqlar aparacağını açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov da Rusiya nümayəndə heyətinin görüşdə iştirakını təsdiqləyib. O bildirib ki, prezidentin köməkçisi Vladimir Medinski Rusiyanın baş danışıqçısı olaraq qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 Noyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















