Icma.az
close
up
RU

Avropadakı suriyalılar rejimin devrilməsini qeyd edirlər

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyada 61 illik Baas rejiminin və onun lideri Bəşər Əsədin devrilməsindən sonra bütün Avropada suriyalılar küçələrə axışıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hollandiya, Fransa, İspaniya, İtaliya və Avstriyada yaşayan suriyalılar 13 ildir davam edən vətəndaş müharibəsinin bitməsini və Baas rejiminin süqutunu şəhər meydanlarında coşqu ilə qeyd ediblər.

Hollandiyada yaşayan suriyalılar Əsəd rejiminin devrilməsini müxtəlif şəhərlərdə nümayişlərlə qeyd ediblər.

Utrextdəki Dom meydanına toplaşan suriyalılar ölkələrində Baas rejiminin süqutunu coşqu ilə qarşılayıblar.

Suriya inqilab bayraqları daşıyan nümayişçilər Baas rejimi əleyhinə şüarlar səsləndirərkən, təkbir səsləri meydanı bürüdü.

Bayram şənliyində musiqi sədaları altında rəqslər olub, toplaşanlara şirniyyatlar təqdim olunub.

Suriyalılar Fələstinli qruplarla Amsterdamın Dam Meydanında bir araya gəlib. Suriya və Fələstin bayraqlarının dalğalandığı nümayişdə edilən çıxışlarda “Suriyadan sonra Fələstinin və Qüdsün də azad edilməsinin vaxtıdır” ifadə edildi.

Oxşar bayram tədbirləri Hollandiyanın digər şəhərlərində, eləcə də Utrext və Amsterdamda keçirilib.

Parisdə də o cümlədən Əsəd rejiminin devrilməsi nümayişlərlə qeyd olunub.

Əllərində Suriya inqilabının bayrağı ilə Parisə toplaşan yüzlərlə insan Əsəd rejiminin süqutunu alqışlayıb.

Yağışa baxmayaraq, Cümhuriyyət meydanına toplaşan izdiham şüarlar səsləndirib, mahnılar oxuyub.

İtaliyanın böyük şəhərlərindən biri olan Milanda bir qrup suriyalı Baas rejiminin və onun lideri Bəşər Əsədin devrilməsini şəhərin mərkəzindəki məşhur Duomo Katedralinin qarşısında Suriya inqilabının bayrağını açaraq qeyd edib.

Suriyalılar Türkiyə bayrağı ilə yanaşı, Suriya inqilabının bayrağını da açıblar.

Bayrama qatılanlar Əsəd rejiminin devrilməsindən məmnun olduqlarını bildiriblər.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see271

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see254

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see242

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see227

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see225

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see222

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see221

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see219

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see214

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see212

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see207

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see206

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see203

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see198

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see193

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see190

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see189

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see188

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri