Icma.az
close
up
RU
Avropadakı suriyalılar ÜSYAN HAZIRLIĞINDA Aİni çətin günlər GÖZLƏYİR...

Avropadakı suriyalılar ÜSYAN HAZIRLIĞINDA Aİni çətin günlər GÖZLƏYİR...

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bəşər Əsədin devrilməsindən sonra artıq Avropanın 10 ölkəsi, o cümlədən Almaniya, Danimarka və Avstriya suriyalı qaçqınları vətənlərinə göndərəcəklərini bəyan ediblər.
Lakin görünən odur ki, suriyalı qaçqınların çoxu geri qayıtmaq istəmir. Bunu keçirilən sorğular da göstərir.
“AiF" nəşri bununla bağlı Almaniyadakı suriyalıların fikirlərini öyrənib.
"Onlar bizimlə zarafat edirlər? Mən artıq burada yaşamağa öyrəşmişəm. Burada atəş açmırlar, həmişə elektrik və isti su var, mən Almaniyanı tərk edəcək qədər dəli deyiləm. Əgər məcbur etməyə başlasalar, sadəcə, qaçacağam və düşünürəm ki, başqaları da eyni şeyi edəcəklər. Biz bir milyonuq, etiraz edəcəyik, Berlini dağıdacağıq. Mən Avropada yaşamağa layiqəm! Qərb bizdə müharibə başlatdı, yüzminlərlə insanı məhv etdi, qoy indi pul ödəsin və öz şəri üçün cavab versin, bu, tamamilə normal qaydadır", - deyə Hələbdən Avropaya gələn 28 yaşlı Məhəmməd deyib.
Berlinin Kroysberq rayonunda yaşayan dəməşqli 24 yaşlı qaçqın Jan (xristian-maronit) da Suriyaya geri qayıtmaqdan qəti şəkildə imtina edir.
"Onlar dəli olublar! Ölkədə hakimiyyəti ABŞ-nin terrorçular siyahısına saldığı, tutulmasına görə 10 milyon dollar mükafat təyin edilmiş bir adam ələ keçirib və mənə deyirlər ki, hər şey normaldır, indi sizdə demokratiya və azadlıq var, evə get. Xristianlar Suriyada dəhşətli qırğın yaşadılar, mən bir daha o torpağa toxunmaq istəmirəm. Qərb döyüşçüləri silahlandırdı, Suriyanı cəhənnəmə çevirdi və indi məni qovurlar? Mən aclıq aksiyası elan edəcəyəm, yenidən Dəməşqə getməkdənsə ölmək yaxşıdır!" - deyə Jan vurğulayıb.
Nəşr Almaniyada sorğu aparılan suriyalı qaçqınların heç birinin Bəşər Əsədi sevmədiyini vurğulayıb. Eyni zamanda, onlar hamılıqla belə nəticəyə gəlirlər ki, Əsədin devrilməsindən sonra Suriyadakı vəziyyət əvvəlkindən daha pis olacaq.
Bu sorğular göstərir ki, suriyalı qaçqınlar Avropadan vətənlərinə qaıytmaq istəmirlər. Eyni zamanda məcburi geri göndəriləcəkləri halda  Avropanı dağıtmaqla təhdid edirlər.
Bu isə o deməkdir ki, Aİ növbəti böhranla üz-üzə qalacaq.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Avropada öz biznesini quran suriyalılar geri dönmək niyyətində deyillər:
“Vəziyyət mürəkkəb və təzadlıdır. Burada həm də yeni anlaşılmazlıq və ziddiyyətlər ortaya çıxır.


Aİ çoxdandır qaçqın və miqrant kütləsindən bezib. Belədə onların gəlişinin qarşısını almağa çalışır. Ancaq heç bir mexanizm işləmir. Yenə də məxfi yollarla qaçqınlar Avropaya gəlir. Bir çox suriyalı Avropada öz biznesini də qurub. O insanlar da təbii ki, geri qayıtmaq istəmir. Aİ anlayır ki, Əsəd rejiminin devrilməsilə Suriyalı qaçqınları daha qəbul etməmələrinə əsas yaranır”.
Həmsöhbətimizə görə, suriyalı miqrantlar vəziyyəti gərginləşdirmək üçün kütləvi etirazlara başlasalar, onlara münasibətdə Qərb ölkələrində sərt tədbirlər görüləcək:


“Bu elə bir məsələdir ki, günahsız adamların səsini heç kim eşitməyəcək. İndi bu qaçqınların əlində Avropada təhqir edildikləri və qeyri-müəyyənliyə sövq edildikləri barədə elə bir əsas yoxdur. Belədə məhkəməyə müraciət etməyin də əsası yoxdur”.


Politoloq düşünür ki, Suriya üçün daha dəhşətli dövr bundan sonra olacaq:
“Suriyada bundan sonra nə olacağı da bəlli deyil. Hakimiyyətə iddialıların sayı çoxdur. Belədə Suriyanın problemləri əslində indi başlayır. Bəzi qruplar arasında antoqonizm güclüdür. Suriya üçün daha məşəqqətli dövr bundan sonra olacaq. Suriya bir təhlükədən azad olub, amma digər təhlükələr qalmaqdadır. Toqquşma və döyüşlər Suriyada bir normaya çevriləcək. Nəticədə Avropanın iri şəhərlərində də küçə qarşıdurmaları qaçılmaz olacaq.
Aİ ölkələrinin problemin öhdəsindən necə gələcəyi də öz işləridir. Qaçqınları quru yollarla geri çatdırmaq lazım gələcək. Bu xərcləri öhdəsinə kim götürəcək? Odur ki, ağır vəziyyətdir. Terror ünsürlərinə bənzərlər, qanlı-qadalı keçmişi olanlar bütün hallarda deportasiya olunacaqlar”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Dekabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri