Icma.az
close
up
RU
Kiyev Avropadan fəal dəstək gözləyir

Kiyev Avropadan fəal dəstək gözləyir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Makronun fikrincə, yalnız Ukrayna öz ölkəsinin ərazi məsələlərini müzakirə etmək hüququna malikdir

ABŞ-ın sülh planında Ukraynanın maraqlarına zidd məqamlar var. Ona görə də, Kiyev sülh prosesində Avropa tərəfdaşlarından dəstək almağa çalışır. Volodimir Zelenskinin Fransa Prezidenti Makron və Avropa İttifaqının digər üzvləri ilə görüşü də bu məqsədə xidmət edir.

“Ərazi mövzusu ən çətin məsələ olaraq qalır”

Qeyd edək ki,  Zelenski öz “Telegram” kanalında Makronla müharibənin tezliklə başa çatması və etibarlı təhlükəsizlik zəmanətlərinin formalaşdırılması üçün danışıqlar prosesini müzakirə etdiyini yazıb: “Makronla bir neçə saat danışdıq. Bir çox detalları qiymətləndirmək mümkün oldu. Ən çox diqqət müharibənin başa çatması üçün danışıqlara, təhlükəsizlik zəmanətlərinə yönəldilib. Sülh həqiqətən etibarlı olmalıdır. Müharibə mümkün qədər tez bitməlidir”. Onun sözlərinə görə, Makronla danışıqlara Böyük Britaniyanın Baş naziri Kir Starmer, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff qoşulublar. Tərəflər Floridada aparılan son danışıqların nəticələrini müzakirə ediblər. “Elə indicə Emmanuel Makron, Kir Starmer, Rustem Umerov və Stiv Uitkoffla birlikdə Florida danışıqlarının nəticələrini müzakirə etdik. Bu, vacib brifinq idi. Təfərrüatları şəxsi görüşdə ətraflı müzakirə etməklə bağlı razılığa gəldik - komandalar mümkün gələcək təmaslar üçün qrafikləri razılaşdıracaqlar”, - deyə qeyd olunub.

Zelenski Makronla keçirdiyi mətbuat konfransında isə deyib ki, Ukrayna rəsmiləri ilə ABŞ arasında aparılan danışıqlardan sonra sülh planı daha yaxşı görünür. Amma ərazi məsələsi ən çətin məsələ olaraq qalır. “Ərazi məsələsi pul və yenidənqurma kimi ən çətin məsələdir - avropalı tərəfdaşların iştirakı olmadan razılığa gəlmək çətindir. Təhlükəsizlik zəmanətinə gəlincə, ABŞ və Avropadan konkret detallar vacibdir. Biz burada çox diqqətli olmalıyıq, lakin plan daha yaxşı görünür”, - deyə Zelenski bildirib. O əlavə edib ki, ABŞ-la danışıqlar zamanı ərazi məsələsi 6,5 saat yalnız ayrı-ayrı məqamlar üzrə müzakirə olunub.

Zelenskinin sözlərinə görə, ABŞ-la danışıqlar davam edir. Vaşinqton öz mövqeyini Ukrayna rəsmiləri ilə artıq bölüşüb və indi də eyni mövzunu Moskva ilə müzakirə etmək istəyir.

Makron: Yekun sülh planı mövcud deyil

Fransa Prezidenti Emmanuel Makron isə bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində iş başa çatıb. Makron bu məsələ ilə bağlı aparılacaq danışıqların avropalıların, fransızların və ukraynalıların təhlükəsizliyi üçün vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, ABŞ-ın təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirakı Vaşinqtonla müzakirə mövzusu olacaq: “Yaxın günlərdə amerikalı rəsmilərlə danışıqlar aparılmalıdır ki, bu zəmanətlərdə ABŞ-ın iştirakı dəqiqləşdirilsin. Bundan əlavə, Moskvanın prosesdə irəliləmək istəyini və ya istəmədiyini öyrənmək üçün ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək”.

Fransa Prezidentinin fikrincə, yalnız Ukrayna öz ölkəsinin ərazi məsələlərini müzakirə etmək hüququna malikdir. Onun sözlərinə görə, ABŞ vasitəçi rolunu öz üzərinə götürüb və o, Donald Trampın rəhbərliyi altında ABŞ komandasının işini yüksək qiymətləndirir: “Söhbət sülhdən gedəndə hər kəsin öz rolu var, lakin ərazi məsələsini müzakirə edə biləcək yeganə tərəf Ukraynadır”. Makron, həmçinin deyib ki, hələlik yekun sülh planı mövcud deyil: “Bu günə qədər ərazilər məsələsini də əhatə edən tamamlanmış plan yoxdur. Onu yalnız Prezident Zelenski təsdiqləyə bilər”. O əlavə edib ki, son dövrlərdə ilk dəfə olaraq Rusiyaya təzyiq göstərmək üçün neft-qaz sektoru vasitəsilə həqiqətən bütöv yanaşma tətbiq olunur: “Biz bilirik ki, Rusiyanın hərbi səylərinin 40 faizi “kölgə donanması” vasitəsilə maliyyələşdirilir. Birincisi, irəliləyiş ABŞ-ın sanksiyalarla bağlı son qərarı ilə bağlıdır, ikincisi isə “kölgə donanması”na təzyiqin güclənməsi ilə. Buna görə də əminəm ki, yaxın həftələrdə Rusiya iqtisadiyyatına və onun hərbi əməliyyatları maliyyələşdirmək imkanına təzyiq əhəmiyyətli dərəcədə dəyişəcək”.

E.Makron Zelenski ilə görüşün ardınca ABŞ lideri Donald Trampla telefon danışığı aparıb. Yelisey sarayından bildirilib ki, Fransa və ABŞ prezidentləri Ukraynada etibarlı və davamlı sülhün şərtlərini, həmçinin ABŞ-ın vasitəçilik səylərini müzakirə ediblər. Fransa lideri, eyni zamanda Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işin başa çatdığını deyib və bu məsələdə ABŞ ilə əməkdaşlığa hazır olduğunu ifadə edib.

Aİ seyrçi qalmaq niyyətində deyil

Avropa İttifaqı (Aİ) da Rusiya-Ukrayna müharibəsi ilə bağlı prosesin gedişində seyrçi qalmaq niyyətində deyil. Belə ki, Aİ sülh danışıqlarının iştirakçılarına öz mövqeyi və maraqları barədə məlumat verməyi planlaşdırır. Bu barədə Avropa Komissiyasının (AK) rəsmisi Paula Pinho bildirib. “Son həftə ərzində Ukrayna ilə bağlı sülh danışıqları mövzusunda müxtəlif səviyyələrdə bir neçə müzakirə aparılıb”, - deyə sözçü Brüsseldə keçirilən brifinqdə Aİ-nin son təmaslarına dair sualı cavablandırarkən deyib.

Pinho, həmçinin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığını xatırladıb. Onun sözlərinə görə, söhbət zamanı “başqa məsələlərlə yanaşı, davam edən sülh danışıqlarının növbəti mərhələləri və bunun Avropa İttifaqı ilə bağlı aspektləri” müzakirə olunub: “Müzakirələr müxtəlif səviyyələrdə davam edir və sizi əmin edirik ki, bu sülh danışıqları çərçivəsində Avropa maraqları, eləcə də Ukraynanın Aİ ilə bağlı maraqları bütün tərəflərə çatdırılacaq”.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen isə Avropa İttifaqı liderləri ilə Prezident Volodimir Zelenski arasında Ukraynadakı münaqişənin həlli planı üzrə aparılan müzakirələrdə irəliləyişin qeydə alındığını bəyan edib. “Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderləri ilə görüşən Volodimir Zelenski ilə yaxşı müzakirə apardıq. Əhəmiyyətli irəliləyiş əldə etmişik və bu həftə öz təkliflərimizi təqdim etməyi planlaşdırırıq”, - deyə Fon der Leyen qeyd edib.

Bütövlükdə, Ukrayna üzrə danışıqlar fəal mərhələyə keçib. ABŞ Prezideninin xüsusi nümayəndəsi Rusiyaya səfər edib. Sülh danışıqlarında bu səfərin nəticələri vacib olacaq. Bütün hallarda isə Avropa prosesdən kənarda qalmaq istəmir.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri