Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

AVROPADAN RUSİYAYA AXAN 100 MİLYARDLAR VƏ PUTİNİN SSRİ XÜLYASI... Qlobal savaşda uduzan Moskvanı qarşısda nə gözləyir?

AVROPADAN RUSİYAYA AXAN 100 MİLYARDLAR VƏ PUTİNİN SSRİ XÜLYASI... Qlobal savaşda uduzan Moskvanı qarşısda nə gözləyir?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Kreml Ukraynanın yorulmasını gözləyir və itirə-itirə gedir...

Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiya ərazisində həyata keçirdiyi iri miqyaslı “Hörümçək toru” kod adlı diversiya əməliyyatı Trampın düşündüyündən fərqli olaraq Kiyevin əlində çox yaxşı kartların olmasından xəbər verir. Bir neçə dəqiqəlik əməliyyat zamanı Rusiya strateji aviasiyasına ağır zərbə vuruldu.

Beləliklə, Putinin dilinin əzbərinə çevrilmiş “demilitarizasiya prosesi” çox uzaqlarda yox, məhz onun öz ölkəsində “dvijuxa” törədir. Bu əməliyyatla Ukrayna Qərb liderlərinin və analitiklərinin Rusiyanın möhtəşəmliyi və yenilməzliyi barədə irəliyə sürdükləri tezislərin əsassızlığını bir daha əyani sübüt etdi. Özündən zəif hesab etdiyi Ukraynanı tezliklə əzəcəyinə tam əmin olan Vladimir Putin üç ildən artıqdır ki, istədiyinə nail ola bilmir. Buna baxmayaraq, Rusiya ağır yaralılarla birlikdə təxminən bir milyon itki versə də, durmaq bilmir, hələ üstəlik, Ukraynaya və hətta Qərbə ultimatumlar yağdırır.

Rusiya Prezidenti Vladimir Putin Qərbdən real təhlükə gəlməyincə müharibəni dayandırmayacaq. Lakin hələ ki, ABŞ və Avropa iqtisadi baxımdan Rusiyanın nəfəsini kəsə biləcək addımlar atmayıblar.

Məlum olduğu kimi, ABŞ senatorları Rusiyaya qarşı sərt sanksiyalar tətbiqnə çalışsalar da, Donald Tramp Putini sanksiyalar ilgəyində boğulmaqdan xilas etmək istəyir. O, Putinin hərəkətlərindən “məyus olduğunu” söyləsə də, reallıqda nəsə etmək niyyətində deyil. ABŞ prezidentləri Cozef Bayden və Donald Tramp kimi Avropa İttifaqı da Rusiyanın təcavüzkar siyasətinə qarşı daha tutarlı cavab verməkdən yayınıb. Avropa İttifaqının bu yaxınlarda Rusiyaya qarşı işə saldığı sayca 17-ci sanksiya zərfi də əslində heç nəyi dəyişməyəcək, çünki bundan öncəki sanksiyalr sadəcə səmərəsiz və teatrlaşdırılmış şou olub.


Əgər Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların başlıca məqsədi Kremli müharibəni maliyyəşlədirmək imkanından məhrum qoymaqdırsa, onda necə olur ki, sanksiyalar gözlənilən səmərəni vermir? Bunun səbəbi konkret olaraq Rusiya iqtisadiyyatının “qüdrəti və dayanıqlığı” ilə bağlı deyil. Sadəcə anlaşılan budur ki, Qərb müharibənin indiyədək uzanmasının tərəfdarı olub və buna görə də Rusiyanı pulsuz qoymayıb. Rusiya iqtisadiyyatını ifilc hala sala biləcək addımlar əvəzinə təsirsiz sanksiya zərfləri vasitəsilə elə təsəvvür yaratmağa çalışblar ki ,əsl reallıq başa düşülməsin. Növbəti 17-ci sanksiya seriyası da bunlardan biridir...

Putin Avropa İttifaqının səsli-küylü sanksiyalar elanına qətiyyən əhəmiyyət vermir və hətta lətifələr söyləyərək onları ələ də salır. Avropanın Rusiya enerji daşıyıcılarına ehtiyacının olması faktdır, amma bu müddət ərzində onun yerini dolduracaq alternativ mənbələr axtarılıbmı?

Rusiya Ukraynada müharibəyə başlayandan indiyədək nəinki maliyyə sıxıntısı ilə üzləşməyib, əksinə, hələ daha da çox qazanıb. Necə deyərlər, “əlahəzrət faktlar” hər şeyi özü söyləyir. Belə ki, “Energetika və Təmiz Havanın Araşdırılması Mərkəzi”nin (Center for Research on Energy and Clean Air- CREA ) verdiyi məlumtda deyilir ki, Rusiya Qərbə satdığı neft və qaz sayəsində milyardlarla dollar qazanıb. Ümumi hesablamaya görə, müharibə başlayandan indiyədək Rusiyanın Qərbə satdığı yanacaqdan əldə etdiyi pullar Qərbin bu müddət ərzində Ukraynaya etdiyi yardımların ümumi məbləğindən üç dəfə çoxdur. Rusiya son üç ildə faydalı qazıntıların satışından 883 milyard avro qazanıb və bunun 209 milyardı Avropa İttifaqının payına düşür.


Bir nüansa da diqqət etməliyik ki, Rusiyanın xaricə ixrac etdiyi neftinin böyük hissəsi tankerlər vasitəsilə Baltik dənizndən daşınır. Rusiya neftini daşıyan və “kölgə donanmsı”adlandırılan tankerlərə qarş yalnız indi sanksiya tətbiq edilib. Amma bu sanksiya siyahısında Rusiya neftini daşıya biləcək tankerlərin çoxu yer almayıb. 2024-cü ildə Rusiyanın xam neft satışından qazandığı gəlir əvvəlki ilə nisbətən 6% artıb. CREA-nın məlumatına görə, 2024-cü ildə Rusiyanın Avropaya ixrac etdiyi qazın miqdarı 20% artıb. Bundan başqa, Rusiyanın Sıxılmış Təbii Qazının yarısını Avropa İttifqaı alır.


Deməli, nəticədə Rusiya Ukraynada apardığı müharibəni rahatlıqla maliyyələşdirə bilir. Putin muzdlu müqaviləçilərə yükəsk maaş verir. Digər yanadan, döyüşlərdə ölən muzdluların ailələri 150 min dollara yaxın pul alırlar və onların övladlarına bir çox sosial imtiyazlar verilir. Buna görə müharibədə hamı yox, yalnız könüllülər iştirak edir və yerdə qalan əhali müharibəni birbaşa hiss etmir.

Hazırda Rusiyanın hərbi zavodları üç növbəli iş rejiminə keçiblər və orada işləyənlərin məvacibləri xeyli yüksəkdir. Bu isə öz növbəsində işsizliyi müvəqqəti də olsa azaldıb.Düzdür, hər necə olsa, Putinin qarşısında çətin problemlər də dayanıb. Ölkəyə nə qədər valyuta gəlməsinə baxmyaraq, iqtisadiyyatın hərbləşdirilməsi mülki sektora və maliyyə-bank sisteminə ağır zərbələr vurur. Mərkəzi Bankın inflyasiyanın qabağını almaq üçün məcburən baza uçot faiz dərəcəsini 21 %-ə qaldırması iqtisadiyyata sərmayə qoyuluşunu ənəgəlləyir. Lakin bütün bunlara baxmayaraq, iqtisadiyyatın vəziyyəti fəlakət zonasına girməyib və karbohidrogenlərdən qazanılan pullar “deşiklərin” qapadılmasına və hərbi sənayenin işləməsinə imakan yaradır.

Ukraynada apardığ müharibəni uzadan və mütəmadi olaraq bir neçə istiqamətdən hücuma keçən Rusiya böyük itkilər bahasına strateji əhəmiyyət kəsb etməyən kiçik yaşayış məntəqlərini ələ keçirməklə nəyə nail ola bilər?

Sözsüz ki, əgər hər şey bu cür gedərsə, Rusiya ciddi nailiyyət qazana bilməz, lakin Kreml hələ ki, bu taktikanı tutub və gələcəkdə Ukraynanın yorulmasına, cəbhə xəttinin yarılmasına ümid bəsələyir. Ancaq Rusiya müharibənin gedişinə nəzarəti çoxdan itirib, yoxsa o, heç bir danışıqlar prosesinə məhəl qoymazdı. Ümumiyyətlə, Rusiya Qərbin strateji planı üzərindən müharibə aparır və onun bundan qurtulması müşkül məsələdir. Hələ üstəlik, Putinin özünə müttəfiq hesab etdiyi Çin səbr və təmkinlə müharibədə Rusiyanın tam taqətdən düşməsini gözləyir...

Rusiya qloabl strateji oyunu SSRİ-nin dağılması nəticəsində uduzub. O, yalnız üç nəhəg güc- ABŞ, Avropa və Çinin əlində alət rolunu oynaya bilər. İndi bəzən Qərb mətbuatında yeni dünya nizamı çərçivəsində Rusiyanın daha böyük geostrateji mövqe tutacağından yazırlar. Bəlkə də Rusiya Prezidenti bu səbəbdən Sovet İttifaqının bərpası xülyasına mübtəla olub. Ona görə də əvvəl Ukraynanı, sonra isə Baltik ölkələrini işğal etməyi planlayır. Amma deyəsən o, bu müharibənin uzanmasının Rusiyaya hansı ağır fəsadlar törədə biləcəyini qətiyyən ağlına gətirmir.

Vaqif Nəsibov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyun 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see218

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see185

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see170

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see155

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see126

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri