Icma.az
close
up
RU
Avropanı şoka salan soyğun: Son 80 ilin ən böyük oğurluğu KONKRET

Avropanı şoka salan soyğun: Son 80 ilin ən böyük oğurluğu KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük kitab oğurluğunun sirri açıqlanıb.

KONKRET.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, oğrular saxta pasportlarla kitabxanalara daxil olub, nadir nəşrləri nüsxələrlə əvəzləyiblər və yoxa çıxəblar.

Avropanı şoka salan oğurluğun izi Moskvaya qədər gedib çıxıb.

Belə ki, Estoniyanın Tartu Universitetinin Kitabxanasına gələn iki nəfər 19-cu əsr rus şairi və dramaturqu Aleksandr Puşkinin və ukraynalı rus yazıçısı Nikolay Qoqolun səkkiz kitabını görmək arzusunda olduqlarını bildiriblər.

Rusdilli oğrulardan biri işçiyə deyib ki, gənc oğlan ABŞ-da əlavə təhsil almaq istəyir, üç ay sonra kitabxana işçiləri rəflərdəki iki kitabın əvəzinə saxta nüsxə olduğunu aşkar ediblər.

Vəziyyəti anlayandan sonra kitabxanaçılar qalan altı rus klassikini yoxlayıblar. Ekspertiza zamanı məlum olub ki, əsərlərin hamısı dəqiq nüsxə olmaqla yanaşı, üzərində kitabxananın möhürləri və inventar nömrələri də qeyd edilib. Orijinaldan fərqləndirmək çətin olub.

Bununla belə, Tartu Universitetinin kitabxanası yeganə hədəf olmayıb. Bir neçə həftə sonra Estoniyanın paytaxtı Tallinndəki universitetin kitabxanasından on nadir kitabın da yoxa çıxdığı məlum olub.

Sonrakı 18 ay ərzində Baltikyanı ölkələrdən və Finlandiyadan İsveçrə və Fransaya kimi onlarla Avropa kitabxanasından rus klassikləri və digər nadir rus əsərləri oğurlanıb.

Bəzi kitabxanalarda orijinallar nüsxələrlə əvəz olunub, bəzilərində isə kitablar götürüldükdən sonra heç vaxt geri qaytarılmayıb.

Ardıcıl oğurluq hadisələrindən sonra Avropa Birliyinin Polis Agentliyi (Avropol) “Puşkin əməliyyatı” adlı genişmiqyaslı araşdırmaya başlayıb.

İndiyədək hamısı Gürcüstan vətəndaşı olan 9 şübhəlinin şəxsiyyəti müəyyən edilərək həbs edilib.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Avqust 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri