Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Avropanın açıq qapıları bağlanırmı? Şengenin siyasi sınağı

Avropanın açıq qapıları bağlanırmı? Şengenin siyasi sınağı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir vaxtlar Avropa İttifaqının ən parlaq nailiyyətlərindən biri kimi təqdim olunan Şengen zonası bu gün tənəzzül dövrünü yaşayır. Şengen Avropa siyasi mədəniyyətinin, ortaq dəyərlərin və qarşılıqlı etimadın təcəssümü idi. Ancaq son onillikdə baş verən siyasi təlatümlər – miqrasiya böhranı, pandemiya, artan terror təhlükələri və populist liderliyin yüksəlişi – bu nizamın sütunlarını sarsıdıb. Bu gün biz artıq bir sualla qarşı-qarşıyayıq: Avropa ideyasının real bünövrəsi hesab edilən Şengen məhv olurmu, yoxsa sadəcə, səssiz-səmirsiz, tədricən dağıdılır?

Şengenin aşınması birbaşa Avropa siyasi iradəsinin zəifləməsi, suverenliklə birlik ideyası arasında gərginliyin dərinləşməsi və ittifaq daxilində güvənin çökməsi ilə bağlıdır. Əslində, Şengen böhranı — Avropa İttifaqının içindəki daha geniş bir siyasi parçalanmanın simptomudur.

Məsələ tək sərhədlərin açıq və ya qapalı olmasında deyil. Məsələ belədir: Avropa dövlətləri bir-birinə nə qədər etibar edirlər? Və bu etimad hansı şərtlərlə qoruna bilər?

Əgər Şengenin dayandığı əsas prinsip qarşılıqlı etimad və məsuliyyət paylaşımıdırsa, bu gün Avropa liderləri bu iki anlayışın dağılmasına səssiz qalmaqla həmin prinsipləri şübhə altına alırlar. Özünü “vahid dəyərlər birliyi” kimi təqdim edən Avropa İttifaqında artıq dövlətlər ikitərəfli ittifaqlara üstünlük verirlər, ortaq Avropa mexanizmləri isə səmərəsiz və zəif görünür.

Əlavə olaraq, populist və sağçı siyasi qüvvələrin yüksəlişi Şengen rejiminə qarşı siyasi hücumların artmasına səbəb olub. Millətçi ritorika bu sərbəst hərəkət sistemini milli təhlükəsizliyə və kimliyə təhdid kimi təqdim edir. Bunun nəticəsində siyasi elitalar daha çox daxili seçki maraqları naminə ortaq Avropa dəyərlərindən uzaqlaşırlar.

1985-ci ildə imzalanan və 1995-ci ildən tam fəaliyyətə başlayan Şengen Sazişi Avropanın siyasi yaddaşına vurulan mühüm bir möhür idi: Avropa artıq müharibə, parçalanma və şübhə dövrlərini arxada qoymuşdu.

Şengen – tarix boyu savaşlarla bölünmüş bir qitənin birlik və etimad üzərində qurulmuş yeni siyasi mədəniyyətini bəyan edirdi. Bu sistemə təkcə Avropa İttifaqının üzvləri deyil, İsveçrə, Norveç, İslandiya kimi qeyri-üzv dövlətlər də qoşulmaqla onun cazibəsini və effektivliyini təsdiqlədilər.

Əslində, Şengen Avropa inteqrasiyasını insanların gündəlik həyatına gətirdi. Tələbələr sərbəst təhsil aldılar, iş adamlarının ayağı sərhədsiz bazarlara açıldı, turistlər bir ölkədən digərinə keçərkən artıq sərhəd gözləmələrində vaxt itirmədilər. Nəticədə, gündəlik həyatla siyasi vizyon vəhdətə çevrildi.

Ancaq daha önəmlisi odur ki, Şengen Avropa İttifaqının “vahidlik içində fərqlilik” prinsipinin canlı nümunəsidir. Saziş Avropanın yalnız iqtisadi layihə olmadığını, həm də sülh, birgəyaşayış və qarşılıqlı məsuliyyət ideyası olduğunu sübut etdi. Şengen bu ideyanın fiziki simvoluna çevrildi – yox olan sərhədlər yerinə qurulan etimad körpüləri oldu. Bu gün isə həmin körpülər çat verir.

2015-ci ilin qaçqın axını Avropanın insan haqları və humanitar prinsipləri ilə sərhəd nəzarəti və milli təhlükəsizlik arasında necə ikili standartlara yuvarlana biləcəyini göstərdi. Yüz minlərlə insan Yaxın Şərqdən Avropaya axışanda ilk reaksiya həmrəylik oldu – lakin çox keçmədən bu həmrəylik qorxuya çevrildi.

Almaniyanın “açıq qapı” siyasəti bir tərəfdən təqdir olunsa da, digər tərəfdən, Şərqi və Mərkəzi Avropa dövlətlərində sərt reaksiyalara səbəb oldu. Macarıstan tikanlı məftillərlə sərhədlərini bağladı, Polşa, Slovakiya və Çexiya isə Brüsselin miqrant bölgüsü planını açıq şəkildə rədd etdilər. Nəticə? Şengenin əsas prinsipi olan qarşılıqlı etimad dağıldı.

Məsələ yalnız miqrant sayında deyildi – məsələ birgə məsuliyyətin yoxluğunda, ortaq Avropa yanaşmasının çat verməsində idi.

2015-ci ildə Parisdə, 2016-cı ildə Brüsseldə baş verən qanlı terror aktları Avropa ictimai fikrində sərhədsizliyin təhlükəsizliklə ziddiyyət təşkil etdiyi düşüncəsini gücləndirdi. Baxmayaraq ki, əksər hallarda terrorçular artıq Avropa vətəndaşları olsalar da, siyasi ritorika fərqli istiqamət aldı: “Açıq sərhədlər terrorçulara sərbəst hərəkət imkanı verir.”

Nəticədə bu addımlar populist qüvvələrin əlinə fürsət verdi. Sərhədləri qapamaq yalnız təhlükəsizlik tədbiri kimi deyil, milli suverenliyin bərpası kimi təqdim olundu ki, bu da birbaşa Şengenə qarşı yönəlmiş siyasi kampaniyalara zəmin yaratdı.

2020-ci ildə dünya pandemiya ilə çalxalananda ilk reaksiyalar yenə milli oldu. Avropa ölkələri ardıcıl şəkildə sərhədlərini bağladı. Hətta qonşular arasında illərlə mövcud olan sərhədsizlik də ləğv edildi. Fransa ilə Almaniya arasında, İtaliya ilə Sloveniya arasında sərhəd keçidlərində yüzlərlə kilometr tıxaclar yarandı.

Bunlar pandemiyadan çox əvvəl baş vermiş böhranların davamı idi – Şengenin mexanizmlərinin kollektiv cavab vermək gücündə olmadığını göstərdi.Pandemiya sübut etdi ki, siyasi iradə olmadıqda Avropa ideyası öz-özünə ayaqda dura bilmir.

Şengen sisteminə qarşı ən böyük siyasi təhlükə onun arxasında dayanan ictimai və siyasi konsensusun zəifləməsidir. Bu gün Avropa ölkələrində populist partiyalar parlamentlərə daxil olur, hakimiyyətə yüksəlir və milli sərhədlərin “müqəddəsliyini” siyasi gündəmin mərkəzinə çəkirlər.

Onlar üçün Şengen sərhədsizlik deyil – Avropa İttifaqının özüdür: bürokratik, uzaq, hesabat verməyən bir struktur. Elə həmin ritorika “Brexit” kimi qərarların da psixoloji əsasını təşkil etdi. Belə siyasətçilərin səsi artdıqca, sərhədsizlik "risk" kimi göstərildikcə Şengenin siyasi dayaqları da süquta uğrayır.

Bugün isə biz bu sərhədlərin bir-bir geri qayıtdığını, Avropa ölkələrinin milli maraqları ön plana çəkərək “birlik ideyası”ndan uzaqlaşdığını müşahidə edirik və tənəzzülün nəticələri iqtisadi, sosial və geosiyasi sahələrə qədər sirayət edir.

Şengenin zəifləməsi Avropanın açıq bazar sistemini də təhdid edir. Sərhədlərin yenidən nəzarət altına alınması logistika xərclərini artırır, ticarət zəncirlərini ləngidir və əmək bazarının çevikliyini zəiflədir. Pandemiya dövründə bir neçə həftəlik sərhəd bağlanmaları Avropa iqtisadiyyatına milyardlarla avro ziyan vurdu. Daimi sərhəd yoxlamaları isə ixracatçıların və nəqliyyat sektorunun üzərinə əlavə yük gətirir. Avropa Komissiyasının hesablamalarına görə, Şengen rejiminin tam iflası ildə təqribən 100 milyard avroya qədər ziyan deməkdir.

Avropa birliyi layihəsi təkcə iqtisadi deyil, həm də mədəni inteqrasiya layihəsidir. Şengen sistemi sayəsində Avropa vətəndaşı olma anlayışı formalaşmışdı. İnsanlar özlərini bir ölkənin deyil, Avropanın vətəndaşı kimi hiss etməyə başlamışdılar. İndi isə sərhədlərin qapanması, millətçi ritorikanın güclənməsi və “digərinə” qarşı qorxuların artması bu identiteti zəiflədir. Əgər sərhəd gözləmələri, pasport yoxlamaları, ayrı-seçkilik ritorikası gündəlik həyata qayıdırsa, Avropa dəyərləri arxa plana keçəcək.

Şengen böhranı, eyni zamanda, Avropa İttifaqının geosiyasi təsirini də zəiflədir. Xarici tərəfdaşlar – ABŞ, Çin, Rusiya, Türkiyə və digərləri – artıq Aİ-yə siyasi cəhətdən zəif, daxili birliyi pozulmuş struktur kimi baxırlar. Nəticə etibarilə, bu amil Avropanın beynəlxalq diplomatiyada manevr imkanlarını azaldır.

Unutmaq olmaz ki, Avropa İttifaqının “yumşaq gücü” onun daxili modelinin cazibəsində idi. Şengen rejimi bu modelin görünən vitrinlərindəndir. İndi isə həmin vitrin sarsılırsa Aİ-nin xarici tərəfdaşlar üzərindəki yumşaq gücü də ciddi sual altına düşür.

Şengenin böhranı təkcə keçmişin dağılması deyil, gələcəyin də qurulması üçün fürsət ola bilər. Avropa ölkələri ya qorxu siyasətinə təslim olacaq, ya da yenidən birgə məsuliyyət modelini gücləndirəcəklər. Bunun üçün isə siyasi liderlik, cəsarətli qərarlar və populizmdən uzaq, strateji yanaşma tələb edilir.

Avropa İttifaqının ruhu birlikdə qərar vermək, ortaq məsuliyyəti daşımaq və fərqliliklər içində ahəng yaratmaq üzərində qurulmuşdu. Lakin son illərdə baş verən miqrasiya böhranı, pandemiya, “Brexit”, Rusiya–Ukrayna müharibəsi və artan sağ-populist axın bu modeli sarsıdıb. Şengen böhranı bu zəncirin həm simvolik, həm də funksional qırılma nöqtəsinə çevrilib.

Əgər Avropa bu böhrandan konstruktiv nəticə çıxara bilməzsə, sərhədsiz səyahətin yoxa çıxması ilə yanaşı, daha dərin bir təhlükə – Avropa ideyasının özünün aşınması baş verəcək. İnsanlar artıq Aİ-ni rahatlıq və rifah mənbəyi kimi deyil, qərarsız və təzadlarla dolu bir struktur kimi görəcəklər. Nəticədə növbəti siyasi qütbləşmələr, ifrat sağın güclənməsi və inteqrasiyanın daha da zəifləməsi sürətlənə bilər.

Avropa indi bir yol ayrıcındadır. Ya o, Şengen rejimini yenidən quracaq, daha çevik və ədalətli mexanizmlərlə onu gücləndirəcək, ya da bu rejim populizm və siyasi eqoizm dalğasında boğulacaq.

Mövcud mənzərədə Aİ liderlərinə düşən vəzifə aydındır: etimadı bərpa etmək, həmrəylik prinsipini praktik siyasətə çevirmək və avropalı olmaq anlayışını yalnız pasportlarda deyil, gündəlik həyatda yaşatmaq.

Əks-təqdirdə, gələcək tarix kitablarında Şengenin dağılması bir ideyanın – sərhədsiz, tolerant və vahid Avropanın – sonu kimi anılacaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15857

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see936

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see246

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see206

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see159

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see132

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see126

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see123

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see122

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri