Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Avropanın Azərbaycan seçimi: Bakının yaratdığı yeni status kvo ŞƏRH

Avropanın Azərbaycan seçimi: Bakının yaratdığı yeni status kvo ŞƏRH

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıq təkcə regionun daxili güc balansına deyil, həm də Avrasiyanın digər hissələrində, xüsusilə Avropa İttifaqında (Aİ) siyasi və iqtisadi yanaşmalara ciddi təsir göstərir. Bakı artıq təkcə enerji ixracatçısı deyil, Avrasiyanın təhlükəsizlik memarlığında mühüm aktor, etibarlı tərəfdaş və dayanıqlı əməkdaşlıq formatlarının qurucusu kimi qəbul edilir. Bu, Aİ-nin Azərbaycana olan marağını son illər ciddi şəkildə artırıb və münasibətləri yeni strateji müstəviyə keçirib”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycan bölgədə tamamilə yeni status-kvo formalaşdırdı. “Sərhədlərin bərpası, kommunikasiyaların açılması təşəbbüsləri, iqtisadi inteqrasiyaya yönəlik layihələr və sülh gündəmi Cənubi Qafqazı Avrasiya məkanında sabitlik adasına çevirməklə, bölgənin strateji əhəmiyyətini artırıb, - o vurğulayıb.

İ. Yusifov deyib ki, Azərbaycanın bu mövqeyi Aİ üçün iki əsas səbəbə görə önəmlidir: Enerji təhlükəsizliyi - Avropanın Rusiya qazından asılılığını azaltmaq strategiyası fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öndədir. Orta Dəhliz və Avrasiya bağlantısı - Azərbaycan Avropa-Asiya ticarət xəttinin ən kritik hissəsində yerləşir və tranzit imkanları Aİ-nin iqtisadi maraqlarına tam uyğundur. Bu səbəbdən Brüssel və əsas Avropa paytaxtları Bakı ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır.

O əlavə edib ki, Azərbaycan Prezidentinin Slovakiyaya tarixi səfəri və Almaniya kansleri Fridrix Merzin Prezident İlham Əliyevə zəngi  təkcə Berlin-Bakı müstəvisində deyil, Aİ-Azərbaycan münasibətlərində intensiv diplomatik mərhələnin göstəricisidir: “Slovakiya prezidenti Peter Pelleqrinin bəyanatları münasibətlərin strateji xarakter aldığını sübut edir: Azərbaycan regionun ən böyük iqtisadiyyatıdır, Asiya–Avropa kəsişməsində yerləşməsi və zəngin enerji resurslarına görə Slovakiya üçün vacib tərəfdaşdır. Ölkələr arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırıb. Slovakiya enerji təminatında çətinlik yaşadığını açıq şəkildə etiraf edərək Azərbaycanı uzunmüddətli enerji həllinin bir hissəsi kimi görür.

Bununla yanaşı, müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, mədəniyyət və turizm kimi sahələrdə geniş əməkdaşlıq imkanlarının açılması Azərbaycanın Aİ ölkələri ilə çoxölçülü tərəfdaşlığa keçdiyini göstərir.

Azərbaycanın qaz ixracatının 25 milyard kubmetr həcmdə olması və bunun yarısının Avropa ölkələrinə nəql edilməsi artıq Avropanın enerji xəritəsində Bakının strateji rolunu təsdiqləyir.

Hazırda Aİ-yə üzv 8 ölkə Azərbaycan qazı alır və bu rəqəmin artması gözlənilir. Bu, Azərbaycanı Avropanın enerji təhlükəsizliyində etibarlı şərik, Cənubi Qafqazın enerji mərkəzi, trans-Avrasiya enerji körpüsü kimi möhkəmləndirir”.

İ.Yusifov qeyd edib ki, son həftələrdə Benilüks ölkələrindən olan nümayəndə heyətlərinin Bakıya səfərləri Aİ-Azərbaycan münasibətlərinə siyasi dinamika gətirib: “Eyni zamanda Böyük Britaniya rəsmilərinin ardıcıl səfərləri Avropa-Azərbaycan əməkdaşlığına yeni təkan verir.

Bu səfərlərin əsas gündəmini təşkil edən mövzular Orta Dəhliz, Avropa-Asiya ticarət yollarının şaxələndirilməsi, enerji və “yaşıl enerji” -hidrokarbonlarla yanaşı külək, günəş, Xəzər dənizində yaşıl enerji xəttinin qurulması, digər strateji sahələr olan logistika, rəqəmsal transformasiya, müdafiə sənayesidir. Bu istiqamətlərdə əməkdaşlığın dərinləşməsi həm Aİ-nin, həm də Azərbaycanın uzunmüddətli maraqlarına xidmət edir. Azərbaycanın sülh, təhlükəsizlik və regional əməkdaşlıq xətti Avrasiyada geniş miqyasda dayanıqlı inkişaf üçün əsas baza formalaşdırır. Bu mövqe Aİ tərəfindən dəstəkləndiyindən  Brüssel-Bakı münasibətləri strateji məzmun qazanır, Cənubi Qafqaz Avropa üçün prioritet regiona çevrilir, Bakı Avrasiyada sülhün, təhlükəsizliyin və əməkdaşlıq formatlarının qurulmasında əsas aktor statusunu möhkəmləndirir.

Aİ-Azərbaycan münasibətləri son aylarda yeni mərhələyə keçib. Bu mərhələ təkcə enerji deyil, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, innovasiya və müdafiə sənayesi daxil olmaqla, çoxşaxəli strateji əməkdaşlığa əsaslanır.

Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq Avropanın regional siyasətinə birbaşa təsir göstərir və Aİ üçün Bakı artıq mühüm tərəfdaşdan daha çox strateji zərurətə çevrilib.

Bu dinamika yaxın illərdə Aİ-Azərbaycan münasibətlərinin daha da güclənəcəyinə və Avrasiyada yeni əməkdaşlıq modelinin formalaşacağına işarədir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see620

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see434

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see429

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see398

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see381

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see378

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see339

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see278

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see263

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see261

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see243

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see240

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see222

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see220

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see219

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see216

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see215

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see214

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see205

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri