Icma.az
close
up
RU
Avropanın böyük liqalarında mövsüm sona yaxınlaşır: Gərgin mübarizə

Avropanın böyük liqalarında mövsüm sona yaxınlaşır: Gərgin mübarizə

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında sona yeddi tur qalmış çempionun kimliyi böyük ölçüdə bəllidir. "Liverpul" 31 matçda 73 xal toplayıb və ən yaxın izləyicisi "Arsenal"ı 11 xal üstələyir. Qalan yeddi matçda vəziyyətin dəyişəcəyi inandırıcı deyil.

Avropanın böyük liqalarında mövsüm sona yaxınlaşır. Artıq bəzi əhəmiyyətli suallara aydınlıq gəlib. Lakin hələ cavabını gözləyən qeyri-müəyyənliklər də mövcuddur. Bu yazıda mövsümün həlledici mərhələsində liqalardakı mövcud duruma nəzər yetirəcəyik.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Liverpul"un əzici üstünlüyü

İngiltərə Premyer Liqasında sona yeddi tur qalmış çempionun kimliyi böyük ölçüdə bəllidir. "Liverpul" 31 matçda 73 xal toplayıb və ən yaxın izləyicisi "Arsenal"ı 11 xal üstələyir. Qalan 7 matçda vəziyyətin dəyişəcəyi inandırıcı deyil. Mövsümün sürprizi "Nottinqem Forest"dir. Nunu Eşpiritu Santunun yaratdığı möhkəm kollektiv bürünc medallara əsas iddiaçıdır. Son illərin çempionu "Mançester Siti" üçün mövsüm uğursuz alınır. Şəhərin digər təmsilçisi - "Mançester Yunayted" isə yenə də bərbad nəticələrlə azarkeşlərini üzür. Əgər şəhərlilər "Nyukasl" və "Çelsi" ilə Çempionlar Liqasına vəsiqə mübarizəsindədirsə, "qırmızı şeytanlar" ikinci "10-luq"dadır. "Sauthempton" isə artıq indidən Premyer Liqa ilə vidalaşıb və tarixdə buna ən erkən məruz qalan klub olub. "Lester Siti" və "İpsviç" də bu gedişlə tezliklə ona qoşulacaqlar.

Flik effekti

Premyer Liqadan fərqli olaraq İspaniya La Liqasında açıq suallar hələ çoxdur. Pireney ölkəsində çempionluq yarışı daha gərgindir. Əlbəttə, mübarizə adəti üzrə "Barselona" və "Real Madrid" arasında gedir. 30 oyuna 67 xal toplayan Kataloniya klubu liderdir, "kral klubu" dörd xal geri qalır. Üçüncü pillədəki "Atletiko" 60 xala sahibdir.

La Liqada çempionluq mübarizəsinin son tura qədər davam edəcəyini ehtimal etmək olar. Son zamanlar "Real Madrid" hər nə qədər qeyri-stabil olsa da, asan təslim olmayacaq. Üstəlik, Çempionlar Liqasının ¼ finalında "Arsenal"a ilk oyundakı 0:3 hesablı məğlubiyyətlə komandanın bu turnirdəki perspektivi sual altına düşüb və əsas hədəf La Liqadır. "Barsa" isə baş məşqçi Hansi Flikin rəhbərliyi altında çox əzəmətli görünür. Daha əvvəl "Bavariya"da işlədiyi iki mövsüm ərzində bütün titullara yiyələnən alman mütəxəssis İspaniyadakı ilk mövsümündə də fərq hiss etdirməyi bacarıb. Komanda artıq Super Kuboku əldə edib, La Liqa və Çempionlar Liqasında da şanslar böyükdür.

"İnter", yoxsa "Napoli"?

İtaliya A Seriyasında da La Liqaya oxşar vəziyyətdir. Burada "İnter" və "Napoli" çempionluğa əsas iddiaçılardır. Milanlılar sona 7 tur qalmış 68 xalla ən yaxın izləyicisini üç xal üstələyirlər. "Nerazzuri" Çempionlar Liqasında da iddiasını davam etdirirsə, neapolluların bütün diqqəti liqaya yönəlib. "Atalanta", "Bolonya", "Yuventus", "Latsio" və "Roma" həm üçüncü pillə, həm də ümumən Çempionlar Liqasına vəsiqə uğrunda yarışırlar. Zəif mövsüm keçirən "Milan" hazırda doqquzuncu pillədədir. Komanda ilk "altılığ"a düşməklə mövsümü xilas etmək istəyir.

"Bavariya" 33-cü çempionluğa doğru

Almaniya Bundesliqasında vəziyyət daha sadədir. Burada sona altı tur qalmış "Bavariya" ən yaxın izləyicisi "Bayer"i altı xal üstələyir. Komandanın 68 xalı var. Vensan Kompaninin yetirmələri bu mövsüm bütün göstəricilərdə rəqiblərini üstələyirlər. Xabi Alonsonun "Bayer"i isə fantastik mövsümdən sonra nisbətən zəifləmiş görünür. Çempionlar Liqasının son finalçısı "Borussiya" (Dortmund) uğursuz mövsüm keçirir. "Arılar" 41 xalla səkkizincidir. Komandanı Çempionlar Liqasına vəsiqə verən dördüncü pillədən beş xal ayırır.

PSJ məğlubiyyətsiz çempion olacaq?

Fransa Liqa 1-də PSJ-nin hegemonluğu davam edir. Komanda 28 turda 74 xal qazanıb. Beləliklə, Luis Enrikenin komandası sona altı tur qalmış çempionluğu rəsmiləşdirib. Ən yaxın izləyicisi "Marsel"i 22 xal üstələyən kollektiv Fransa çempionatı tarixində ən erkən çempionluq əldə edən komanda olub. 28 oyunun 23-də qələbə qazanan və 5 matçda heç-heçə edən PSJ qalan qarşılaşmalarda uduzmamaqla məğlubiyyətsiz çempionluq arzusundadır. Çempionlar Liqasında da işləri yolunda gedən komanda, nəhayət, çoxdankı xəyalını reallaşdırmaq niyyətindədir. "Monako", "Marsel", "Lion" kimi üst pillələrə iddialıların arasına bu mövsüm "Strazburq" da qoşulub. "Lill" və "Brest"in də Çempionlar Liqası şansları var.

Super Liqada pik səviyyədə gərginlik

Türkiyə Super Liqasında mübarizə hər tur daha da qızışır. Son səkkiz matç öncəsi "Qalatasaray" 71 xalla liderdir, üç xal az toplayan "Fənərbağça" ikincidir. Öz aralarındakı oyunlarda üstünlük "sarı-qırmızılar"da olduğu üçün hətta "bülbüllər" xalları bərabərləşdirsələr belə, yenə "Qalatasaray" çempion olacaq. Joze Mourinyonun yetirmələri həm özləri qələbə qazanmalı, həm də əsas rəqibin büdrəməsini gözləməlidirlər.

"Qızıl buts"u kim "geyinəcək"?

Liqaların ən yaxşı bombardirinə verilən "Qızıl buts" mükafatına əsas namizəd Məhəmməd Salahdır. "Liverpul"un misirli vingeri 27 qolla (54 xal) liderdir. Onu 25 qolla (50 xal) "Barelona"nın forvardı Robert Levandovski izləyir. Düzdür, "Sportinq"in hücumçusu Viktor Gökyereş daha çox - 31 qol vurub. Lakin Portuqaliya çempionatının əmsalı daha az - 1,5 olduğu üçün onun 46,5 xalı var və üçüncü pillədədir. Harri Keyn, Kilian Mbappe, Matteo Retequi, Usman Dembele də namizədliklərini davam etdirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:411
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Aprel 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri