Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Avropanın divarlarını sarsıdır VİDEO

Avropanın divarlarını sarsıdır VİDEO

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Seutadan miqrant axını

Qlobal təhlükəsizlik arxitekturasının ən zəif halqalarından biri olan qeyri-qanuni miqrasiya problemi növbəti dəfə Avropa İttifaqının (Aİ) daxili sütunlarını sarsıtmaqdadır. İspaniyanın Şimali Afrikadakı eksklavı olan Seuta şəhərində yaşanan son miqrasiya böhranı bütövlükdə Şengen zonasının gələcəyini və Avropa həmrəyliyini sual altında qoyan qlobal geosiyasi hadisəyə çevrilir. Cəmi bir neçə gün ərzində on minlərlə insanın Mərakeş tərəfdən Avropa torpaqlarına adlaması Qərb dünyasının təhlükəsizlik divarlarındakı struktur boşluqlarını növbəti dəfə üzə çıxarıb.

Böhranın tətikləyici nöqtəsi, qəribə də olsa, daxili hüquqi qərarlar oldu. Belə ki, İspaniya Ali Məhkəməsinin dənizdə saxlanılan miqrantların sürətləndirilmiş qaydada ölkədən çıxarılmasını (ekstradiyasını) qadağan edən qərarı, qeyri-qanuni insan alveri ilə məşğul olan şəbəkələr və mafioz qruplaşmalar üçün faktiki olqaraq “açıq qapı” elanı rolunu oynadı. Bu hüquqi qərardan dərhal sonra on minlərlə miqrantın koordinasiyalı şəkildə sərhədə axışması daxili təhlükəsizlik mexanizmlərinin humanitar prinsiplərlə toqquşduğu zaman yaranan vakuumu göstərir. İspaniyanın Baş naziri Pedro Sançes yaranmış vəziyyəti ölkənin “ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qəsd” kimi qiymətləndirərək ordunu və əlavə polis qüvvələrini bölgəyə yeritdi. Rəsmi Madrid dənizdə maneə baryerlərinin qurulacağını və Mərakeşlə birgə insan alverinə qarşı mübarizənin gücləndiriləcəyini bəyan etsə də, hadisələrin miqyası artıq lokal idarəetmə çərçivəsindən çıxmaqdadır.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin məsələyə kəskin və güzəştsiz reaksiyası da Aİ-nin artıq miqrasiya məsələsində “humanizm bəyanatları” mərhələsini geridə qoyduğunu nümayiş etdirir. Komissiya rəhbərinin miqrantların “ildırım sürəti ilə” geri qaytarılmasını tələb etməsi, Avropanın öz sərhədlərini qorumaq instinktinin hüquqi prosedurlardan daha üstün tutulduğunun bariz nümunəsidir. Lakin böhranın ən təhlükəli tərəfi Aİ daxilindəki siyasi qütbləşməni dərinləşdirməsidir. İtaliyanın Baş naziri Corca Meloni başda olmaqla, sağ və mühafizəkar hökumətlər İspaniyanı Aİ-nin xarici sərhədlərini qoruya bilməməkdə ittiham edirlər. Romanın Madridlə Şengen razılaşmasını dayandırmağa hazır olduğunu bəyan etməsi, Şengen zonasının, yəni daxili sərhədsiz Avropa ideyasının süqutu deməkdir. İspaniyanın Şengen zonasından çıxarılması tələbləri Avropa daxilində ciddi etibarsızlıq mühitinin yarandığını göstərir. Əgər bir üzv dövlət xarici sərhədi qoruya bilmirsə, qonşu dövlətlər dərhal öz milli sərhədlərini bərpa edir ki, bu da inteqrasiya modelinin iflasıdır.

Seuta böhranı bir daha sübut etdi ki, Avropa İttifaqının vahid və çevik miqrasiya strategiyası yoxdur. Humanitar dəyərlərsə sərt təhlükəsizlik tədbirləri arasında sıxılıb qalan Avropa daxili qanunvericiliyi ilə xarici təhdidlər arasında paradoks yaşayır. Mövcud dinamika göstərir ki, yaxın gələcəkdə Avropada Şengen sisteminin tamamilə yenidən qurulması, daxili sərhəd nəzarətinin gücləndirilməsi və miqrasiya qanunvericiliyinin radikal şəkildə sərtləşdirilməsi qaçılmaz olacaq. Əks təqdirdə, xarici sərhədlərdəki zəiflik Avropa İttifaqının daxildən parçalanmasına yol açan ən böyük geosiyasi katalizatora çevrilə bilər.

XQ-nin Analitik Mərkəzi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri