Avropanın ən böyük avtomobil sınaq poliqonu bağlanır FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Almaniyanın avtomobil sənayesində çətinliklər bitmir. Söhbət təkcə Çinlə rəqabətdə geri qalmaqdan getmir.
Avtosfer.az xəbər verir ki, “Opel” Düdenhofendəki sınaq poliqonu bağlanır. 1966-cı ildə istismara verilmiş poliqonda hər gün minlərlə kilometr yürüş keçirilirdi. Burada istənilən tip yol imitasiya edilir.
Lakin “Opel” şirkəti “Stellantis” qrupu tərəfindən alındıqdan sonra sınaq poliqonu fransız Segula şirkətinin nəzarətinə verildi. Bu həftə şirkət iflas etdiyi üçün poliqonda işləyən 287 nəfər iş yerini itirib. Daha yaşlı və təcrübəli 82 işçi isə başqa müəssisəlrə işə keçirilib.
Bəs baş ofisə 40 kilometr məsafədə yerləşən poliqon bağlandıqdan sonra “Opel” sınaqları harada keçirəcək?
Bir müddətdir şirkətin avtomobillərinin sınaqları “Stellantis”in İtaliya və Fransadakı poliqonlarında həyata keçirilirdi. Qrup 3 Avropa ölkəsində çox sayda sınaq poliqonuna sahibdir. İndi isə onlardan bəzilərindən qurtulmaq istəyir.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 31 Oktyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















