Icma.az
close
up
RU
“Övladlarımızı əlindən və dilindən insanlığa faydalı, sərbəst və gözəl insan kimi yetişdirməyə çalışmalıyıq”

“Övladlarımızı əlindən və dilindən insanlığa faydalı, sərbəst və gözəl insan kimi yetişdirməyə çalışmalıyıq”

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir. Bizimyol.info xəbər verir ki, bu məsələ yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub. Yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsinə görə, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Valideynlər uşaqları qarşılıqlı razılıq əsasında öz dini əqidələrinə uyğun tərbiyə edə bilərlər, lakin bu, uşağın fiziki və psixi sağlamlığına zərər verməməlidir.

Qanunda nəzərdə tutulmuş hallarda - ictimai təhlükəsizlik, sağlamlıq, mənəviyyat və digər şəxslərin hüquqlarının qorunması üçün - uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər. Hazırkı qanuna görə isə uşağın səhhətinə zərərli təsir edən dini ayinlərdə iştirak etməsi qadağandır.

Dini tərbiyəyə bu cür məhdudiyyətlər uşağın azadlığı və inkişafı üçün zəruridir, yoxsa valideynlərin və dini icmaların hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı Elşad Miri bildirib ki, bu məsələnin necə tənzimlənəcəyi maraqlıdır, çünki valideynlərin övladlarını müəyyən yaşa qədər öz dini etiqadlarına uyğun tərbiyə etmələri beynəlxalq hüquqda öz əksini tapan bir məsələdir.

Elşad Miri

“Qanun layihəsi ilə əlaqəli olaraq ortaya çıxan bəzi suallarımı qeyd etmək istərdim. Uşaqların dinə etiqad etməsi və ya dinsizliyə məcbur edilməsi necə əsaslandırılacaq? Bunun üçün uşaqlar özlərimi şikayət etməlidirlər? Bu barədə məktəbdə müəllimlərəmi müraciət edəcəklər? Yoxsa polisə zəng edərəkmi bu barədə məlumat verəcəklər? İlk növbədə, bunları müəyyənləşdirmək lazımdır.

İkincisi, uşaqlar valideynlərinə uyğun olaraq, valideynlərin zərərli qruplaşmaların üzvü olmalarından qaynaqlanan etiqadları necə müəyyənləşdiriləcək? Uşaqlar da həmin zərərli düşüncələrlə “könüllü” olaraq yetişdirilərsə, uşaqlar tərəfindən də bu qəbul edilərsə, məsələnin öhdəsindən necə gəlinəcək?

Bundan başqa, dini etiqad deyiləndə nə nəzərdə tutulur? Bu gün ölkədə rəsmi və ya qeyri-rəsmi dini etiqad varmı, yoxsa bu gün Dini Komitənin və ya Qafqaz Müsəlmanları İdarəsinin fikirlərimi əsas alınacaq? Bəs, ordakıların fikirləri yanlışdırsa, bu işin içindən necə çıxılacaq? Məsələn, Əfqanıstanda mövcud rəsmi dini etiqadla Quranda bildirilənləri eyniləşdirmək mümkündürmü?

Bu məsələdə, ümumiyyətlə, övladlarımızı edəcəyimiz hansısa təzyiq sabah onların öz ayaqları dayanmalarından sonra fərqli baxışlara gətirib çıxaracaq. Gənclər dindən yorulacaq və din yorğunluğu onları alternativlərə müraciət etmələrinə səbəb olacaq.

Biz övladlarımıza əsas olaraq gözəl insan olmağa yetişdirməyə çalışmalıyıq. Əlindən və dilindən insanlığa faydalı sərbəst vətəndaş olaraq. Onlar bu münasibətin nəticədə doğru olanı olanı seçəcəklər”, - deyə Elşad Miri vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir.

Bizimyol.info xəbər verir ki, bu məsələ yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub.

Yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsinə görə, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Valideynlər uşaqları qarşılıqlı razılıq əsasında öz dini əqidələrinə uyğun tərbiyə edə bilərlər, lakin bu, uşağın fiziki və psixi sağlamlığına zərər verməməlidir.

Qanunda nəzərdə tutulmuş hallarda - ictimai təhlükəsizlik, sağlamlıq, mənəviyyat və digər şəxslərin hüquqlarının qorunması üçün - uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.

Hazırkı qanuna görə isə uşağın səhhətinə zərərli təsir edən dini ayinlərdə iştirak etməsi qadağandır.

Dini tərbiyəyə bu cür məhdudiyyətlər uşağın azadlığı və inkişafı üçün zəruridir, yoxsa valideynlərin və dini icmaların hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı Elşad Miri bildirib ki, : “Bu məsələnin necə tənzimlənəcəyi maraqlıdır. Çünki valideynlərin övladlarını müəyyən yaşa qədər öz dini etiqadlarına uyğun tərbiyə etmələri beynəlxalq hüquqda öz əksini tapan bir məsələdir.

Qanun layihəsi ilə əlaqəli olaraq ortaya çıxan bəzi suallarımı qeyd etmək istərdim.

Uşaqların dinə etiqad etməsi və ya dinsizliyə məcbur edilməsi necə əsaslandırılacaq?

Bunun üçün uşaqlar özlərimi şikayət etməlidirlər?

Bu barədə məktəbdə müəllimlərəmi müraciət edəcəklər?

Yoxsa polisə zəng edərəkmi bu barədə məlumat verəcəklər?

Birinci bunları müəyyənləşdirmək lazımdır.

İkincisi, uşaqlar valideynlərinə uyğun olaraq, valideynlərin zərərli qruplaşmaların üzvü olmalarından qaynaqlanan etiqadları necə müəyyənləşdiriləcək? Uşaqlar da həmin zərərli düşüncələrlə “könüllü” olaraq yetişdirilərsə, uşaqlar tərəfindən də bu qəbul edilərsə, məsələnin öhdəsindən necə gəlinəcək?

Bundan başqa, dini etiqad deyiləndə nə nəzərdə tutulur? Bu gün ölkədə rəsmi və ya qeyri-rəsmi dini etiqad varmı, yoxsa bu gün Dini Komitənin və ya Qafqaz Müsəlmanları İdarəsinin fikirlərimi əsas alınacaq? Bəs, ordakıların fikirləri yanlışdırsa, bu işin içindən necə çıxılacaq? Məsələn, Əfqanıstanda mövcud rəsmi dini etiqadla Quranda bildirilənləri eyniləşdirmək mümkündürmü?

Bu məsələdə, ümumiyyətlə, övladlarımızı edəcəyimiz hansısa təzyiq sabah onların öz ayaqları dayanmalarından sonra fərqli baxışlara gətirib çıxaracaq. Gənclər dindən yorulacaq və din yorğunluğu onları alternativlərə müraciət etmələrinə səbəb olacaq.

Biz övladlarımıza əsas olaraq gözəl insan olmağa yetişdirməyə çalışmalıyıq. Əlindən və dilindən insanlığa faydalı sərbəst vətəndaş olaraq. Onlar bu münasibətin nəticədə doğru olanı olanı seçəcəklər”, - deyə Elşad Miri vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Fevral 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri