Avropanın ən yaxşısı seçilən azərbaycanlı: Gücümüzü hər kəsə sübut etmişik, dünya çempionu olmaq istəyirik AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 9 yanvar , AZƏRTAC
"Avropanın ən yaxşı yarımmüdafiəçisi seçiləcəyimə inanırdım".
Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə deyib.
O, bu ada layiq görülməsinin ötən il milli və klub səviyyəsində qazanılan uğurlarla əlaqəli olduğunu bildirib: "Yığma və hazırda çıxış etdiyim "Birbaşa Bakı"nın heyətində yaxşı nəticələr əldə etdik. Klub səviyyəsində Çempionlar Liqasının qalibi olduq. Hər kəs mənimlə razılaşar ki, ötən il Azərbaycan minifutbolu üçün uğurlu oldu. Artıq hər kəsə gücümüzü sübut etmişik".
Onun sözlərinə görə, əsas məqsəd bu ilin may ayında Azərbaycanda keçiriləcək dünya çempionatında birinci olmaqdır: "Buna nail olmaq üçün kifayət qədər gücümüz var. Çünki heyətimizdəki oyunçular bacarıqlı və təcrübəlidirlər. Təbii ki, doğma meydanda oynamaq bizim xeyrimizədir. Düşünürəm ki, ev sahibi olmaq əlavə üstünlükdür. Bundan maksimum istifadə etmək, əlimizə düşən fürsətlərdən yararlanmaq istəyirik".
Xatırladaq ki, daha əvvəl millinin digər üzvü Vüsal İsayev da ən yaxşı müdafiəçi nominasiyasında qalib olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 09 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















