Növbəti hücumlar daha dəhşətli olacaq: Slutski xəbərdarlıq etdi
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri və Liberal Demokrat Partiyasının lideri Leonid Slutski Ukraynaya qarşı əlavə “cavab zərbələri”nin endirilməsinin mümkünlüyünü istisna etməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kyiv Independent” məlumat yayıb. Slutskinin sözlərinə görə, əgər Moskvanın “qırmızı xətləri” hesab etdiyi hücumlar yenidən təkrarlanarsa, Rusiya tərəfi buna cavabsız qalmayacaq.
Slutski Rusiya Silahlı Qüvvələrinin “Oreşnik” raketi ilə endirdiyi zərbəni şərh edərkən bildirib ki, gələcəkdə də analoji cavab tədbirlərinin görülməsi ehtimalı qalır.
Siyasətçi vurğulayıb ki, Rusiya Prezidentinin iqamətgahına edilən hücumlar qəbuledilməzdir və dövlət başçısının həmin vaxt orada olub-olmamasından asılı olmayaraq bu cür hərəkətlərə göz yummaq mümkün deyil. Onun fikrincə, belə hadisələr təkrar olunarsa, cavab qaçılmaz olacaq.
“Bu sadəcə xəbərdarlıq idi və hücumların bir hissəsidir. Kiyevi növbəti dəfə daha dəhşətli hücumlar gözləyir. Kiyevin mövqeyi məntiqsiz olaraq qalır və Rusiya ilə ABŞ arasında münaqişənin nizamlanması ilə bağlı müzakirələr aparılsa da, Ukrayna tərəfinin real danışıqlar mexanizmlərinə keçmək istəyi görünmür”.
O, Ukrayna rəhbərliyini cəbhədəki vəziyyəti nəzərə almağa, gərginliyi daha da artırmaqdan imtina etməyə və danışıqlara üstünlük verməyə çağırıb.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 09 Yanvar 2026 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















