Icma.az
close
up
RU
Avropanın ikili standartlara uyğun humanizmi

Avropanın ikili standartlara uyğun humanizmi

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Heç kimə sirr deyil ki, istər Avropa olsun istər ABŞ istər də Rusiya bu cür hegemon güc mərkəzlərində vəzifədə oturan, güclü izləyici və nüfuz sahibi olan bir çox siyasi şəxs və ziyalılar, parlamentarilər Azərbaycan və Türkiyə əleyhinə qərəz və nifrət dolu çıxışlar edir, yalan məlumatlar yayır, qətnamə və sanksiyaların tətbiqi üçün “əlindən gələni “edir.

Birinci Freedom saytından danışsam yaxşı olardı. Özünü azadlığın mənbəsi adlandıran bu qurum illərdir fəaliyyət göstərdiyi müddətdə bir dəfə də olsun nə Ermənistanın 1988 1991 ci illərdə Qərbi Azərbaycanlıları yurdlarından didərgin salmasına etiraz xarakterli münasibət bildirməmiş, I Qarabağ müharibəsi zamanı törədilən dəhşətli Xocalı, Ağdaban və digər soyqırımları pisləməmiş, Azərbaycanın 20 faiz torpaqlarının işğalına qarşı səsini belə çıxarmamışdır.

Bir neçə ay öncə freedom saytı 2023 cü ilin sentyabrında Azərbaycanın suverenliyini bərpa etməsini mərkəzi “Stepanakert” olan qondarma “Artsax “ ın azadlığını itirməsi kimi qələmə vermiş, Ölkəmizi işğalçı kimi göstərmişdir.

Bəs, bu “azadlıqsevər “sayt niyə hələ də öldüsü, qaldısı bilinməyən Ermənistanda minlərlə əsir azərbaycanlıların məsələsi ilə bağlı paylaşım eləmir?

Yəqin ki, erməni lobbisinin verdiyi pul və vədlər başları altına balış qoymuş və dərin yuxuya vermişdir.

Rusiyada Azərbaycan əleyhinə çıxış edən nə qədər siyasətçi var.

Hələ, Bakını və Tokyonu Atom Bombası ilə hədələyən deputat da vardı.

Yuxarı Qarabağda Azərbaycan ordusu zəfər qazanıb şəhərlərimizi işğaldan azad etdiyi vaxtlarda Rusiyada erməni əsilli və şovinist erməniçiliyi ilə seçilən Marqarita Simonyanın həyat yoldaşı kinorejissor Tiqran Keosyan əsl xislətini nümayiş etdirdi.

Efirdə, Ermənistandakı Paşinyan höküməti və digər şəxsləri niyə yuxarı Qarabağı itirdikləri üçün ittiham edir, Azərbaycanın zəfərinə olan təhqir və nifrət, kin küdurət kəsilmirdi, bu əraziləri gərək müdafiə etməli olduqlarını, təslim olmamalarını sərt şəkildə bəyan edirdi.

Rusiyada erməni lobbisinin təsiri altında olan siyasi şəxslər həmişə söz Azərbaycan və Türkiyəyə çatdıqda dərhal özünü göstərir, tarixi və siyasi həqiqətləri erməni ideologiyası xeyrinə dəyişirlər.

Fransada isə istər N. Sarkozi olsun, istər F. Olland, E. Makron olsun erməni sevgisi ilə seçilmişlər. Paris erməni lobbisinin ən aktiv şəkildə çalışdığı, sistemli əlaqə və fəaliyyətdə olduğu, ASALA təşkilatının güc mərkəzlərindən olan şəhər sayılır.

Hər il 24 aprel qondarma erməni soyqırımı günü yaxınlaşanda bu günü dövlət səviyyəsində qeyd etmə, Türkiyəni tarixi cinayətdə ittiham edən Fransa Əlcəzairdə 1956 ci ildə törətdiyi qətliamları, əsrlərlə müstəmləkə halına saldığı və sərvətlərini taladığı ölkələrə baxıb özü haqda düşünsə yaxşı olar.

Fransa islamafob, irqçi, şovinist olması ilə seçilən ölkə sayılır. Çünki, 2015 ci ildə İslam Peyğəmbəri Həzrət Muhəmmədə (S) qarşı charlie hebdo jurnalında edilən təhqir və buna qarşı hər hansı tədbirin görülməməsi reallığı göstərir.

Azərbaycanı guya ermənilərə qarşı dini müharibədə ittiham edən Paris bu hadisəyə baxsa yaxşı olar.

Fransada fəaliyyət göstərən ASALA terror təşkilatının rahat və sərbəst çalışması hakimiyyət dairələrində söz sahibi olduqlarını, onları ələ aldıqlarını sübut edir.

Bu təşkilat ötən əsrin son rübündə onlarla Türkiyəli siyasi və diplomatik şəxslərə qarşı qətllər törətmişdir, terror aktlarının təşəbbüsçüsü olmuşdur.

ABŞ da erməni lobbisinin fəaliyyət göstərdiyi əsas beyinlərdən sayılır. Nensi Pelosinin erməni soyqırımı abidəsi önünə əklil qoyması, qatı radikal anti Türkiyə Azərbaycan ruhunda çıxışlar etməsi onun kimlərlə əlaqəli olduğunu aşkar edir.

Müxtəlif dəhliz, otaq və iclaslarda ermənilər siyasi xadimləri ələ alır, pul, vəzifə vədləri verir və səsvermələrdə, siyasi işlərdə onlardan istifadə edir.

Elə siyasi şəxslər ki, erməni lobbisinin təsiri olmadan belə məkrli niyyətə sahibdirlər.

Biznes fəaliyyəti, pul və valyuta əməliyyatları ilə siyasiləri ələ almaq Ermənistanın xaricdə fəaliyyət göstərən diasporu üçün ən uyğun yollardandır.

Buna bir nümunə :

Tramp hakimiyyətə gələn kimi ilk paylaşımında Co Bayden və Kamala Harrisi Qarabağ ermənilərini müdafiə edə bilməməkdə ittiham, Qarabağı Artsax adlandırması ilə yadda qaldı.

Nəzərə alsaq ki, ABŞ erməni əsilli milyarder və biznes adamlarının iş mərkəzi və maddi qazanc üçün toplaşdığı yerdir, neçə neçə şirkət və qurumlara rəhbərlik edir, vəzifələr tuturlar, Tramp kimi biznesmenin niyə belə etdiyi aydındır.

O, hakimiyyətə gələrkən bu şəxslərdən az dəstək almamış, səsvermə və idarəçilik məsələsində onların birbaşa köməyindən istifadə etmişdir.

Onun seçki kompaniyası, biznes fəaliyyəti zamanı maddi gəlirlərin əldə edilməsində erməni lobbisinin də rolu vardır.

Müəllif siyasi şərhçi İsa İsmayılov

Tarix 8 aprel 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri