Icma.az
close
up
RU
Avropanın silahlanma kursu: “Yeni dünya düzəni və ABŞ la münasibətlər bunu şərtləndirir”

Avropanın silahlanma kursu: “Yeni dünya düzəni və ABŞ la münasibətlər bunu şərtləndirir”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Avropanın hərbi-sənaye kompleksini yenidən qurması və silahlanmaya daha çox vəsait ayırması təsadüfi deyil, bu proses qlobal münasibətlər sistemində formalaşan yeni reallıqlardan qaynaqlanır”.
Bunu politoloq Əli Mustafa Xalq Cəbhəsinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq xeyli müddətdir ki, “yeni dünya düzəni” ilə bağlı ciddi çağırışlar mövcuddur: “Dünyada yeni münasibətlər sistemi formalaşır. AVRO-Atlantik məkanda da fərqli proseslər baş verir. Avropa ilə Amerika arasında sanki ayrışma meyli yaranıb. ABŞ qlobal idarəetmədən daha çox öz qitəsinə çəkilmək, orada böyük bir qütb kimi möhkəmlənmək niyyətindədir. Bu isə ənənəvi əməkdaşlıq mexanizmlərini dəyişməyə başlayıb.ABŞ-ın hərbi-sənaye kompleksi silah istehsalının satışını artırmaqda maraqlıdır və bu sahədə ən ciddi bazar məhz Avropadır.Tramp simasında Vaşinqton daim Avropaya təzyiq edir ki, ABŞ istehsalı olan silahları alsın. Bu, həm də Avropanın müdafiəsinin şərti kimi təqdim olunur. Avropa Amerikadan silah almaqla, əslində, ABŞ hərbi qüvvələrinin qitədə mövcudluğunu və onu müdafiə etməsini təmin edir".
Politoloqun fikrincə, bütün bu proseslərin arxasında Rusiyadan qaynaqlanan real təhlükə dayanır: “Əvvəllər Avropa Rusiyadan açıq təhdid gözləmirdisə, indi gözləyir. Rusiya–Ukrayna savaşı istər-istəməz Avropa ilə Rusiyanı üz-üzə gətirib. Potensial rəqabət var və bu, hər an açıq qarşıdurmaya çevrilə bilər. Ona görə də Avropa bu risklərə qarşı hazırlaşır. Mövcud gərginlik Aİ ölkələrini həm silah-sursat alışını artırmağa, həm də hərbi-sənaye kompleksini yenidən qurmağa məcbur edir.Baş verən yeniliklərin əhəmiyyətli dərəcədə mənbəyi Rusiyadan gələn təhlükədir. Bu səbəbdən Avropa təhlükəsizlik doktrinasını dəyişir, silahlanmaya ciddi investisiyalar edir və kollektiv müdafiə imkanlarını artırır”.
Politoloq qeyd edib ki, bütün bu faktlar yeni dünya düzəninin parametrlərini formalaşdırır və Avropanı hərbi-siyasi baxımdan fərqli mövqe tutmağa vadar edir.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri