Icma.az
close
up
RU
Yeni dünya düzəni: ŞƏT in yüksəlişi, Çinin sürəti və Avropanın səhvləri TƏHLİL

Yeni dünya düzəni: ŞƏT in yüksəlişi, Çinin sürəti və Avropanın səhvləri TƏHLİL

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Dünya artıq köhnə qaydalarla idarə olunmur. Güc mərkəzləri dəyişir, qlobal siyasətdə yeni oyunçular səhnəyə çıxır. Bu gün söhbət təkcə ABŞ və Avropadan getmir. İndi diqqət getdikcə daha çox Şərqə - Çinə, Orta Asiyaya, Şanxay Əməkdaşlıq Təşkilatına yönəlir".


Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, siyasi şərhçi Vasif Əfəndiyev deyib. 


Ekspert bildirib ki, bir vaxtlar regionda təhlükəsizlik mexanizmi kimi formalaşan Şanxay Əməkdaşlıq Təşkilatı indi böyük dövlətlərin - Çin, Rusiya, Hindistan, Pakistan və İranın ortaq masasıdır: 

"Burada verilən qərarlar artıq yalnız Mərkəzi Asiya ilə məhdudlaşmır, bütün Avrasiyanı əhatə edir. Enerji dəhlizlərindən tutmuş ticarət marşrutlarınadək ŞƏT Avropanın da gələcəyinə təsir göstərmək gücündədir. Çin son onilliklərdə möcüzəvi şəkildə inkişaf edib. Artıq “dünyanın sexi” olmaqla kifayətlənmir, texnologiya və innovasiyada da liderliyə can atır. Süni intellekt, kosmik proqramlar, yaşıl enerji – bunların hamısında Pekin addım-addım önə keçir. “Bir kəmər – bir yol” layihəsi isə Çin iqtisadiyyatını Asiyadan Avropayadək uzanan nəhəng damar kimi dünyaya bağlayır.Çinin iqtisadi yüksəlişinə baxmayaraq ölkə daxilində həyat səviyyəsi çox aşağıdır. Çin ümumi iqtisadi gücə görə dünyada liderlərdəndir, lakin adam başına düşən gəlirin aşağı olması, gəlir bölgüsündə ədalətsizlik, kənd-şəhər fərqi və sosial təminat problemləri  ölkədə həyat səviyyəsinin inkişaf etmiş Qərb dövlətləri ilə müqayisədə daha aşağı olduğunu göstərir. Çində adam başına ÜDM təxminən , inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. Məsələn, ABŞ-da 7 dəfə , Aİ-də orta hesabla 4 dəfə yuxarıdır".


Politoloq vurğulayıb ki, Avropa öz səhvlərinin girovuna çevrilib: 

"İllərlə Rusiya qazına həddindən artıq güvənmək, texnologiyada ABŞ və Çinin arxasında qalmaq, daxildə populizmə uduzmaq – bütün bunlar qitəni zəiflədib. Ukraynadakı müharibə isə Avropanın zəif tərəflərini daha aydın göstərdi .Avropa  birliyində çatlar var, böhranlara reaksiyası ləngdir, bürokratiya isə çox vaxt reallıqdan geridə qalır. Lakin ABŞ və Avropa vəziyyətə nəzarəti tam itirmək niyyətində deyil. Vaşinqton yeni iqtisadi ittifaqlar, enerji layihələri və hərbi əməkdaşlıq vasitəsilə təsirini qorumağa çalışır. Brüssel isə rəqəmsal və yaşıl transformasiya proqramları ilə qlobal liderliyini bərpa etməyi planlaşdırır. Yəni, Qərb meydandan çıxmır – sadəcə oyunun qaydalarını yenidən yazır. Bütün bu proseslər fonunda Avropanı tarixdən silmək olmaz. Onun elm mərkəzləri, universitetləri, maliyyə gücü, demokratik institutları hələ də böyük üstünlükdür. Əgər Avropa innovasiyaya sərmayəni artırsa, yaşıl enerji və texnologiyaya daha çox yönəlsə, yenidən güc mərkəzlərindən birinə çevrilə bilər. Dəyişən mənzərədə Azərbaycan da öz yolunu aydın müəyyənləşdirməlidir. Şübhə yoxdur ki, Rusiya və İranın da təmsil olunduğu təşkilatlara tam etibar etmək olmaz. ŞƏT-dən yalnız öz milli maraqlarımız çərçivəsində istifadə etməli, lakin strateji kursumuzu Avropa ilə daha dərin inteqrasiyaya yönəltməliyik".


V.Əfəndiyev diqqətə çatdırıb ki,  Avropanın bütün imkanlarından tam yararlanmaq üçün Azərbaycanda ciddi islahatlar həyata keçirilməlidir: 

"Avropa universitetləri ilə birgə proqramlar genişləndirilməlidir.Tələbələrin xaricdə təhsilinə maneçilik törədən inzibati maneələr aradan qaldırılmalıdır. ABŞ və Avropada magistratura və doktornturya qəbul olnuan tələbələrin hərbi qulluqdan möhlət  hüququ hərbi komissarlıqdan alınaraq ASAN Xidmətə verilməlidir ki, daha geniş imkanlar yaradılsın. Avropyaya gediş-gəliş üçün viza rejimi asanlaşdırılmalıdır. Parlamentli idarəetməyə keçid, demokratik institutların möhkəmləndirilməsi, hüququn aliliyinin təmin edilməsi həm ölkə daxilində sabitliyi möhkəmləndirəcək, həm də bizi Avropa ailəsinin təbii üzvünə çevirəcək. Bu addımlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq nüfuzunu da yüksəldəcək. Şərqdə güc artır, Çin sürətlə qalxır, ŞƏT yeni alternativ yaradır. ABŞ və Avropa isə oyundan kənarda qalmamaq üçün yeni strategiyalar qurur. Azərbaycan üçün düzgün yol aydındır. ŞƏT-dən maraqlarımız çərçivəsində faydalanmaq, amma gələcəyimizi Avropa ilə daha sıx inteqrasiyada görmək. Bunun açarı isə demokratik islahatlar və parlamentli idarəetmədir. Çünki yalnız açıq, demokratik və Avropa ilə ayaqlaşan Azərbaycan gələcəkdə qalib ola bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri