Avropanın TOP klubları gürcü futbolçu üçün mübarizədə
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın “Frosinone” klubunun futbolçusu Giorgi Kvernadze qış transfer pəncərəsində bir neçə Avropa klubunun hədəfindədir.
QOL.az xəbər verir ki, bu haqda tanınmış insayder Ekrem Konur məlumat yayıb.
Bildirilib ki, “Monako”, “Roma”, “Napoli”, Dortmund “Borussiya”sı, “Hall Siti” və “Kristal Pelas” 23 yaşlı vingeri qış transfer pəncərəsində almaq istəyirlər.
Bununla belə, “Frosinone” rəhbərliyi futbolçunu qışda satmaq istəmir. Klub Kvernadzeni mövsümün sonuna qədər komandada saxlamağı planlaşdırır.
Gürcüstan millisinin üzvü 2024-cü ilin yayından “Frosinone”də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin iyununda başa çatır. Futbolçunun transfer dəyəri 8 milyon avro qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 12 Noyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















