Avropanın Ukraynaya dəstəyi kəskin azalacaq 3 səbəb
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ ilə münasibətlərin gərginləşməsi fonunda Avropa Ukraynaya dəstəyini gücləndirir və Rusiyaya təzyiqləri artırır. Lakin bu dəstəyin gələcək perspektivləri getdikcə daha az ümidverici görünür.
Axar.az xəbər verir ki, bu barədə “Quardian”dakı məqalədə bildirilib.
Məqalənin müəllifi narahatlıq doğuran üç əsas səbəb göstərib:
Birinci səbəb Avropanın bir sıra sahələrdə ABŞ-ı əvəz etmək iqtidarında olmamasıdır. Söhbət, xüsusilə, Ukraynanın həm müdafiə, həm də Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün fəal şəkildə istifadə etdiyi “SpeysX” texnologiyalarından gedir. Ukrayna həmçinin Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin raketlərindən asılıdır.
İkinci səbəb Avropanın Ukraynaya göstərdiyi maliyyə dəstəyinin ölkələr arasında qeyri-bərabər bölüşdürülməsidir. Belə ki, Almaniya müharibənin başlanmasından bəri 54 milyard avro xərcləyərək Ukraynanın ikinci ən böyük donoru olub. Lakin Kil İqtisadiyyat İnstitutunun hesabatında Almaniyanın bu maliyyə dəstəyi ölkə iqtisadiyyatının miqyası nəzərə alınmaqla əhəmiyyətli, lakin müstəsna olmayan töhfə kimi qiymətləndirilir.
Belə ki, ÜDM-dəki payına görə Almaniya Ukraynaya dəstək səviyyəsində 10-cu yerdədir və ümumi daxili məhsulunun cəmi 1,5 faizini bu məqsədə ayırır. Müqayisə üçün qeyd edək ki, bu göstərici üzrə ən böyük donor olan Danimarka ÜDM-nin 4,17 faizini Ukraynaya dəstəyə sərf edir.
Belə bir şəraitdə ÜDM-lərinin daha böyük hissəsini Ukraynaya yardım üçün ayıran ölkələr hesab edə bilərlər ki, Qərb liderləri Kiyevə dəstəyin həcmini artırmalıdırlar.
Ukraynaya davamlı dəstəyin qarşısındakı əsas problem isə Avropanın gələn ildən etibarən seçkilərlə zəngin bir dövrə daxil olmasıdır. Həmin seçkilərdə ifrat sağçı partiyalar əhəmiyyətli ictimai dəstəyə malikdir.
Xüsusilə, Avropa Birliyi əhalisinin sayına görə beş ən böyük üzv dövlətindən dördündə — İspaniya, Fransa, Polşa və İtaliyada seçkilərin keçirilməsi nəzərdə tutulur.
Üçüncü səbəb isə Fransadakı seçkilərin ən böyük çətinlik kimi göstərilməsidir və burada ifrat sağçı Marin Le Pen seçiləcəyi təqdirdə, Ukraynaya yardımı azaltmağı vəd edib. O, həmçinin Fransanın AB büdcəsinə töhfələrini azaltmağı vəd edib və qarşıdan gələn 2028-2034-cü il büdcə dövründə Ukrayna üçün təklif olunan 100 milyard avroluq fondu şübhə altına alıb. Ukraynadan kənarda onun seçilməsi AB-ni dərin daxili böhrana sürükləyə, siyasi enerjini və diqqəti tükədə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Oktyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















