Icma.az
close
up
RU
AVROPASAYAĞI ESKALASİYA TƏHLİL

AVROPASAYAĞI ESKALASİYA TƏHLİL

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Münaqişələrin, müharibələrin bitməsini, xüsusən də illərlə davam edən qarşıdurmaların sona çatmasını istəməyən qüvvələr də çox təəssüf ki, var. Məsələ burasındadır ki, Avropa bu mənada daha çox diqqət mərkəzindədir və bunu ən tanınmış siyasətçilərinin, dövlət xadimlərinin, dünya liderlərinin fikirlərindən də aydın şəkildə dərk etmək mümkündür. Məsələn, Amerika Birləşmiş Ştatlarının prezidenti Tramp açıq şəkildə bəyan edir ki, “Ukrayna” terror təşkilatına yalnız Avropa dəstək vermək istəyir. Doğrudan da, sözün əsl mənasında münaqişəyə, müharibəyə dəstək vermək istəyənlər çox təəssüf ki, hələ də var...

Avropanın ancaq eskalasiyada maraqlı olduğu çoxdan bəllidir və Mertsin ifadələrindən bu öz təsdiqini tapır

Mayın 26-da Almaniya Federativ Respublikası hökumətinin başçısı Merts bildirib ki, Britaniya, Fransa, Almaniyanın özü məhz Ukraynaya tədarük etdikləri raketlərin mənzili ilə bağlı qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Hakim koalisiyanın hər iki partiyası əmin edib ki, əvvəlki razılaşmalardan kənar heç nə qərarlaşdırılmayıb. Ertəsi gün Merz deyib ki, bir neçə ay əvvəl artıq razılaşıblar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi isə qeyd edib ki, hərbi əməliyyatların gedişinə baxsaq, uzun müddətdir ki, heç bir məhdudiyyət yoxdur. Belə çıxır ki, Avropa ancaq eskalasiyada maraqlıdır və bunu da hər iki tərəf çox yaxşı başa düşür.

Ukraynaya üç yüz kilometrə qədər mənzilli raketlər verilərkən, Merts Alman gizli qanadlı “Taurus” raketləri vəd edir, hansıki, həmin raketlər beş yüz kilometr məsafədə uçur. İş o yerdədir ki, hətta koalisiya da onunla razılaşmır. Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Merts, Ukraynaya uzaqmənzilli raketlər hazırlamasına özünün də kömək edəcəyinə söz verməsi, artıq deyilənləri təsdiq edir. Təsdiq edir ki, Avropa məhz münaqişənin bitməsini istəmir. Yəni, eskalasiyaya çalışır. “Merzin sözləri ukraynalıları döyüşləri davam etdirməyə məcbur etmək cəhdlərindən başqa bir şey deyil”, deyə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Peskovun qeyd etdikləri heç də təsadüfi sayıla bilməz. Çünki Rusiya tərəfi də çox yaxşı başa düşür ki, Mertsin ifadələri, hətta mövqeyi Avropanın eskalasiya üçün çan atmasıdır. Bax elə buna da bütün dünya məhz Avropasayağı eskalasiya kimi baxır.

Avropasayağı eskalasiya diqqət cəlb etməsəydi ruslar buna xüsusi reaksiya verməzdilər

“Merts Ukrayna ilə Almaniyanın özünü də “öldürməyə” hazırdır”, deyə Peskovun bəyan etməsi də dünya ictimaiyyətinin diqqətindən yayına bilməz. Ona görə yayına bilməz ki, artıq Rusiya prezidentinin mətbuat xidmətinin rəhbərinin bu şəkildə məhz “öldürməyə” ifadəsinə müraciət etməsi heç də təsadüfi sayıla bilməz. Hər halda bu sözün, bu ifadənin “bədahətən” səsləndirildiyi də kimsənin ağlının ucundan keçməz. Ən çox diqqəti cəlb edən məqamlardan biri də məhz həmin o haqqında qeyd olunan mətbuat konfransında Mertsin “Şimal axını” qaz kəmərinin ikinci mərhələsinin istismara verilməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyinə söz verməsidir. Görünür yenə də Avropa ölkəsinin bu yekəlikdə siyasət adamı, başbiləni dırnaq içərisində desək, “çox dərindən” düşünübmüş və plan və strategiya da ağlından keçirmiş...

Diqqətə çatdıraq ki, birinci mərhələnin hər iki borusu və hələ işə salınmamış ikinci mərhələnin iki borusundan biri partladılıb. Yəqin ki, bunun da “təsirsiz” ötüşməyəcəyini elə Merts də yaxşı bilir. Görünür elə öz nitqi zamanı buna görə “dinc” dayana bilməyib. Xatırladaq ki, Almaniyada qaz həddindən artıq çox bahalaşıb. Hətta o qədər bahalaşıb ki, onun hasilatının az qala yarısı belə dayanıb. Uzun illərdən sonra ilk dəfədir ki, Avropanın bu yekəlikdə ölkəsi dərin borc içindədir. Hər halda bu da səbəbsiz deyil və avropalı siyasətçini nəyə isə vadar edən məqamlar var. İstənilən halda, münaqişənin daha da uzadılması məqsədi ilə atılan addımlar, işlədilən ifadələr, hətta jestlər belə Avropasayağı eskalasiya olaraq qiymətləndirilir.

Onu da diqqətə çatdıraq ki, Almaniyanın və Ukraynanın müdafiə nazirləri Pistorius və Umerov 5 milyard avroluq yardım haqqında saziş imzalayıblar. Saziş xüsusən də Ukraynada uzaqmənzilli raketlərin istehsalının yaradılması üçün nəzərdə tutulub. Rusiyanın xarici işlər naziri Lavrov qeyd edib ki, Mertsin bəyan etdiyi hərəkətlər Almaniyanın özünün çökdürülməsi ilə nəticələnə bilər. Merts Berlində Zelenskini hərbi qarşılanma ilə qarşılayıb. Lakin o, etiraf da edib ki, “Taurus”un buraxılışlarını mənimsəmək üçün aylar lazım olacaq. Bax elə bu məqamların hər biri Avropanın məhz eskalasiyada maraqlı olduğunu təsdiqləyir. Əgər Avropasayağı eskalasiya diqqət cəlb etməsəydi məhz Peskovun timsalında ruslar buna xüsusi reaksiya verməzdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyun 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see941

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see413

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see323

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see236

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see228

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see227

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see220

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see209

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see204

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see197

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see195

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see193

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see191

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see189

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see186

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see185

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see180

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see178

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see175

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri