Icma.az
close
up
RU
“Qərb eskalasiya istəyir” Lavrov

“Qərb eskalasiya istəyir” Lavrov

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələrinin Amerikanın ATACMS raketləri ilə Bryansk bölgəsinə zərbələr endirməsini Qərbin müharibənin eskalasiyasını istədiyinin siqnalı adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, G20 sammitinin keçirildiyi Rio-de-Janeyroda mətbuat konfransında bildirib.
Lavrovun sözlərinə görə, o, Kiyevin Co Bayden administrasiyasından Rusiya ərazisinə uzaqmənzilli raketləri vurmaq üçün artıq icazə alıb-almadığını təsdiqləyə bilmir:
“Təsdiq edə bilmərəm, hamı elə yazır ki, sanki həll olunmuş məsələdir. Hətta Borrell bunun rəsmi olduğunu deyib,  avropalılar isə bunu müzakirə edib, lakin qərara gəliblər ki, ukraynalılara uzaqmənzilli silahlarından istifadə etməyə icazə verib-verməməyə hamı özü qərar verəcək”.
O əlavə edib ki, ATACMS raketləri noyabrın 18-nə keçən gecə Bryansk vilayətinə edilən hücumlar zamanı dəfələrlə istifadə edilib:
“Bu, əlbəttə ki, onların eskalasiyanı artırmaq istədikləri siqnalıdır. Bu yüksək texnologiyalı raketlərdən amerikalılarsız istifadə etmək mümkün deyil, Putin bunu dəfələrlə deyib. Və indi müzakirə etdikləri bu 300 kilometrə qədər məsafə təsdiq olunarsa, mövqeyimizin necə dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Amma əslində bu, Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsinə razılıq deyil, bu anonslardır”.
O, həmçinin Qərb ölkələrinə Rusiyanın yenilənmiş nüvə doktrinasını oxumağı tövsiyə edib. Rusiyanın Bryansk vilayətinə edilən hücuma nüvə cavabını nəzərdən keçirib-görməməsi ilə bağlı suala o, deyib ki, Rusiya hakimiyyəti əmindir ki, nüvə silahı ilk növbədə istənilən nüvə müharibəsinin qarşısını almaq məqsədi daşıyır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Noyabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see283

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see267

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see261

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see259

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see256

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see255

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see244

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see236

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see233

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see225

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see210

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see210

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see205

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see192

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see187

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see180

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see169

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri